CTR və ya Click-Through-Rate rəqəmsal reklam kampaniyalarında kliklərin baxış sayına olan nisbətidir. Rəqəmsal marketinqdə nəticələri ölçən ən əsas göstəricilərdən biri məhz budur.
Reklamınız görünür, bəs kliklənirmi? Bu suala cavab verən göstərici məhz CTR-dir.
Bu termin Azərbaycan dilinə “kliklənmə nisbəti” və ya “klik etmə nisbəti” kimi tərcümə edilir.
CTR necə hesablanır?
CTR kliklərin sayının ümumi baxış sayına bölünməsi ilə hesablanır. Məsələn, əgər bir şirkət mobil reklam kampaniyası həyata keçirirsə və bu kampaniya nəticəsində 10 000 baxış və 500 klik əldə olunursa, həmin kampaniya üçün göstərici 5% olacaq.
Hesablanma düsturu belədir: CTR = (Klik sayı / Baxış sayı) × 100

Klik sayı linkə və ya reklama klik edən istifadəçilərin ümumi sayıdır. Baxış sayı reklamın istifadəçilərə neçə dəfə göstərildiyini bildirir.
Niyə vacibdir?
İlk növbədə rəqəmsal reklam kampaniyasının uğuru məhz CTR göstəricisi digər kampaniyalarla müqayisə edilir. A/B testlərinin də nəticə bu göstərici nəticələri ilə ilə analiz olunur. Bu da ən yüksək performans göstərən reklam formatlarını və istifadəçi cəlbedici üslubları müəyyən etməyə imkan verir.
Eyni reklam müxtəlif reklam kanallarında test olunduqda hansı platformaların daha yüksək klikləmə faizi verdiyini müəyyən etmək mümkündür. Bu da ən dəyərli istifadəçiləri gətirən kanalların seçilməsinə kömək edir.
Qısaca, bu göstərici reklam kampaniyasının uğurunun, A/B testlərinin nəticəsini və platformaların uyğunluğunu ölçmək üçün vacibdir.
Ancaq onu da qeyd etmək lazımdır ki, yüksək kliklənmə əmsalı həmişə yüksək keyfiyyətli istifadəçilərlə nəticələnmir.
Məsələn, bəzi reklamlar yüksək klik gətirsə də, bu istifadəçilər tətbiq daxilində real fəaliyyət göstərməyə və ya alış etməyə bilir. Conversion rate və ROI kimi digər KPI-larla birlikdə analiz edilməsi reklam kampaniyasının real effektivliyini ölçməyə imkan verir.
CTR necə təkmilləşdirilir?
CTR-i təkmilləşdirmək üçün ilk növbədə vizual cəhətdən cəlbedici və responsiv reklamlar yaratmaq vacibdir. Qısa və konkret reklam mətnləri güclü call-to-action klik ehtimalını artırır.
Dəqiq hədəfləmə də mühüm rol oynayır. İstifadəçi davranışları, demoqrafik məlumatlar və coğrafi yerləşmə əsaslı reklamlar daha uyğun auditoriyaya çataraq klik sayını yüksəldir.
A/B testləri aparmaqla fərqli reklam başlıqları, vizuallar və formatlar sınaqdan keçirilməli və ən yaxşı nəticə verən kombinasiyalar seçilməlidir. Banner, video və ya interaktiv reklamlar arasında fərqli nəticələr müşahidə oluna bilər.
Reklamların kontekstə uyğun olması və fərdiləşdirilməsi istifadəçi ilə daha güclü əlaqə yaradır. Mobil təcrübə isə reklamdan sonra istifadəçinin yönləndiyi səhifənin sürətli və istifadəyə rahat olmasını tələb edir.
Sonda, reklamların doğru zamanda göstərilməsi və retargetinq strategiyasından istifadə CTR-i daha da artırır. Əvvəllər qarşılıqlı əlaqədə olmuş istifadəçilərə yönəlmiş reklamlar daha yüksək klik və geri dönüş gətirə bilər.
CTR göstəricisinin artırılması üçün bu metodların birgə tətbiqi həm istifadəçi marağını artırır, həm də reklam kampaniyalarının ümumi uğuruna kömək edir.
Unutmayın ki, bu göstəricini fəaliyyət göstərdiyiniz sahəyə uyğun olaraq Google Analytics, Search Console, Mailchimp kimi marketinq alətləri ilə izləmək mütləqdir.