Rəqəmsal Marketinqdə Konversiya Nisbəti

Əgər siz rəqəmsal marketinq sahəsi ilə maraqlanırsınızsa, “convetion rate” termini mütləq qarşınıza çıxıb. Konversiya nisbəti demək olar ki, hər kampaniyanın, strategiyanın və məqsədin əsasında duran anlayışdır.

Uğurlu nəticə əldə etmək istəyirsinizsə, bu anlayışı dərindən bilməlisiniz.

Sadə dillə desək, konversiya nisbəti saytınıza daxil olan ziyarətçilərin neçə faizinin qoyulmuş məqsədi yerinə yetirdiyini göstərən göstəricidir. 

Məsələn, form doldurmaq, abunə olmaq, alış-veriş etmək konversiyanın ölçülməsi üçün məqsəd ola bilər.

Bu məqalədə siz konversiya nisbətinin necə hesablandığını, ROI ilə əlaqəsini və onu necə effektiv şəkildə artırmağın yollarını öyrənəcəksiniz. 

Yaxşı konversiya nisbəti nədir?

“Bəs yaxşı conversion rate nə sayılır?” 

Təəssüf ki, bu suala vahid bir rəqəmlə cavab vermək mümkün deyil. Çünki bu göstərici bir çox faktordan asılıdır: sektor, trafik mənbələri, xidmətin qiyməti, auditoriyanın niyyəti və hətta hansı hərəkətin “konversiya” sayıldığı.

Orta hesabla, bir çox sahələr üzrə konversiya nisbəti adətən 2% – 5% arasında dəyişir. 

Bu o deməkdir ki, saytınıza daxil olan hər 100 nəfərdən 2–5 nəfəri sizin istədiyiniz hərəkəti yerinə yetirməlidir. Lakin bu rəqəm optimallaşdırılmış istifadəçi təcrübəsi, mobil uyğunluq və güclü CTA ilə daha çox ola bilər.

Məsələn, bir e-ticarət saytı üçün 2.5% normal qəbul edilə bilər. Digər tərəfdə B2B xidmətləri təklif edən bir sayt üçün 2.5% fantastik nəticə sayıla bilər.  

“Yaxşı konversiya nisbəti” zamanla inkişaf edən göstəricidir. Bunu öz sektorunuzda olan rəqiblər ilə müqayisə etmək faydalıdır. Lakin daha vacibi  öz nəticələrinizi analiz etmək, zəif nöqtələri müəyyənləşdirmək və davamlı olaraq optimallaşdırma işləri aparmaqdır.

Conversion rate necə hesablanır?

Konversiya nisbətinin necə hesablandığını bilmək rəqəmsal marketinq fəaliyyətinizi effektiv şəkildə idarə etməyin ilk və ən vacib addımıdır. 

Hesablamanın düsturu çox sadədir. 

konversiya nisbətini hesablamaq üçün düstur

Gəlin sadə bir nümunəyə baxaq. Tutaq ki, saytınıza bu ay 5 000 ziyarətçi daxil olub və onlardan 250 nəfəri qeydiyyat formu doldurub. Bu halda sizin konversiya nisbətiniz belə olacaq:

(250 ÷ 5000) × 100 = 5%

Bu düsturu istənilən konversiya növünə tətbiq edə bilərsiniz.  Məhsul satışı, əlaqə formu, sənəd yükləməsi və ya telefon zəngi və ya WhatsApp mesajı. 

Əsas odur ki, nəticəni düzgün izləyəsiniz. Ən çox istifadə edilən vasitələrdən biri Google Analytics-dir. Həmçinin bəzi CRM platformaları da bu funksionallığı təklif edir.

Lakin nəzərə alın ki, bu düstur nə üçün konversiyanın baş verdiyini göstərmir, yalnız nəticəni bildirir. Məhz buna görə conversion rate heç vaxt təkbaşına təhlil edilməməlidir. Onu digər KPI göstəriciləri ilə birlikdə təhlil etmək vacibdir. Məsələn, trafik mənbələri, bounce rate, sessiya müddəti və istifadəçi davranışı.

