SEO üçün Ən Yaxşı 8 Chrome Əlavəsi
Burada

SEO proseslərini daha effektiv şəkildə idarə etmək üçün müxtəlif alətlər mövcuddur. Bu alətlərdən ən çox istifadə olunanlardan biri də Chrome əlavələridir. 

Hansı ki cəmi bir neçə dəqiqə ərzində bu “extension”ları brauzerinizə əlavə edərək analizlər apara, işinizə yarayacaq məlumatlar ala bilərsiniz. 

Brauzer əlavələri sizə əlavə proqram açmağa ehtiyac olmadan açar söz təhlili, on-page SEO auditi, texniki SEO analizləri  və daha çoxunu təqdim edir.

Bu yazıda sizin üçün şəxsi testlərdən keçirdiyimiz və faydalı hesab etdiyimiz ən yaxşı 8 SEO Chrome əlavəsini seçmişik. 

SEO mütəxəssisi, yaxud yeni başlayan olmağın fərqi yoxdur, bu əlavələr iş prosesinizi asanlaşdıracaq və daha məqsədyönlü qərarlar verməyinizə kömək edəcək.

Gəlin ilk öncə SEO üçün ən yaxşı Chrome əlavələrinə birlikdə baxaq, daha sonra hər birini detallı nəzərdən keçirək.

SEO üçün ən yaxşı Chrome əlavələri 

Hazırda onlarla seçim mövcuddur. Bu qədər imkan içərisindən ən yaxşı Chrome əlavəsini seçmək sizin konkret məqsədlərinizdən asılıdır. Texniki auditlər, açar söz təhlili, on-page SEO və ya lokal SEO üçün müxtəlif əlavələr mövcuddur.

Aşağıda sizə seçim etməyə kömək edəcək və bizim daim istifadə etdiyimiz Chrome əlavələrindən ibarət faydalı müqayisə cədvəlini təqdim edirik. 

Əlavənin AdıUyğun olduğu sahəNələr analiz etmək mümkündür?
SEO META in 1 CLICKOn-page SEOMeta məlumatlar, başlıqlar, robots.txt, başlıq etiketi
SEOquakeRəqiblərin analiziSERP analizi, SEO auditi, açar söz sıxlığı
Google Search Console Enhanced AnalyticsAnalitikaKliklər, açar söz baxışları, səhifə performansı
Keyword SurferAçar söz təhlili və kontent marketinqAxtarış həcmi, əlaqəli açar sözlər, trafik qiymətləndirməsi
Redirect PathTexniki SEOHTTP status kodları, yönləndirmələr
GMB EverywhereLokal SEOGoogle Biznes profili məlumatları, rəylər, kateqoriyalar
SEO Pro ExtensionKontent marketinqMəzmun strukturu, başlıqlar, alt atributlar
WappalyzerTexniki SEOSayt texnologiyaları, CMS-lər, analitik alətlər

SEO META in 1 CLICK

SEO META in 1 CLICK ən çox istifadə edilən və praktiki Chrome əlavələrindən biridir. 

Bu əlavə bir kliklə sayta qısa baxış edir və title tag, meta təsvirlər, başlıq etiketlərini, canonical tag-ləri, robots.txt faylını, digər on-page SEO elementlərini sizə tam şəkildə göstərir. 

Bundan başqa, başlıqlar haqqında aydın məlumat əks etdirir, şəkil SEO üçün səhifədə olan məlumatları sizə təqdim edir. Linklər bölməsinə kliklədikdə isə səhifədəki linklər haqqında məlumatı sizə əks etdirir.

Sadə interfeysə malikdir və heç bir texniki çətinlik yaratmadan analiz etməyə imkan verir.

Bu chrome əlavəsi vasitəsilə səhifədəki SEO səhvlərini, məsələn, təkrarlanan title tag, əskik meta description, və ya düzgün strukturlaşdırılmamış başlıqları asanlıqla aşkarlamaq mümkündür. 

Xüsusilə kopirayterlər, SEO mütəxəssisləri və veb-sayt sahibləri üçün ideal seçimdir.

