Instagramda Reklam Vermək: Sponsorlu Reklam Necə Verilir?

Instagram reklamları nədir?

Instagramda reklam vermək fərdlərin və bizneslərin məzmunlarını daha geniş və hədəflənmiş auditoriyaya çatdırmaq üçün istifadə etdiyi üsuldur. 

Bu reklamlar tətbiqdə feed, hekayələr, reels və kəşf et bölmələrində görünür. 

Instagram reklamları şəkil, qısa video və ya karusel formatında ola bilər. 

Meta ilə inteqrasiya sayəsində Instagramda reklam kampaniyalarını yaş, maraq, davranış və digər parametrlər əsasında dəqiq şəkildə hədəfləmək mümkündür.

Ən əsası isə, bu reklamlar təkcə böyük markalar üçün deyil. Kiçik bizneslər, kontent yaradanlar və şəxsi biznesi olanlar da büdcələrinə uyğun Instagramda sponsorlu reklam verə bilər.

Instagramda reklam verməyin üstünlükləri

  • Geniş və aktiv istifadəçi bazası: Aparılan araşdırmalara əsasən, Azərbaycanda təkcə Instagram profillərinin sayı 4.1 milyon təşkil edir. Bu da ölkə əhalisinin təxmini götürsək, 40%-ə bərabərdir. 

    Bu isə o deməkdir ki, istənilən biznesin, istənilən xidmətin müştərisini bu platformada tapmaq olar.
Azərbaycan üzrə instagram statistikası
  • Dəqiq hədəfləmə imkanı: Meta platformasının təqdim etdiyi üstünlüklər ilə siz yaş, cins, yer, maraqlar və istifadəçi davranışlarına əsaslanaraq reklamlarınızı dəqiq hədəfləyə bilərsiniz. 

    Bu da o deməkdir ki, reklamınız yalnız sizin üçün uyğun auditoriyaya göstəriləcək. Qısaca desək, potensial müştərilərinizə.

  • Fərqli reklam formatları:  Instagramda şəkil, video, karusel, hekayə və reels reklam formatları mövcuddur. Hər biri fərqli məqsədlərə xidmət edir. Kreativ yanaşmalar üçün geniş imkanlar yaradır.

  • Analiz imkanları:  Instagram reklamlarınızın nəticələrini izləmək üçün analiz və statistik alətlər təqdim edir. Bununla da siz KPI-lar vasitəsi ilə öz nəticənizi rahatlıqla ölçə müqayisə edə və qərarlar qəbul edə bilərsiniz. 

Instagram reklamlarının növləri

Instagram müxtəlif reklam formatları təklif edir. Hər bir növ fərqli məqsədlərə və auditoriyalara uyğun dizayn olunub. Doğru formatı seçmək, reklamın effektivliyini birbaşa artırır.

  1. Foto reklamlar: Foto reklamlar tək şəkildən ibarət olub feed və ya kəşf et bölməsində görünür. Ən sadə Instagram reklamı kim qəbul olunur.

  2. Reels reklamlar: Qısa metrajlı videoların məşhurlaşmasından sonra demək olar ki, son 5 ildə ən təsirli reklam üsulu məhz budur. Bu reklamlar feed, hekayələr və reels bölməsində göstərilə bilir.

  3. Karusel reklamları: Karusel reklamları bir neçə şəkil və ya videonu tək post daxilində təqdim etməyə imkan verir. İstifadəçilər sağa sürüşdürərək hər birini görə bilər. Bu format foto reklamların fərqli versiyasıdır. Adətən, nəyisə izah etmək üçün, hekayə danışmaq üçün istifadə olunur.

  4. Hekayə reklamları: Hekayə reklamları tam ekran görünür. Adından göründüyü kimi yalnız hekayələr bölümündə göstərilir. 24 saatdan sonra silinir.

  5. Kolleksiya reklamları: Kolleksiya reklamları məhsul siyahısını video və ya şəkillə birləşdirərək təqdim edir. İstifadəçi reklam üzərinə toxunduqda məhsulları tətbiq daxilində gözdən keçirə bilir. E-ticarət saytları üçün ideal hesab olunur.

  6. Kəşf et reklamları: Bu reklamlar istifadəçilər yeni məzmun axtardıqda kəşf et bölməsində görünür.

Instagramda reklam necə verilir?

Söhbəti daha çox uzatmadan keçək əsas mətləbə. Instagramda sponsorlu reklam vermək üçün iki əsas üsul mövcuddur:

  1. Mövcud postu birbaşa tətbiq üzərindən “boost” etmək

  2. Meta Ads Manager vasitəsilə reklam kampaniyası qurmaq

Hər iki üsul effektivdir. Əgər reklam verməyə yeni başlayırsınızsa, çox kiçik büdcəniz varsa və ya hər şeyi özünüz idarə edirsinizsə, boost funksiyası sadə və sürətlidir. 

Daha dəqiq hədəfləmə, geniş analitika və reklam testləri üçün Meta Ads Manager daha geniş imkanlar təqdim edir. Bu üsulun üstünlükləri həddindən çox olsa da, öz növbəsində çətinlikləri də var. Platforma daxilində “itib-batmamaq” üçün gərək, xeyli məlumatlı olasınız.

Aşağıda hər iki üsulu ətraflı izah edirik.

Instagram postunu boost etmək (addım-addım)

1. Boost etmək istədiyiniz postu seçin. Profilinizə daxil olun və paylaşdığınız postlardan birini seçin. Təbii olaraq yaxşı nəticə vermiş və ya kampaniya üçün vacib olan bir post seçmək daha məqsədəuyğundur.

