Veb-saytınızın həm axtarış sistemlərinə uyğunlaşdırılması, həm də əlçatan olması üçün alt text (digər adı ilə alternative text) çox vacib bir rola malikdir.
Bu, şəkillərin HTML koduna əlavə olunan təsviri mətnlərdir və əsasən ekran oxuyucuları istifadə edənlər üçün nəzərdə tutulub ki, şəkilin nəyi əks etdirdiyini başa düşə bilsinlər.
Amma alt text yalnız əlçatanlıqla bağlı deyil, on-page SEO üçün də əsas elementlərdən biridir.
Texniki olaraq alt text “alt” atributunda yerləşir və şəkil yüklənmədikdə həmin mətni əks etdirir. Məsələn, əgər bir şəkil düzgün yüklənmirsə, brauzer onun yerində alternativ mətni göstərəcək.
Bundan başqa, düzgün yazılmış alt text Google kimi axtarış sistemlərinə görüntünü anlamağa kömək edir və nəticədə orqanik trafik əldə etməyə kömək edir.
Şəkillər üçün alt mətn nə üçün vacibdir?
Şəkillərə alt text əlavə etmək istifadəçi təcrübəsini və ümumi SEO strategiyanızı gücləndirən vacib bir addımdır. Gəlin bu məsələni bir az daha ətraflı nəzərdən keçirək.
Əlçatanlıq baxımından alternativ mətnlət ekran oxuyucuları və digər köməkçi texnologiyalardan istifadə edən görmə qabiliyyəti zəif olan şəxslər üçün vacib məlumat mənbəyidir.
SEO baxımından isə alt text şəkillərinizi axtarış sistemlərinin başa düşməsi üçün siqnallar təqdim edir. Çünki Google və digər axtarış motorları şəkilləri birbaşa “görə” bilmir. Buna görə də semantik SEO üçün şəkillərin kontekstini alt mətn vasitəsilə anlamağa çalışırlar.
Nəticədə, şəkilləriniz SERP nəticələrində və Google Şəkillər axtarışında daha görünən olur, orqanik trafik qazanır.
Alt mətn yazmamaq və ya onu qeyri-dəqiq təqdim etmək ən çox rast gəlinən SEO səhvləri arasındadır.
Şəkillərə necə alt text əlavə etmək olar?
WordPress kimi məzmun idarəetmə sistemlərindən istifadə edirsiniz və ya HTML kodu ilə işləyirsinizsə, fərqi yoxdur, proses olduqca sadədir.
Əgər CMS istifadə edirsinizsə, alt text sahəsi adətən şəkil yükləyərkən və ya onu redaktə edərkən mövcud olur. WordPress-də, şəkil kitabxanasından şəkli seçdikdə “Alt Text” sahəsini doldurmaq kifayətdir. Shopify, Wix və digər platformalarda da bənzər sahələr mövcuddur və rahat şəkildə tətbiq olunur.
Ən yaxşı alt mətn necə yazılır?
Effektiv alt mətn yazmaq SEO bilikləri tələb edən ən sadə proseslərdən biridir.
Məqsədiniz şəkili aydın şəkildə təsvir etmək və onu axtarış sistemləri üçün optimallaşdırmaq olmalıdır.
1. Konkret olun, amma təbii formada yazın. Yaxşı mətn şəkilin nəyi göstərdiyini tam və aydın şəkildə təsvir edir. Məsələn, “Ağ fonda qırmızı qaçış ayaqqabısı” kimi bir alt mətn sadəcə “ayaqqabı” deməkdən qat-qat üstündür. Təsvirləriniz doğru, təbi̇i və açıq olmalıdır.
2. Açar sözləri doldurmayın. Bəli, açar sözlər vacibdir, amma onları alt text-lərdə həddindən artıq istifadə etmək ən çox edilən SEO səhvlərindən biridir. Açar sözlər uyğun gəldikdə istifadə edilməlidir.
3. Şəklin kontekstinə uyğun yazın. Eyni şəkil müxtəlif məqalələrdə fərqli məqsədlərlə istifadə oluna bilər. Bir məhsul səhifəsində detal təsviri vacibdirsə, bloq yazısında şəkilin on-page SEO ilə necə əlaqəli olduğunu vurğulamaq daha uyğun ola bilər.
4. “Şəkil”, “foto” kimi sözlərdən istifadə etməyin. Texnologiyalar artıq görüntünün şəkil olduğunu müəyyən edə bilir. Ona görə də birbaşa təsvirə keçin.
5. Qısa və yığcam olun. 125 simvoldan artıq alt text ekran oxuyucular tərəfindən tam oxunmaya bilər. Əgər daha çox izah lazımdırsa, onu şəkil altlığı və ya əsas mətnin içində təqdim edin.