Eyni zamanda, konversiya nisbətini hər bir kanal üzrə ayrıca hesablamaq da faydalıdır. Email marketinqdə kampaniyanız 12% konversiya verə bilər, amma orqanik SEO trafiki yalnız 5% ola bilər. Bu fərq nəticənin zəif olması demək deyil.  Bu kanallar üzrə ümumi fərq də ola bilər, sizin üçün optimallaşdırma fürsəti də ola bilər. 

Conversion rate və ROI 

Konversiya nisbəti rəqəmsal marketinqdə qoyulan səylərin nəticəyə çevrilib-çevrilmədiyini göstərən birbaşa sübutdur. 

O ən mühüm KPI olan ROI-a birbaşa təsir göstərir. 

Rəqəmsal marketinqdə hər klik, baxış və formanın doldurulması ölçülə bildiyindən, conversion rate ilə ROI arasındakı əlaqəni başa düşmək, effektiv qərar vermək üçün əhəmiyyət daşıyır. SEO metriklərini də anlamaq üçün vacibdir.

Marketinq xərclərinizi bir investisiya kimi düşünün. 

Ancaq bu orqanik trafik və fəaliyyət konversiyaya çevrilmirsə, real nəticə yoxdur. Məhz buna görə konversiya nisbəti artıqda ROI da artır.

Gəlin nümunəyə baxaq. Siz reklam kampaniyası ilə 2% konversiya nisbəti əldə edirsiniz. Daha sonra dizaynı və kontenti dəyişirsiniz, mesajınızı yeniləyirsiniz və bir neçə SEO səhvlərini aradan qaldırırsınız. Nəticədə, bu göstərici 4%-ə yüksəlir. Trafikə əlavə pul xərcləmədən dönüşünüz ikiqat artır. Qısaca, həm konversiya, həm də ROI artır. 

Bu məqam, xüsusilə SEO ekspertlərirəqəmsal marketinq mütəxəssisləri üçün önəmlidir. Çox zaman uğur yalnız trafik, impression kimi dəqiq nəticə ifadə etməyən metriklər ilə ölçülür. 

Konversiya nisbətini necə artırmaq olar?

Konversiya nisbətini artırmaq rəqəmsal marketinqdə mühüm addımlardan biridir. Çünki izah etdiyimiz kimi, konversiya artıqda ROI artır, ROI artdıqda gəlir artır. 

Konversiyanı artırmaq, əsasən, sahib olduğunuz resursları daha yaxşı istifadə etməklə mümkündür.

İlk növbədə, düşüncə tərzini dəyişmək vacibdir. Daha çox konversiya əldə etmək sadəcə texniki dəyişikliklərlə yox, həm də istifadəçinin məqsədləri və ehtiyacları ilə uyğunlaşmaqla mümkündür.

İnsanlar saytınıza daxil olanda konkret bir həll axtarırlar. Əgər siz bu həlli açıq, aydın və inandırıcı şəkildə təqdim edə bilsəniz, conversion rate də yüksələcək.

Burada başlanğıc nöqtəsi analizdir. Google Analytics kimi alətlər sizə istifadəçilərin harada ilişdiyini göstərir. 

Əgər bounce rate yüksəkdirsə və ya insanlar səhifədən heç bir fəaliyyət göstərmədən çıxırlarsa, problemə işarədir. Bu məlumatları analiz etməklə siz boşluqları müəyyənləşdirə və sonrakı addımları testlə yoxlaya bilərsiniz. Artıq təxmin etməyə ehtiyac yoxdur.

Bu bölmədə sizə konversiya nisbətini artırmaq üçün 3 əsas strategiyanı təqdim edəcəyik:

  • Ümumi istifadəçi təcrübəsinin (UX) yaxşılaşdırılması
  • Kontent marketinq və verilən mesajların rolu
  • Davamlı və məqsədyönlü A/B testlərinin tətbiqi

İstifadəçi təcrübəsini (UX) optimallaşdırın

İstifadəçilər saytınıza daxil olduqda sürətli təcrübə gözləyir. 

Əgər saytınız bu gözləntiləri qarşılamırsa, ən yaxşı kontent belə onları tutub saxlaya bilməz. 

