Əgər siz veb-saytınızın trafikiniz artırmaq üzərində işləyirsinizsə, çox güman ki, “backlink” sözünü dəfələrlə eşitmisiniz.
Bəs SEO-da backlinklər uğurlu rəqəmsal strategiyanın əsas elementlərindən biri hesab olunur?
Bu bloqda siz backlinklərin nə olduğunu, niyə vacib olduğunu və backlink əldə etməyin effektiv yollarını öyrənəcəksiniz.

Backlink nədir?
Ən sadə şəkildə desək, backlink bir saytdan digərinə keçid verən linkdir.
Əgər başqa bir sayt sizin səhifənizə keçid verirsə, bu sizin üçün backlink sayılır. Bu keçidlər axtarış sistemlərinə “bu məzmun dəyərlidir” mesajı göndərir.
Backlinklərin mahiyyətini daha yaxşı başa düşmək üçün əsas terminlərə nəzər salaq:
İstinad domeni | Backlinkin gəldiyi domen |
İstinad səhifəsi | Keçidin yerləşdiyi konkret səhifə |
Qırıq backlink | Artıq mövcud olmayan səhifəyə keçid (məsələn, 404 səhifə). |
Anchor mətn | Keçid verilmiş kliklənə bilən mətn. |
PageRank | Google-un backlink əsaslı səhifə dəyəri ölçmə alqoritmi. |
Backlinklər niyə vacibdir?
İndi isə seo mütəxəssislərinin backlinkləri bu qədər dəyərli saymasının əsas səbəblərinə baxaq.
Birincisi, orqanik trafik artımı başda gəlir. Backlinklər Google alqoritminin əsas sıralama faktorlarından biridir. Əgər digər amillər eynidirsə, keyfiyyətli backlinklərə sahib səhifə daha yuxarı sıralarda görünəcək.
İkincisi, keyfiyyətli keçidlər etibarlılıq deməkdir. Nüfuzlu mənbələrdən keçid alan səhifələr oxucular tərəfindən daha inandırıcı qəbul olunur.
Üçüncüsü, daha sürətli indeksləmə. Keyfiyyətli backlink profilinə sahib veb-saytlar və səhifələr daha tez üst pillələrə gəlir.

Keyfiyyətli backlink hansı xüsusiyyətlərə malikdir?
Bütün backlinklər eyni dəyərə malik deyil. Əvvəlcə hər bir backlink faydalı görünə bilər, lakin yalnız doğru tərzdə olan keçidlər SEO baxımından həqiqi təsir yarada bilir.
Bəs Google və digər axtarış sistemləri üçün yaxşı backlink necə olmalıdır?
- Əlaqəli olmalıdır: Keçid verən səhifə sizin məzmununuzla mövzu baxımından əlaqəli olmalıdır. Məsələn, əgər sizin saytınız fitnes haqqındadırsa, sağlamlıq bloqundan gələn backlink avtomobil təmir saytından gələnə nisbətən daha güclü təsir edəcək. Mövzu uyğunluğu axtarış sistemlərinə sizin kontentin hansı sahəyə aid olduğunu daha aydın göstərir.
- Domen güclü olmalıdır: Yüksək domen gücünə malik saytlardan (məsələn,nüfuzlu nəşrlər) gələn backlinklər daha güclü təsirə malikdir.
- Dofollow və nofollow keçidlər. “Dofollow” keçidlər üçün çox dəyərlidir. “Nofollow” keçidlər isə birbaşa dəyər ötürməsə də, trafik baxımından faydalı ola bilər. Ən ideal nəticələr üçün təbii backlink profilində hər iki növ keçid yer almalıdır.
- Kontekst və yerləşmə uyğun olmalıdır. Məqalənin mətni daxilində yerləşdirilən keçidlər daha çox dəyər daşıyır. Anchor mətn (kliklənən mətn) isə aydın və kontekstə uyğun olmalıdır.
- Fərqli domenlərdən keçidlərə üstünlük verilməlidir. Eyni saytdan 10 keçid almaqdansa, 10 fərqli domen saytdan backlink almaq SEO baxımından daha effektivdir. Bu, sizin veb-saytınızın daha geniş çevrədə tanındığını göstərir.

