CPC Nədir? Sadə və Qısa İzah

CPC və ya Cost-Per-Click  reklamverənin istifadəçidən yalnız reklam üzərinə klik edildikdə ödəniş etdiyi reklam modeli və hesablama metodudur. Bu hesablama üsulu ilə işləyən reklam yayımlandığı halda, klik edilmədiyi müddətdə heç bir ödəniş edilmir.

Bu model xüsusilə konversiya yönümlü kampaniyalarda, yəni satış kimi konkret fəaliyyət hədəflənən hallarda daha çox istifadə olunur. 

Reklam klikləri ölçülə bilən, nəticəyə əsaslanan və sadə olduğu üçün Google Ads, Facebook Ads, LinkedIn Ads kimi platformalarda geniş tətbiq olunur.

Cost-Per-Click bizim dilimizə tərcümə edildikdə “klik başına düşən ödəniş” kimi tərcümə olunur. Onu da qeyd etmək lazımdır ki, bir çox halda PPC kimi tanınır. 

CPC Necə Hesablanır?

Klik başına düşən ödənişi hesablamaq üçün sadə düstur mövcuddur:

CPC hesablanması üçün düstur

Tutaq ki, siz bir kampaniyaya 500 AZN xərcləmisiniz və nəticədə 1000 klik əldə etmisiniz. Bu halda:

CPC = 500 / 1000 = 0.50 AZN

Bu o deməkdir ki, hər klik sizə orta hesabla 50 qəpiyə başa gəlib.

Bu düstur kampaniyanın nəticələrini təhlil etmək və gələcək strategiyaları qurmaq üçün əsas göstəricidir.

CPC-ə nə təsir edir?

Klik başına düşən xərc bir çox faktordan asılı olaraq dəyişə bilər. Xüsusilə axtarış reklamlarında (məsələn, Google Ads) aşağıdakılar mühüm rol oynayır:

  • Açar sözlər üzrə rəqabət: Populyar açar sözlər üçün daha yüksək ödəniş tələb edir.
  • Reklamın keyfiyyəti: Daha uyğun və yüksək keyfiyyətli reklamlar daha aşağı klik başına ödəniş ilə sıralana bilər.
  • Landing page: Səhifənin uyğunluğu və sürəti ciddi təsir göstərir.
  • Bidding strategiyası: Maksimum təklif etdiyiniz məbləğ və Google Ads-in sizə verdiyi “Ad Rank” CPC üçün təyinedici olur.
Burada