Kopirayter Kimdir? Kopirayter Nə Qədər Qazanır?

Kopirayter brendin məhsul və ya xidmətini təqdim etmək, auditoriyanın diqqətini çəkmək və müəyyən addımı atdırmaq üçün cəlbedici və inandırıcı mətnlər yazan peşəkardır.

Müasir rəqəmsal dövrdə kopirayter peşəsi getdikcə daha da önəm qazanır. 

Şirkətlər auditoriya ilə emosional bağ qurmaq, etibar yaratmaq və satışları artırmaq üçün təsirli yazılara ehtiyac duyurlar.

Oxuduğunuz maraqlı məhsul təsviri, diqqət çəkən e-poçt başlığı və ya satış yönümlü bir səhifənin hər birinin müəllifi bu şəxslərdir.

kopirayerin tərifi

Kopirayter nə iş görür?

Əsas vəzifə oxucunu müəyyən bir addım atmağa təşviq edən mətnlər yazmaqdır. 

Bu addım məhsul almaq, xidmətə yazılmaq və ya sadəcə bir keçidə klikləmək ola bilər. 

Yəni o yalnız məlumat verməklə kifayətlənmir, həm də insan davranışına təsir etməyi hədəfləyir.

Veb-saytlar üçün yazılar aydın və satış yönümlü olmalı, sosial media üçün mətnlər isə qısa, diqqətçəkici tərzdə hazırlanmalıdır. 

Digər nümunələrə email kampaniyaları, reklam mətnləri və məhsul təsvirləri daxildir.

Hər bir mətnin məqsədi fərqli ola bilər. Satış mətnlərində inandırıcı və təhrikedici dilə üstünlük verilir, bloq və ya xəbərlərdə isə maarifləndirici və məlumatlandırıcı yanaşma ön plandadır. Amma hər iki halda mətn oxucunun ehtiyaclarına cavab verməlidir.

Kopirayterlərin 7 növü

Kopiraytinq sahəsi geniş və çoxşaxəlidir. Müxtəlif məqsədlərə və auditoriyalara xidmət etmək üçün fərqli ixtisaslaşmalar mövcuddur. Buna görə də kopirayterlər tez-tez müəyyən sahələr üzrə ixtisaslaşır və həmin sahənin tələblərinə uyğun yazılar hazırlayırlar.

  1. SEO kopirayterləri axtarış sistemlərinə uyğun məzmun hazırlayır. Əsas məqsədi məqalə və veb-səhifələrin “Google” kimi platformalarda daha yaxşı sıralanmasını təmin etməkdir. Bunun üçün açar sözlərdən düzgün istifadə və məzmunun strukturuna diqqət yetirmək vacibdir.

  2. Texniki kopirayterlər çətin və peşəkar mövzuları sadə dillə izah edir. Bu sahə xüsusilə texnologiya, proqram təminatı, tibb və mühəndislik sahələrində geniş yayılıb.

  3. Kreativ kopirayterin işi daha çox dizayn, çap və brendinqlə bağlıdır. Bu sahədə yaradıcılıq və emosional təsir ön plandadır.

  4. Sosial media marketinq kopirayteri sosial şəbəkələr üçün qısa, maraqlı və cəlbedici materiallar hazırlayır. Onların vəzifələrinə müxtəlif briflər, təsvirlər, ssenarilər yazmaq daxildir. Trendləri izləyir, platformaların tələblərini anlayır və izləyici ilə yaxın ünsiyyət yaradır.

  5. Satış yönümlü kopirayter məhsul və ya xidmətin satışına birbaşa təsir edən məzmunlar yazır. Açılış səhifələri, email kampaniyaları və məhsul təsvirləri bu sahəyə daxildir.

  6. Reklam kopirayteri böyük brendlərin böyük kampaniyalarında əsas rol oynayır.

  7. Video kopirayter video çarxlar, reklamlar və tanıtım videoları üçün skriptlər hazırlayır. Yazdıqları mətn həm vizual, həm də səsli təqdimata uyğun şəkildə qurulmalıdır.

Kopirayter üçün vacib bacarıqlar

Peşəkar olmaq üçün yalnız yaxşı yazmaq kifayət etmir. Bu sahədə uğur qazanmaq həm şəxsi keyfiyyətlərə, həm də texniki biliklərə əsaslanır. Yaxşı peşəkar olmaq üçün bu sahədə həm yumşaq bacarıqlar, həm də texniki bacarıqlar əsas rol oynayır.

