“Məxfilik Siyasəti” www.kontra.az istifadəçiləri və sayt üzərindən göstərilən xidmətləri alan müştəriləri əhatə edir. 

Aşağıda göstərilən maddələrin bəzi hissələrində Kontra.az-a istinadən “Sayt”, “Şirkətimiz” və “Biz” sözləri işlədilib.

1. İstifadəçi / Müştəri Öhdəlikləri

1.1. Kontra.az müştəriləri sayt üzərindən təqdim olunan xidmətləri satınalma prosesində verdikləri məlumatların tam və düzgün olduğunu təsdiq edirlər.

1.2. İstifadəçilər Kontra.az üzərindəki hər hansı bir formanı və ya sorğunu doldurarkən təqdim etdikləri məlumatların yuxarıda 1.1-ci maddədə qeyd olunduğu kimi tam və doğru olduğunu təsdiq edirlər.

1.3. 1 və 2-ci maddələrdə göstərilən məsələlərlə bağlı istifadəçilərin və ya müştərilərin natamam və ya yanlış məlumat təqdim etmələri halında, görüləcək əməliyyatın icrası zamanı yaranacaq hər hansı bir nasazlıq və ya gecikməyə görə Kontra.az məsuliyyət daşımadığını bəyan edir və öhdəlik götürmür.

1.4. Kontra istifadəçiləri və müştəriləri təqdim etdikləri məlumatların qeyd olunan proseslərin mahiyyətinə uyğun olaraq sistemimiz tərəfindən qeydiyyata alına biləcəyini qəbul edir.

2. “Kontra”nın Öhdəlikləri

2.1. Kontra.az veb-saytının texniki infrastrukturunu təhlükəsiz saxlamağı və istifadəçi/müştəri tərəfindən təqdim olunan şəxsi məlumatların paylaşılmayacağını öhdəsinə götürür.

2.2. Kontra.az veb-saytında yer alan formaları, əlaqə məlumatlarını və müştəri ilə aparılan yazışmaları qeyd etmək hüququna malikdir. Məlumatların təhlükəsizliyi yuxarıda qeyd olunan 1-ci maddəyə əsasən təmin olunur.

2.3. İstifadəçi və Müştəri tərəfindən məlumatların silinməsi tələb olunduğu halda “Kontra” bütün məlumatları siləcəyini qəbul edir. 

3. Məxfilik

3.1. Şirkətimiz bəzi dövrlərdə istifadəçilərə və müştərilərinə göstərilən xidmətlərlə bağlı kampaniya məlumatları, yeniləmələr və reklam təklifləri göndərə bilər. Bu məlumat və təkliflərin onlara çatdırılmasını istifadəçi və müştərilər qəbul etmiş sayılır.

3.2. Saytımızda yarana biləcək hər hansı problemin müəyyən olunması və göstərilən xidmətlərlə əlaqədar ortaya çıxa biləcək məsələlərin operativ şəkildə həll edilməsi üçün istifadəçi və müştərilərin IP ünvanlarından istifadə oluna bilər.

3.3. İstifadəçilər və Müştərilər tərəfindən təqdim olunmuş şəxsi məlumatlar, lazım gəldikdə istifadəçi ilə əlaqə qurmaq məqsədilə istifadə oluna bilər.

3.4. “Kontra” təqdim olunmuş məlumatların məxfiliyini və təhlükəsizliyini qorumağı, icazəsiz istifadə və üçüncü şəxslərlə paylaşmanın qarşısını almaq üçün zəruri tədbirləri görəcəyini qəbul və öhdəsinə götürür.

4. Təhlükəsizlik

4.1. İstifadəçilərimiz və Müştərilərimiz qarşılaşdıqları və ya qarşılaşa biləcəkləri hər hansı bir problemlə bağlı şirkətimizə müraciət etdikdə dəstək xidmətlərimizə kredit kartı məlumatlarını və şifrələrini təqdim etməməlidirlər. Əks halda, bu məsələdə heç bir məsuliyyət daşımırıq.