Məhz buna görə istifadəçi təcrübəsini (UX) optimallaşdırmaq konversiya nisbətini yüksəltməyin ən vacib yollarından biridir. Yaxşı UX istifadəçini qarışıq düşüncədən azad edir və onu istədiyiniz hərəkətə doğru istiqamətləndirir.

İlk olaraq, saytın yüklənmə sürətinə diqqət yetirin. Cəmi bir saniyəlik gecikmə belə bounce rate-i artıra və konversiya nisbətini azalda bilər. 

Bunun qarşısını almaq üçün Google PageSpeed Insights kimi alətlərdən istifadə edin. 

Şəkilləri optimallaşdırın, lazımsız skriptləri silin, sayt kodunuzu sadələşdirin. 

Növbəti addım  naviqasiyadır. İstifadəçilər saytınızda lazım olan məlumatı asanlıqla tapa bilirmi? Əsas CTA mesajınız gözə batırmı? 

UI/UX dizayn nə qədər aydın və yönəldicidirsə, istifadəçi bir o qədər tez qərar verir. 

Mobil uyğunluq zərurətdir. Trafikin əhəmiyyətli hissəsi mobil cihazlardan gəlir. Saytınız telefon və planşetlərdə problemsiz işləməlidir. 

Kontent marketinqə diqqət edin

Əgər istifadəçi saytınıza daxil olduqdan sonra “bu nəyə xidmət edir?” sualını verirsə, məzmunla bağlı probleminiz var.

Yaxşı dizayn çox önəmlidir, lakin doğru mesaj və aydın ifadə olunmuş dəyər təklifi olmadan istifadəçini hərəkətə keçirmək çətinləşir. Məhz bu səbəbdən kontent marketinqinin optimallaşdırılması konversiyaya gedən yolda əsas mərhələlərdən biridir.

Kontent marketinq sizə “Əsas məzmun və CTA necə olmalıdır?” sualının cavabını verir.

İlk növbədə, məzmunu keyfiyyətli edin. Ən azı özünüz oturub həmin məzmunu maraqla oxuyacaq qədər keyfiyyətli yazın. Məzmunun isə həm açar sözlərə, həm də istifadəçi niyyətinə uyğun olduğuna fikir verin.

Sonra isə call to action mesajlarınıza diqqət yetirin. Yenə də istifadəçiyə fayda verəcək bir şey təklif edin. Ola bilər ki, siz elə xidmət satırsınız ki, istifadəçi ilk öncə onun demo versiyasını işlətmək istəyir. Yaxud ilk öncə sizdən konsultasiya almaq istəyir. Buna görə CTA seçin. 

A/B testlər edin

A/B testlər sizə səhifənin, reklamın və ya e-poçt mesajının iki fərqli versiyasını müqayisə edərək hansı versiyanın daha yaxşı performans göstərdiyini öyrənməyə imkan verir. 

Əvvəlcə sadə bir fərziyyə ilə başlayın: “Əgər CTA düyməsinin rəngini dəyişsəm, klik sayı arta bilərmi?” Bu fərziyyə əsasında A versiyası (orijinal dizayn) və B versiyası (dəyişdirilmiş dizayn) yaradılır. İstifadəçi trafiki bu iki versiya arasında bölünür və hansı versiyanın daha çox konversiya gətirdiyi analiz edilir.

Lakin A/B testləri yalnız dizayn dəyişiklikləri ilə məhdudlaşmır. Siz kontentinizi, qiymətləri də belə test edə bilərsiniz. 

A/B testləri sizdə davamlı inkişaf dövrü yaranır: test et → öyrən → təkmilləşdir → yenidən test et. Bu yanaşma həm də marketinq strategiyanızı daha ağıllı və məqsədli edir.

Nəticə 

Conversion rate marketinq strategiyanızın nə dərəcədə effektiv olduğunu göstərən əsas metriklərdən biridir.  

Onu düzgün hesablamaq, təhlil etmək və daim optimallaşdırmaq daha çox müştəri, daha yüksək ROI və daha az resurs israfı deməkdir.

İstifadəçi təcrübəsinin yaxşılaşdırılması, kontent marketinq və A/B testləri kimi sadə, amma məqsədyönlü addımlarla konversiya dərəcəsini əhəmiyyətli dərəcədə artırmaq mümkündür.

Burada