Yumşaq bacarıqlar

  • Yaradıcılıq
  • Adaptasiya bacarığı
  • Ünsiyyət bacarığı
  • “Storytelling”
  • Zamanın idarə olunması
  • Tənqidi düşünmə
  • Problem həll etmə bacarığı
  • Komanda ilə işləmə bacarığı
  • Emosional zəka
  • Məsuliyyətlilik
  • Dəqiqlik və diqqət
  • Peşəkarlıq
  • Təşəbbüskarlıq
  • Müştəri ehtiyaclarını anlama bacarığı

Texniki bacarıqlar

  • Qrammatika və yazı qaydaları
  • Araşdırma bacarığı
  • SEO bilikləri
  • Açar söz təhlili
  • Məzmun planlaması
  • Redaktə və korrektə
  • UX prinsipləri
  • Veb məzmun formatlaşdırması
  • Google Docs və Microsoft Word
  • Grammarly və ya digər yazı dəstəyi alətləri
  • Semrush və ya Ahrefs kimi SEO alətləri
  • Email marketinq platformaları (məs. Mailchimp)
  • Sosial media platformaları üçün məzmun hazırlamaq
  • Kontent idarəetmə sistemləri (WordPress kimi)

Son olaraq LinkedIn elanlarında rast gəldiyimiz bir kopirayer vakansiyana nəzər salaq:

Nümunə olaraq götürülmüş vakansiyada kopirayterdən tələb olunan bacarıqlar

Necə kopirayter olmaq olar?

Bu sahədə diplom şərt olmasa da, uğurlu karyera qurmaq üçün ardıcıl və məqsədyönlü addımlar atmaq vacibdir. 

Əgər necə kopirayter olmaq olar sualını düşünürsünüzsə, aşağıdakı mərhələlər sizə yol göstərə bilər.

  • Əsas yazı və marketinq biliklərini öyrənin: Jurnalistika, dilçilik, reklam və ya kommunikasiya kimi sahələrdə təhsil faydalı ola bilər. Rəqəmsal marketinq kursları və sertifikatlar (məsələn, HubSpot, Coursera) başlanğıc üçün əla seçimdir.

  • Portfolio yaradın: Ən yaxşı iş nümunələrinizdən ibarət şəxsi oprtfolio hazırlayın. Burada müxtəlif üslub və formatda yazılar (məhsul təsviri, bloq, reklam mətni) yer almalıdır.

  • Təcrübə qazanın: Əgər başlanğıc nöqtədəsinizsə, “internship” belə sizə faydalı ola bilər. Ən azı buradan başlamağa dəyər.

  • Mütəmadi olaraq yazı təcrübənizi inkişaf etdirin: Bu sahədə dayanmaq olmaz. Trendlər dəyişir, tələblər yenilənir. Odur ki, siz də dayanmayın. Öyrənin və tətbiq edin. Bloq yazın, sosial media üçün məzmun hazırlayın, müxtəlif mövzularda özünüzü sınayın. Yazdıqca dil və ifadə bacarığınız inkişaf edəcək.

  • Özünüzü tanıdın: Sosial şəbəkələrdə, xüsusilə “LinkedIn”də aktiv olun. Peşəkar profil yaradaraq öz xidmətlərinizi təqdim edin və əlaqələr qurun.

Kopirayterlər nə qədər qazanır?

Bu sahədə işləmək istəyənlərin ən çox maraqlandığı suallardan biri də bu sahədə qazanc imkanlarıdır. 

Kopirayterlərin maaşı müxtəlif amillərdən asılı olaraq dəyişir. Bu amillərə təcrübə, sahə üzrə ixtisaslaşma, işlədiyiniz ölkə və iş formatı (frilanser və ya ofis işi) daxildir. Gəlin, iş elanı saytlarına tez göz ataq.

Nümunə üçün götürülmüş vakansiyada kopirayter vakansiyası üçün təklif olunan maaş


Nümunədən göründüyü kimi bu sahədə maaş intervalı olduqca böyükdür. Peşəkarlar bir neçə min manat, yeni başlayanlar isə bir neçə yüz manat qazana bilir. Ortalama isə bu məbləğ 1000 AZN təşkil edir.

Əldə edilən gəlir aşağıdakı nüanslara görə fərqlənə bilər:

  • Yeni başlayanlar – Xüsusi ilə Azərbaycanda bu sahədə və bu təcrübəyə malik şəxsləri təəssüf ki, az maaş gözləyir. Belə şəxslər, adətən, 600 manat civarı maaş gəlir əldə edir.

  • Təcrübəsi olanlar – Təcrübə qazandıqca maaş artımı da ona paralel gedir. Əlbəttə, hər elanda gördüyümüz kimi maaş təcrübəyə əsasən təyin olunur. 🙂
    Ancaq biz yenə də təcrübəli şəxslərin maaşının 800 AZN-dən 2000 AZN-dək dəyişdiyini qeyd edə bilərik.

  • Frilanserlər və layihə əsaslı çalışanlar– Bu formatda çalışan şəxslər ya saatlıq, ya da layihə əsaslı ödəniş alır.  Xüsusi kampaniyalar üçün kopirayter tutan şirkətlər, yüksək büdcəli layihələrdə daha yüksək qonorar ödəyə bilər.

Nəticə

Bir brendin yadda qalmasında, bir məhsulun satılmasında və ya bir mesajın təsir yaratmasında sözlərin rolu danılmazdır. Bu sözlərin arxasında isə kopirayter dayanır. 

O brendin səsini formalaşdırır, ideyanı auditoriyaya çatdırır və insanları hərəkətə keçməyə təşviq edir. Hər bir uğurlu kampaniyanın, güclü marketinq strategiyasının və veb-sayt məzmununun arxasında bir kopirayterin düşüncəsi dayanır.

Burada