4.2. Biz tərəfdən istifadəçi və müştərilərimizə göndərilən e-poçtların üçüncü şəxslər tərəfindən izlənilə biləcəyini və bu barədə istifadəçilərin bu müqavilə vasitəsilə məlumatlandırıldığını qəbul edir. Bu səbəbdən istifadəçilər və müştərilər e-poçt vasitəsilə heç bir şəxsi və ya gizli məlumat paylaşmamalıdırlar. Əks təqdirdə, Kontra.az məsuliyyət daşımır.

4.3. Kontra.az sayt daxilində yerləşdirilən məzmunlarla yanaşı, üçüncü tərəf veb-saytlarına keçidlər təqdim edə bilər. Şirkətimiz, bu keçidlər vasitəsilə daxil olunan saytların məxfiliyi və təhlükəsizliyi ilə bağlı hər hansı bir məsuliyyəti üzərinə götürmür. Həmin linklərə daxil olmaq istifadəçinin və müştərinin öz məsuliyyəti altındadır.

5. İstisna Hallar

Aşağıda sadalanan məhdud hallarda biz yuxarıdakı müddəlardan kənar olaraq istifadəçilərə aid məlumatları üçüncü şəxslərlə paylaşa bilərik. Bu hallar aşağıdakılardan ibarətdir:

5.1. Qanun, Qanun qüvvəsində qərarnamə, normativ akt və s. müvafiq hüquqi orqanlar tərəfindən qəbul edilən və qüvvədə olan hüquqi tələblərə əməl etmək məqsədilə;

5.2. İstifadəçilərlə/Müştərilərlə bağlanmış müqavilənin və digər müqavilələrin şərtlərini icra etmək və bu müddəaları tətbiq etmək məqsədilə;

5.3. Səlahiyyətli orqan və ya məhkəmə tərəfindən qanuni araşdırma və ya istintaq çərçivəsində istifadəçilərlə bağlı məlumatların tələb olunması halında;

5.4. İstifadəçilərin hüquq və təhlükəsizliyini qorumaq üçün məlumat təqdim edilməsinin zəruri olduğu hallar.

6. Çərəzlər (Cookies)

6.1. İstifadəçilər və Müştərilər Kontra.az saytını ziyarət etdikləri zaman saytın istifadəsinə dair texniki məlumatların əlaqə faylı (çərəz) vasitəsilə əldə olunacağını və qeydiyyatda saxlanacağını bildiklərini və qəbul etdiklərini bəyan edirlər.

6.2. İstifadəçilər və Müştərilər “Məxfilik Siyasəti”nin 6.1-ci bəndində qeyd olunan şəxsi texniki məlumatların (çərəzlərin) özləri üçün xüsusi hazırlanmış istifadəçi səhifələrində, reklam və məzmun məqsədilə istifadə oluna biləcəyinə razılıq verirlər.

6.3. İstifadəçilər və Müştərilər tərəfindən təqdim edilən bu şəxsi məlumatların əsas yaddaş, şəxsi fayllar və e-poçt ünvanlarından hər hansı bir məxfi məlumat içerməyəcəyi bu müqavilə ilə istifadəçilərə və müştərilərə bildirilmişdir.

6.4. Texniki məlumatlar (çərəzlər), istifadəçi və müştərinin istəyi ilə onların tərəfindən silinə və ya paylaşımı dayandırıla bilər. Bu məsələ tamamilə istifadəçi və müştərinin təşəbbüsündən asılıdır.

Kontra.az yuxarıda göstərilən şərtlər çərçivəsində tərtib edilmiş bu “Məxfilik Siyasəti”ndə istənilən vaxt dəyişiklik etmək və bu dəyişiklikləri istifadəçilərə bildirməklə qüvvəyə mindirmək hüququnu özündə saxlayır. “Məxfilik Siyasəti” yayımlandığı və ya yeniləndiyi tarixdən etibarən qüvvəyə minmiş hesab olunur.

“Məxfilik Siyasəti”mizlə bağlı hər cür sual və müraciətlərinizi bizimlə aşağıdakı əlaqə vasitələri ilə bölüşə bilərsiniz:

Sayt Ünvanı: Kontra.az

E-poçt: info@kontra.az