Bounce Rate Nədir? SEO-ya Necə Təsir Edir?

Bounce rate veb-sayt və ya mobil tətbiqdə istifadəçinin başqa səhifəyə keçmədən CTA-ya klik etmədən və ya 10 saniyədən az qalaraq saytı tərk etmə faizidir.

Başqa sözlə, istifadəçi bir səhifəyə daxil olur və heç bir əlavə hərəkət etmədən çıxırsa, bu “bounce” kimi qeydə alınır.

Bu KPI sizə saytınızın istifadəçi gözləntilərinə uyğun olub-olmadığını və kontentə maraq dərəcəsini ölçməyə kömək edir.

Azərbaycan dilinə tam tərcümə olunmasa da, “dərhal tərk etmə faizi” və “dərhal çıxma faizi” ən yaxşı tərcümə kimi qəbul oluna bilər. 

Bounce rate və exit rate arasındakı fərq

Bəhs olunan iki termin tez-tez qarışdırılır. 

İlk növbədə tərcümələrinə baxaq. Exit rate “tərk etmə dərəcəsi” kimi tərcümə oluna bilər. Deyək ki, bir ziyarətçi saytınızdakı məqaləni oxuyur, daha sonra linkə klikləyərək ikinci məqaləni oxuyur. Həmin ikinci məqaləni oxuduqdan sonra brauzerlərini bağlayır, yəni saytı tərk edir. Məhz bu cür tərk etmələr exit rate adlanır. 

Bounce rate isə daha fərqlidir. Məsələn, bir ziyarətçi saytınızdakı bloqa daxil olur. Sonra beş saniyə olmadan brauzerlərini bağlayır və ya geri qayıdır. Bu “dərhal çıxma” adlanır. 

İndi isə iki termini yenidən müqayisə edək. Misal üçün, “Təşəkkür edirik” səhifəsi satışdan sonra açılırsa, bu səhifədə yüksək exit rate normaldır. Amma həmin səhifədə bounce rate yüksəkdirsə, o deməkdir ki, həmin səhifəyə istifadəçilərin gəlib və heç nə etməyib. Bu problemdir.

Bounce rate necə hesablanır?

Bounce rate hesablamaq üçün çox sadə düstur bizim köməyimizə çatır.:

Bounce rate hesablanması üçün düstur

Bu göstərici əslində engagement rate-in tərsidir. Əgər saytınızda engagement rate 70%-dirsə, bounce rate 30% olacaq.

Bounce rate və SEO

SEO dünyasında uzun müddətdir müzakirə olunan mövzulardan biri də bu göstəricininin SEO üçün önəmli faktor olub-olmamasıdır. 

Bəziləri bu göstəricinin Google sıralamasında birbaşa faktor olduğunu iddia etsə də, Google rəsmiləri rəsmi şəkildə bildirirlər ki, Google Analytics metrikləri birbaşa sıralama faktorlarına daxil edilmir.

Lakin bir çox təcrübə və araşdırmalar göstərir ki, bounce rate yüksək olduqda müvafiq səhifənin sıralamalarda geriləmə ehtimalı artır. Bu situasiya bizə bir nəticə çıxarmağa imkan verir: birbaşa olmasa da, dolayı yollarla SEO performansına təsir edir.

Niyə SEO-ya dolayı təsir göstərir?

Çünki bir çox qəbul edilmiş sıralama faktorları, məsələn, sayt sürəti, istifadəçi təcrübəsi (UX) və kontent uyğunluğu  bounce rate göstəricisinə də birbaşa təsir edir.

Ləng açılan saytlar istifadəçiləri qaçırır və nəticədə veb-saytı dərhal tərk edənlərin sayı artır.

Naviqasiya çətinliyi, vizual uyğunsuzluq və ya çağırış düymələrinin olmaması kimi faktorlar istifadəçinin saytdan tez çıxmasına səbəb olur.

Həmçinin veb-sayta daxil olan istifadəçilər məzmunun uyğun olmadığını görüb dərhal geri qayıdır.

Bu faktorların hər biri Google-un sıralama mexanizmasında yer alır. Deməli, bounce rate bu faktorların nəticəsi kimi qiymətləndirilə bilər və dolayı şəkildə SEO sıralarını formalaşdırır. Yəni SEO KPI-larından biridir.

Hər nə qədər Google dərhal çıxmasnı birbaşa sıralama faktoru hesab etməsə də, yüksək faiz göstəricisi digər SEO səhvlərinin siqnalı ola bilər. Ona görə də sayt sahibləri və SEO mütəxəssisləri bu göstəriciyə xüsusi diqqət yetirməli, yüksək bounce rate-ə malik səhifələri təhlil edib problemin qaynağını müəyyənləşdirməlidir.

Saytınızda bounce rate-ə təsir edən faktorlar

Aşağıdakı amillər bounce rate göstəricinizin yüksək olmasına səbəb ola bilər:

  • Fəaliyyət göstərdiyiniz sektor (bəzi sektorlar təbiətən daha yüksək bounce göstəricilərinə malikdir)
  • İstifadəçinin coğrafi yerləşməsi
  • İstifadə etdiyi cihaz növü (mobil, masaüstü və s.)
  • Aydın CTA-nın (call-to-action) olmaması
  • 404 səhifələri və texniki nasazlıqlar
  • Zəif istifadəçi təcrübəsi (UX)
  • Yavaş yüklənən səhifələr
  • “Clickbait” başlıqlar və ya məlumatlar

Bounce rate necə azaldıla bilər?

Bounce rate-i azaltmaq həm texniki, həm də kontent baxımından optimallaşdırma tələb edir. Buna görə də ilk öncə yuxarıdakı faktorları nəzərdən keçirmək, daha sonra aşağıdakı həll yollarına nəzər salmaq vacibdir. 

1. Saytın mobil uyğunlaşdırılması olduqca vacibdir.  Mobil cihazlarda sürətli və düzgün işləyən sayt istifadəçini daha uzun müddət saxlayır.

2. İstifadəçi niyyətinə uyğun kontent yazın. Sayta daxil olan istifadəçinin gözlədiyi məlumatı tapa bilməsi əsasdır. 

3. Saytın sürətini optimallaşdırmağa səy göstərin. Yavaş yüklənən saytlar istifadəçini tez qaçmağa vadar edir.

4. A/B testləri aparın. Həll yolu göslədiyinizdən də sadə ola bilər. Məsələn, fərqli mətn və ya sadəcə daha cəlbedici bir düymə. Fərqli dizayn və başlıqları test etməklə ən effektiv variantı tapmaq mümkündür.

5. Naviqasiyanı asanlaşdırın. İstifadəçilər çətin olanı sevmir. İstifadəçi növbəti addımı aydın görə bilmirsə, saytı tərk etmək ehtimalı yüksəlir.

6. SEO xidməti alın. Əgər səyləriniz nəticə vermirsə, peşəkar şəkildə SEO xidməti alın.

Burada