2. “Boost Post” düyməsinə toxunun.  Postun altında yerləşən mavi düyməsini klikləyin. Bu sizi reklam parametrlərinin olduğu səhifəyə yönləndirəcək.

3. Məqsədinizi təyin edin. Instagram sponsorlu reklamlar üçün sizə üç məqsəd təklif edir: Profil ziyarətləri, veb-sayta keçid, mesaj almaq. 

4. Auditoriyanızı müəyyənləşdirin. Instagram burada da sizi seçimlə qarşı-qarşıya qoyur. Bu dəfə iki seçimlə. Avtomatik və ya fərdi auditoriya seçə bilərsiniz. Yer, maraqlar, yaş, cins kimi kriteriyalar əsasında öz auditoriyanızı təyin etmək daha effektiv nəticə verə bilər.

5. Büdcə və vaxt aralığını seçin. Gündəlik və ya ümumi büdcə seçin və reklamın neçə gün davam edəcəyini təyin edin. Instagram təxmin edilən statistikasını sizə göstərəcək.

6. Nəzərdən keçirin və təsdiq edin. Reklamın necə görünəcəyini yoxlayın. Hər şey qaydasındadırsa, reklamı yayımlayın. Reklam Meta tərəfindən yoxlanıldıqdan sonra göstərilməyə başlayacaq. Bu, adətən, bir neçə saat ərzində baş verir.

Meta Ads Manager ilə instagramda reklam vermək

Meta Ads Manager vasitəsilə Instagramda reklam vermək sizə daha geniş imkanlar və tam nəzarət imkanı təqdim edir. Bu platforma vasitəsilə hədəf kütlənizi daha dəqiq seçə, müxtəlif reklam formatları yarada və nəticələri ətraflı analiz edə bilərsiniz. Bu üsul daha ciddi reklam strategiyası qurmaq istəyənlər üçün nəzərdə tutulub.

1. Meta Ads Manager platformasına daxil olun. Meta Business Suite-ə daxil olun və Instagram biznes profilinizlə əlaqəli olan Facebook hesabınıza giriş edin. Əgər hesablarınız bağlı deyilsə, “Business Settings” bölməsində əlaqələndirə bilərsiniz.  Ümumiyyətlə reklam hesabınız yoxdursa, yenisini yarada, daha sonra əlaqələndirə bilərsiniz. 

2. Yeni kampaniya yaradın. Bu addımı başa düşmək üçün bir az izah verək. Bu platformada reklam kampaniyasının 3 fərqli mərhələsi var. 

  • Reklam kampaniyası, 
  • Reklam seti 
  • Reklam.  
instagramda reklam kampaniyası, reklam seti və reklam

“Yarat” düyməsini seçin və kampaniyanız üçün məqsəd təyin edin. Sizə 6 məqsəd təqdim olunacaq. Onlardan ən uyğununu seçməyə çalışın. Hər bir məqsədin üstündə ətraflı şəkildə izah verilir. Hansı məqsədlər üçün olduğu izah olunur.

reklam kampaniyası parametrləri

3. Reklam seti yaradın. “Reklam seti” mərhələsində yaş, cins, yer, dil, maraqlar və davranışlar əsasında hədəf auditoriya təyin edə bilərsiniz. Əlavə olaraq, “Custom Audience” və “Lookalike Audience” funksiyalarından da istifadə edə bilərsiniz.

reklam seti parametrləri

4. Reklamın harada görünəcəyini seçin. Avtomatik yerləşdirmə seçə və ya özünüz təkcə Instagram üçün yerləşdirmələr təyin edə bilərsiniz. Əgər sponsorlu reklam yalnız Instagram-da göstərilməlidirsə, Facebook və digər platformaları deaktiv edin və yalnız feed, hekayələr və reels yerləşdirmələrini aktiv edin.

5. Büdcə və vaxt təyin edin. Gündəlik və ya ümumi büdcə seçin. Kampaniyanız üçün başlama və bitmə tarixlərini təyin edin. Meta sizə seçdiyiniz ayarlara əsaslanaraq təxmini göstəriciləri təqdim edəcək.

6. Reklam yaradın. İndi vizual məzmunlarınızı (şəkil, video, karusel və s.) yükləyin və reklam mətnini yazın. Yaxud Instagramdan hazır postu seçin. 

7. Nəzərdən keçirin və paylaşın. Reklamın ön baxışını diqqətlə yoxlayın. Format, mətn, keçidlər və auditoriya ayarlarının düzgün olduğuna əmin olduqdan sonra “Paylaş” düyməsinə klikləyin. Meta reklamınızı yoxladıqdan sonra onu aktiv edəcək.

Meta Ads Manager reklamlarınıza daha peşəkar yanaşmaq, A/B testləri aparmaq, müxtəlif kreativləri müqayisə etmək və daha dərin statistikalar əldə etmək üçün mükəmməl bir vasitədir.

Nəticə

Instagramda sponsorlu reklam vermək sponsorlu reklamları geniş auditoriyaya çatdırmaq və real nəticələr əldə etmək üçün effektiv və əlçatan bir yoldur. 

Əgər instagramda reklam verməkdə təcrübəli deyilsinizsə, yenisinizsə, post boost üsulu ilə başlaya bilərsiniz. 

Təcrübə qazandıqca isə daha inkişaf etmiş strategiyalarla Meta Ads Manager istifadə edərək kampaniyalarınızı peşəkar səviyyəyə qaldıra bilərsiniz.

Burada