Engagement Rate Nədir və Niyə Vacibdir?

Engagement rate istifadəçilərin sizin məzmunla nə qədər aktiv şəkildə əlaqədə olduğunu göstərən rəqəmsal marketinq göstəricisidir. 

Bu metrik istifadəçilərin “like” etməsi, şərh yazması və məzmunu paylaşması kimi fəaliyyətlər əsasında ölçülür.

“Engagement” sözünün Azərbaycan dilində ən yaxşı tərcüməsi “qarşılıqlı əlaqə” ola bilər. 

Engagement rate-i müəyyən edən faktorlar

Engagement rate sadə göstərici olsa da, anlayışı platformadan platformaya dəyişə bilər.

Müxtəlif məzmun formatlarında istifadəçi əlaqəsinin necə qurulduğunu başa düşmək bu göstəricini düzgün qiymətləndirmək üçün vacibdir.

SEO metriki kimi qarşılıqlı əlaqələr səhifədə istifadəçinin keçirdiyi orta vaxt, scroll depth (yəni istifadəçinin səhifənin nə qədər hissəsini oxuduğu), baxış sayı, paylaşım sayı, bounce rate kimi metriklərlə ölçülür.

Sosial media marketinqində isə bu göstəricilər platformaya uyğun dəyişir. Ümumi sosial şəbəkələrdə əsas göstəricilər bəyənmələr, paylaşmalar, şərhlər və repostlardır.

Instagram platformasında engagement əsasən bəyənmələr, şərhlər, paylaşımlar, “save”lər və hekayələrə verilən cavablar üzərindən ölçülür..

LinkedIn platformasında engagement göstəriciləri interaksiyalar (like, celebrate və s.), kliklər, yeni izləyici sayı və görüntülənmə statistikalarıdır. 

TikTok-da istifadəçilərin bəyənmələri, şərhləri, paylaşımları və “save”lər engagement səviyyəsini müəyyən edir. Bu baxımdan Instagram və TikTok bənzərdir.

YouTube platformasında isə bəyənmələr, şərhlər, paylaşmalar, baxış müddəti, orta baxış vaxtı ölçü vahidləridir.

Pinterest-də engagement dərəcəsinə təsir edən faktorlar arasında yadda saxlamalar, kliklər, pin klikləri və xarici link klikləri yer alır.

E-mail marketinq kampaniyalarında isə open rate və CTR əsas göstəricilər kimi istifadə olunur.

Engagement dərəcəsi necə ölçülür?

Engagement dərəcəsi müxtəlif platformalara və kampaniyanın məqsədinə görə fərqli üsullarla hesablana bilər. Yuxarıda qeyd etdiyimiz kimi. 

Instagram və TikTok kimi şəbəkələrdə, engagement dərəcəsi adətən izləyici sayına əsaslanaraq ölçülür. Bu zaman istifadə olunan formul belədir:

Engagement rate hesablanması üçün düstur

Bu üsul mövcud izləyici auditoriyasının kontentinizlə nə qədər əlaqədə olduğunu göstərir.

Digər hallarda, xüsusilə kampaniya əsaslı ölçmələrdə, engagement dərəcəsi daha geniş auditoriyanı əhatə edən göstərici kimi istifadə olunur. Bu zaman ümumi qarşılıqlı əlaqə sayını, paylaşımların əldə etdiyi ümumi baxış və ya impression sayına bölmək daha məqsədəuyğun olur.

Bu yanaşma məzmunun izləyicilərdən kənar auditoriyada nə dərəcədə təsirli olduğunu göstərir.

Engagement rate-i necə artırmaq olar?

Artıq Engagement rate-in sosial media və rəqəmsal marketinqdə istifadəçi aktivliyini göstərən əsas göstəricilərdən biri olduğunu bilirik. Bu dərəcə nə qədər yüksəkdirsə, deməli, auditoriya məzmunla bir o qədər maraqlanır, qarşılıqlı əlaqəyə girir və brendlə daha yaxın münasibət qurur. 

Engagement rate-i artırmaq üçün bir neçə əsas strategiyanı tətbiq etmək mümkündür.

1. Auditoriyanı tanıyın: Effektiv kommunikasiya üçün izləyici auditoriyanızın kim olduğunu, onların maraq dairəsini, davranışlarını və platformada aktiv olduqları saatları bilməlisiniz. Bu məlumatlara əsaslanaraq onlara uyğun, maraqlı və dəyərli məzmun təqdim etmək mümkündür.

2. Keyfiyyətli və dəyərli məzmun yaradın: İstifadəçiləri həvəsləndirəcək, onların emosiyalarına və ehtiyaclarına toxunan məzmun hazırlayın. Suallar verən, həll yolları təklif edən və ya istifadəçi təcrübələrinə əsaslanan paylaşımlar daha çox qarşılıqlı əlaqə yaradır.

3. Aktiv olun: Şərhlərə cavab vermək, daim yeni kontentlər yaratmaq, sualları vaxtında cavablandırmaq və istifadəçilərlə dialoq qurmaq qarşılıqlı əlaqənin artmasına səbəb olur. Sadəcə paylaşım etmək kifayət deyil. Aktiv şəkildə ünsiyyətdə olmağa cəhd edin.

4. Optimal vaxtda paylaşım edin: Mövzu sosial şəbəkələrdən gedirsə, izləyicilərinizin ən aktiv olduğu zamanlarda paylaşımlar etmək məzmunun daha çox görünməsi və qarşılıqlı əlaqə alması üçün önəmlidir. Hər platforma üçün ideal paylaşım vaxtını təyin etmək faydalı ola bilər.

5. Call-to-Action (CTA) istifadə edin: İstifadəçiləri bəyənməyə, paylaşmağa, şərh yazmağa və ya linkə klik etməyə təşviq edən çağırışlar effektiv vasitədir. 

6. Yarışmalar və interaktiv məzmunlar təşkil edin: Sual-cavablar, səsvermələr, mini yarışmalar və interaktiv hekayələr istifadəçilərin məzmunla daha çox əlaqədə olmasını təmin edir. Engagement rate-in yüksəlməsinə səbəb olur. 

7. Performansı izləyin və təhlil edin: Engagement dərəcəsini artırmaq üçün analitik məlumatlara əsaslanmaq vacibdir. Hansı növ məzmunun daha çox qarşılıqlı əlaqə yaratdığını müəyyənləşdirərək gələcək strategiyanı bu nəticələrə uyğun şəkildə qura bilərsiniz. Sprout Social, Hootsuite kimi sosial media idarəetmə platformaları paylaşım vaxtlarını optimallaşdırmaq, izləyici davranışını təhlil etmək və mesajlara daha operativ cavab vermək üçün geniş imkanlar təqdim edir.

8. Peşəkar dəstək alın: Strategiyanızdan maksimum nəticə əldə etmək üçün marketinq agentliyindən peşəkar dəstək ala bilərsiniz. Peşəkar dəstək həm doğru analiz, həm də effektiv məzmun planlaması baxımından mühüm üstünlük verir.

Burada