SEO META in 1 Click chrome əlavəsi

SEOquake

SEMrush tərəfindən hazırlanmış SEOquake səhifə daxilində və SERP nəticələrində geniş SEO məlumatlarını real vaxtda təqdim edir. 

Bu alət texniki SEO, açar söz analizi və rəqiblərin təhlili üçün idealdır.

Əlavə istifadə etdiyiniz sayt haqqında backlink məlumatı, açar söz sıxlığı, daxili linkləmələr və xarici linklərin sayı, domen yaşı və daha çoxunu birbaşa brauzerinizdə göstərir. 

SEOquake chrome əlavəsi

SEOquake-in ən yaxşı üstünlüklərindən biri də SERP-də görünməsi və  Google nəticələrində hər səhifənin SEO göstəricilərini sizə dərhal göstərməsidir.

Əgər siz SERP-də tez analiz etmək, SEO strategiyanızı rəqiblərlə müqayisə etmək və səhifə keyfiyyətini obyektiv şəkildə qiymətləndirmək istəyirsinizsə, SEOquake sizin üçün əla seçimdir. Üstəlik, bu alət tamamilə pulsuzdur və istifadə üçün qeydiyyat tələb etmir.

Google Search Console Enhanced Analytics

Google Search Console Enhanced Analytics Google Search Console interfeysini funksional və təhlil yönümlü edən xüsusi Chrome əlavəsidir. 

Bu Chrome əlavəsi mövcud məlumatları göstərərək SEO analizi aparmağa imkan verir. 

Əlavə sizə səhifə üzrə klik məlumatları, açar söz performansı, CTR müqayisələri kimi göstəriciləri vizual şəkildə təqdim edir. 

Bu konversiya nisbətini artırmaq üçün hansı səhifələrin və hansı açar sözlərin əlavə optimizasiya tələb etdiyini tez bir zamanda anlamağa şərait yaradır.

Meta təsviri, title tag və digər snippet elementlərini optimallaşdıraraq SERP-də daha çox klik qazanmaq üçün bu alətin təqdim etdiyi məlumatlardan istifadə etmək mümkündür.

Əgər siz geniş saytlarda və ya çoxlu səhifəli layihələrdə çalışırsınızsa, bu Chrome əlavəsi sizə qərarlarınızı daha əminliklə və məlumatlı şəkildə verməyə kömək edəcək.

Keyword Surfer

Keyword Surfer açar söz təhlilini birbaşa Google axtarış səhifəsində həyata keçirməyə imkan verən ağıllı və çevik Chrome əlavəsidir. Rəqib analizi apararkən çox işinizə yarayacaq.

Google-da axtarış etdiyiniz anda sizə aylıq axtarış həcmi, əlaqəli açar sözlər və hətta səhifə üzrə təxmini trafik məlumatlarını təqdim edir.

Əgər siz məzmun planlaşdırması və on-page SEO üçün açar sözləri araşdırmaq istəyirsinizsə, Keyword Surfer çox tez və effektiv nəticə verir. Bu əlavənin üstünlüyü ondadır ki,  əlavə tab və ya proqram tələb etmir. 

Keyword Surfer SERP-də necə görünür

Redirect Path

Redirect Path isə texniki SEO sahəsində çalışanlar üçün vacib olan Chrome əlavələrindəndir. 

Bu alət brauzerdə baxdığınız səhifələrin HTTP status kodlarını, yönləndirmələri, server başlıqlarını və digər vacib texniki detalları dərhal göstərir.

Əgər bir səhifə 301, 302, 404 və ya 500 statusu verirsə, Redirect Path bunu sizə bildirir. Bu da o deməkdir ki, siz broken link-ləri, yanlış yönləndirmələri, və ya canonical problemi olan URL-ləri vaxtında müəyyən edə bilərsiniz.

Sayt köçürmələri, domen birləşmələri və ya backlink-lərin təmizlənməsi kimi proseslərdə bu alət inanılmaz dərəcədə faydalıdır.

Əgər siz texniki dəqiqlik və strukturlaşdırılmış URL idarəsi istəyirsinizsə, Redirect Path sizə xeyli kömək edəcək. 