Backlinkləri necə əldə etmək olar?
Backlinklər SEO strategiyasının əsas hissəsidir, lakin bu linkləri əldə etmək həmişə asan olmur. Saytınıza keyfiyyətli keçidlər almaq üçün ən yaxşı hesab olunan bir neçə yol var. Gəlin, bunlara nəzər salaq.
Qonaq bloq yazıları
Qonaq bloq yazıları sizin başqa bir sayt üçün yazdığınız bloq deməkdir. Burada məqsəd keçid almaq istədiyiniz sayt üçün bloq yazmaqdan ibarətdir. Bu məqalədə öz saytınıza yönləndirilmiş link yerləşdirirsiniz. Həmin sayt bu məqaləni paylaşır, nəticədə siz həm backlink, həm də potensial trafik əldə etmiş olursunuz.
Netvörkinqinizdən istifadə edin
Backlink əldə etməyin təsirli yollarından biri də netvörkinq vasitəsilə qurulan münasibətlərdən faydalanmaqdır. Digər veb-sayt sahibləri ilə qarşılıqlı əməkdaşlıq keyfiyyətli backlinklər qazanmaq üçün ən çox tanınan yollardan biridir.
Məsələn, sizinlə eyni sahədə fəaliyyət göstərən, amma birbaşa rəqib olmayan bizneslərlə tanışlıq quraraq, bir-birinizin məzmununa keçid verə bilərsiniz. Forumlarda, tədbirlərdə, onlayn qruplarda və ya sosial mediada aktiv olmaq da bu tip əlaqələrin yaranmasına şərait yaradır.
Keyfiyyətli məzmun yaradın
Keyfiyyətli məzmun yaradın, digər saytlar özü sizə keçid verəcək.
Bu o deməkdir ki, insanlar həmin məzmuna keçid vermək üçün əsaslı səbəb tapsınlar. Fərqli məzmun növlərini sınamaqdan çəkinməyin. Hansı növ məzmunun saytınıza daha çox yararlı olduğunu təcrübə yolu ilə tapa bilərsiniz.
Məsələn, xüsusi bir araşdırma, “case study” və s. belə məzmunlara misal ola bilər.
HARO
HARO (Help a Reporter Out) backlink əldə etməyin tanınmış və effektiv strategiyalarından biridir. HARO jurnalistlərlə müəyyən sahələrdə peşəkar biliyə sahib olan insanları birləşdirərək məqalələr üçün mənbə rolunu oynamağa imkan yaradır.
HARO ilə biznesinizə backlink qazanmaq sadədir, lakin müəyyən qədər zəhmət tələb edir. Əvvəlcə HARO hesabı yaradıb e-poçt vasitəsilə onu aktivləşdirməlisiniz.
Daha sonra profilinizi qurursunuz. Bu zaman hansı mövzularda məlumat təqdim etmək istədiyinizi seçirsiniz. Sizə gələn sorğulara cavab verdikcə, jurnalistlər sizi məqalələrində mənbə kimi istifadə edəcək və nəticədə saytınıza backlink əldə edəcəksiniz.
“Skyscraper” (göydələn) metodu
“Skyscraper” metodu backlink qurmaq üçün sınaqdan keçmiş və təsdiqlənmiş bir strategiyadır. Bu yanaşmada məqsəd, axtarış sistemlərində yüksək sıralanan və çoxlu backlinki olan məzmunları tapmaqdır.
Daha sonra həmin məzmunda zəif nöqtələri, səhvləri və ya çatışmayan məlumatları axtarırsınız. Növbəti addım isə həmin məzmunun daha yaxşı, yenilənmiş versiyasını hazırlamaqdır. Bu sizə həmin məzmundan ilhamlanaraq onun çatışmazlıqlarını üstünlüyə çevirməyə imkan verir.