Meta Description Nədir? Meta Təsvir Necə Yazılır?

Meta description nədir?

Meta description veb-səhifənin məzmununu qısa şəkildə izah edən HTML elementidir. 

Axtarış sistemlərində səhifə başlığının altında görünür. İstifadəçiyə klikləməzdən əvvəl səhifə haqqında ilkin məlumat verir.

Daha sadə dildə izah eləməyə çalışsaq, meta təsvirlər kitabın ön sözü kimidir. Oxumağa başlamazdan əvvəl sizə bir-iki cümlə ilə məlumat verir.

Yaxşı yazılmış təsvir istifadəçiyə axtardığı cavabın məhz sizin səhifənizdə olduğunu hiss etdirməlidir. 

Həmçinin özündə açar sözü əks etdirməli və axtarış niyyətinə də uyğun olmalıdır.

Düzgün yazılmış meta təsvir nümunəsi

Google meta təsvirləri istifadə edirmi?

Bunu bilmək sizi təəccübləndirə bilər, Google sizin yazdığınız meta təsviri hər zaman göstərmir. 

Semrush-ın araşdırmalarına əsasən, deyə bilərik ki, Google səhifələrdəki description-ların təxminən 70% halda dəyişdirir. Yenidən formalaşdırır.

Bunun əsas səbəbi Google-un istifadəçi sorğusuna maksimum uyğun cavab təqdim etmək istəməsidir. 

Əgər sizin yazdığınız təsvir həmin sorğu ilə tam uyğun gəlmirsə, Google səhifədən başqa bir mətni SERP-də əks etdirir. 

Nümunəmizə nəzər yetirək. İki fərqli açar söz üçün Google iki fərqli description yaradır və SERP-də təklif edir. Halbuki hər iki nəticə eyni veb-səhifədir.

SERP nəticələrində eyni səhifə üçün görünən iki müxtəlif meta desctiption nümunəsi

SEO üçün nə qədər vacibdir?

Texniki olaraq Google-un reytinq alqoritmində birbaşa sıralama faktoru deyil. Bu qısa mətn birbaşa SEO-ya təsir etmir. 

Lakin SEO üçün meta description hələ də əhəmiyyət daşıyır. Çünki o, istifadəçilərin diqqətini cəlb edir. Onları səhifəyə keçid etməyə çağırır. Bu da klikləmə nisbətini (CTR) artırır. Dolayı yolla SEO-ya müsbət təsir edir. 

CTR Google üçün istifadəçi davranışını ölçən mühüm göstəricilərdən biridir. İstifadəçilər sizin nəticənizi daha çox klikləyirsə, Google-a həmin səhifənin axtarış sorğusu ilə əlaqəli olduğunu dərk edir.

Yəni nəticə olaraq, birbaşa reytinqi təyin etmir. Çox vacib deyil. Lakin dolayı yolla da olsa, SEO-ya təsir edir. Buna görə də diqqət yetirsəniz pis olmaz. 

Yaxşı yazılmış meta təsvirin uzunluğu

Uğurlu meta description yazmaq üçün ilk qaydalardan biri onun uzunluğunu düzgün müəyyənləşdirməkdir. 

Google rəsmi olaraq simvol limiti təyin etmir. Ümumi qayda isə budur ki, maksimal uzunluq təxminən 160 simvoldan az olmalıdır. Ancaq biz meta təsvir yazarkən uzunluğunu 140 simvol civarı saxlamağı tövsiyyə edirik.

Çünki Google yalnız simvol sayına deyil, həm də piksellərə baxır. Məsələn:

  • İstifadəçinin ekran ölçüsü. Əgər ekran balacadırsa, təbii ki, ekranda daha az simvol göstəriləcək.

  • Simvolların eni. Misal üçün, “m” “l” ilə müqayisədə daha çox yer tutur.

Əgər təsviriniz çox yer tutursa, Google onu kəsə və əsas hissəsini göstərməyə bilər. .

SEO-da meta description necə yazılır?

SEO yönümlü meta description yazmaq çətin məsələ deyil. Bunun üçün bir neçə qaydanı bilmək sizə kifayət edir. 

  1. Əsas fikri aydınlaşdırın. Səhifə nədən bəhs edirsə, onu konkret şəkildə izah edin.
  2. Açar sözü daxil edin. Bu həm istifadəçi, həm də SEO baxımından vacibdir.
  3. İstifadəçi niyyətinə fikir verin. Axtarış edən şəxs bu səhifədən nə gözləyir? Təsvir bunu aydın göstərməlidir.
  4. Qısa və konkret olun. Optimal uzunluğun nə qədər olduğunu xatırlayın. Fikrinizi aşağı-yuxarı 140 simvolda ifadə etməyə çalışın.
  5. Unikal yazın. Hər səhifə üçün fərqli description yaradın. Eyni təsviri təkrarlamaq SEO üçün zərərlidir.

Meta description yazarkən yol verilən SEO səhvləri

Yol verilən kiçik SEO səhvlərindən biri də meta təsvirlərin yazılması ilə bağlıdır. Gəlin, tez-tez edilən əsas 4 səhvə nəzər salaq.

1. Açar sözlərin həddindən artıq istifadəsi: “Keyword stuffing” adlanan bu səhv həm istifadəçi, həm də Google üçün xoş olmayan təsir yaradır. Açar sözü bir dəfə və təbii şəkildə istifadə etmək kifayətdir.

2. Uzunluq limitinin aşılması: Google uzun təsvirləri kəsir. Ona görə də fikrinizi qısa şəkildə izah etməyə çalışın. 140 simvolda məzmunu izah eləməyə çalışın. 

3. Təsvirlərin təkrarlanması: Eyni təsvirdən bir neçə səhifədə istifadə etmək səhifələrin yaxşı təcrübə deyil. Çalışın ki, hər səhifə üçün səhifəyə məxsus təsvir yaradasınız. Nümunədə rəqib saytların təxmini olaraq bir biri ilə eyni təsviri yaratdığını görürsünüz.

Təkrarlanan meta description nümunəsi

4. İstifadəçi niyyətinin nəzərə alınmaması: Təsvir istifadəçinin nə axtardığını və nə tapacağını birbaşa əks etdirməlidir. Niyyətlə uyğun olmayan mətnlər klik gətirmir..

Nəticə

SEO-da meta description yazmaq bəzən kiçik bir detal kimi görünə bilər. Amma bu qısa cümlə veb-səhifənizin Google axtarış nəticələrində necə göründüyünə və klikləmə nisbətinə təsir edə bilir.

Unutmayın ki, hər səhifə unikaldır və özünəməxsus meta təsvir tələb edir. Yazdığınız təsviri qısa, istifadəçi niyyətinə uyğun şəkildə yazmağa cəhd edin.

Burada