Redirect path

GMB Everywhere

GMB Everywhere isə lokal SEO strategiyaları ilə məşğul olanlar üçün nəzərdə tutulmuş ixtisaslaşmış Chrome əlavəsidir. 

GMB Everywhere Chrome əlavəsi ilə siz rəqib bizneslərin kateqoriyalarını, reytinqlərini, rəy sayılarını, son paylaşımlarını və daha çoxunu görə bilərsiniz.

GMB Everywhere chrome əlavəsindən nümunə

Yerli bazarda daha məqsədyönlü SEO qərarları vermək və öz biznes profilinizi rəqiblərdən üstün tutmaq üçün bu Chrome əlavəsi mükəmməl fürsət yaradır. Bundan başqa təklif etdiyi “Local Scan Tool” isə ən əsas üstünlüklərindən bir digəridir.

GMB Everywhere Local Scan Tool

Chrome əlavəsi pulsuzdur, lakin daha dərin təhlillər üçün ödənişli versiyası da mövcuddur. 

SEO Pro Extension

SEO Pro Extension sadə interfeysli, lakin çox funksiyalı Chrome əlavəsidir və on-page SEO üçün ideal vasitədir. 

Bu alət vasitəsilə bir səhifənin title tag, meta description, canonical tag, şəkil alt mətnləri və daxili linklər kimi əsas texniki elementlərini saniyələr içində təhlil edə bilərsiniz.

Bu Chrome əlavəsi səhifənin kontent strukturu və texniki uyğunluğunu vizual şəkildə təqdim edir. Bu isə məqalələrin SEO uyğunluğunu yoxlamaq və strukturlaşdırma səhvlərini müəyyən etmək üçün əla imkan yaradır. 

SEO mütəxəssisləri, kontent menecerləri və sayt redaktorları bu əlavədən gündəlik istifadə üçün rahatlıqla faydalana bilər.

SEO səhvlərini vaxtında müəyyən etmək, on-page optimizasiyalar aparmaq istəyirsinizsə, SEO Pro Extension sizin üçün əvəzolunmaz alətdir.

Əlavənin ən gözəl tərəfi isə tamamilə pulsuz olmasıdır.

SEO PRO seo extension

Wappalyzer

Wappalyzer hər nə qədər SEO Chrome əlavəsi sayılmasa da, SEO mütəxəssisləri və rəqəmsal marketinqçilər üçün olduqca dəyərli bir alətdir. 

O saytların hansı texnologiyalar üzərində qurulduğunu, hansı CMS platformalarından, analitik alətlərdən, e-ticarət sistemlərindən və JavaScript kitabxanalarından istifadə etdiyini saniyələr içində göstərir.

Rəqib saytların texnoloji infrastrukturunu başa düşmək, onların istifadə etdiyi strukturlaşdırılmış data, izləmə sistemləri və performans alətləri barədə məlumat əldə etmək, SEO strategiyasını daha hədəfli və effektiv şəkildə qurmaq üçün əsasdır. 

Məsələn, bir saytın WordPress üzərində qurulduğunu və Google Tag Manager istifadə etdiyini bilmək, sizin üçün texniki yanaşmanı müəyyənləşdirir.

Əsas funksiyalar pulsuzdur, daha dərin texniki təhlillər üçün isə ödənişli versiyası mövcuddur. 

Wappalyzer chrome extension

Nəticə

Düzgün alətləri seçmək SEO prosesinizi vaxt itkisindən səmərəli bir strategiyaya çevirə bilər. 

Bu yazıda təqdim etdiyimiz Chrome əlavələri açar söz analizi, texniki SEO, on-page optimizasiya, və hətta lokal SEO sahəsində gündəlik işlərinizi sadələşdirir və daha məqsədyönlü qərarlar verməyinizə kömək edir.

SEO META in 1 CLICK, SEOquake, Keyword Surfer, və Wappalyzer kimi vasitələr sayəsində siz rəqibləri daha dəqiq təhlil edə, səhifələrinizin texniki uyğunluğunu təmin edə və SEO KPI-ları real nəticələrə çevirə bilərsiniz.