Sadə dillə desək, off-page SEO saytınızdan kənarda aparılan və saytınızı axtarış sistemlərində daha etibarlı, tanınan və nüfuzlu görünməsini təmin edən fəaliyyətlərdir.
Bura linklərin əldə olunması, markanız haqqında rəylər, sosial mediada paylaşımlar və başqa saytların sizin məzmununuza istinad etməsi daxildir.
Əgər siz off-page SEO nədir sualına cavab axtarırsınızsa, bu yazıda istədiyinizi tapacaqsınız.
Aşağıda sizə ən yaxşı off-page SEO strategiyaları, onların Google sıralamasına necə təsir etdiyini və saytdankənar SEO-nun əhəmiyyətini izah edəcəyik.
Niyə off-page SEO vacibdir?
SEO kompakt prosesdir. Sizin saytınız mükəmməl dizayn oluna bilər, texniki səhvlərdən qaça bilərsiniz və yüksək keyfiyyətli məzmun da paylaşa bilərsiniz. Lakin, bu addımlar uğur üçün kifayət deyil.
Sayt haqqında başqalarının nə düşündüyü də Google üçün çox önəmlidir. Bu da off-page SEO-nun əsas mahiyyətini təşkil edir.
Google və digər axtarış sistemləri sadəcə saytınızda yazdığınız məlumatlara baxmır, eyni zamanda saytınıza kimlərin link verdiyini, harada və necə bəhs olunduğuna da baxır.
Bu siqnallar Google üçün bir növ “etibar mesajı” sayılır.
Məsələn, sizin məqaləniz nüfuzlu bir bloqda paylaşılırsa və ya tanınmış bir saytdan sizə keçid verilibsə, avtomatik olaraq domen avtoritetiniz artır. Nəticədə, sizin kontentiniz SERP-də digər rəqiblərlə müqayisədə daha yuxarıda sıralanır.
On-Page SEO ilə off-page SEO arasındakı fərqlər
SEO strategiyasının effektiv olması üçün on-page və off-page SEO metodlarının fərqini başa düşmək və düzgün tətbiq etmək vacibdir.
Bu iki yanaşma eyni məqsədə xidmət etsə də, yanaşmalar və tətbiqlər tamamilə fərqlidir.
On-page SEO veb-saytın daxilində görülən işləri əhatə edir. Məzmunun açar sözlərlə optimallaşdırılması, başlıqların düzgün qurulması, meta təsvirlərin yazılması, saytın yüklənmə sürəti, responsivlik və daxili linkləmə kimi məsələləri əhatə edir. Yəni burada nəzarət tam sizin əlinizdədir.
Off-page SEO isə tam əksinə. Saytınızdan kənarda baş verən və saytınıza etibar qazandıran bütün fəaliyyətləri əhatə edir. Backlink-lərin yaradılması, marka adının çəkilməsi, sosial mediada paylaşımlar, rəy platformalarında yazılan fikirlər və influenser marketinq bura daxildir.
Bütün bu siqnallar Google-a sizin saytın dəyərli və etibarlı olduğunu göstərir.

Off-page SEO texnikaları
Link building
Off-page SEO dedikdə ağla ilk gələn və ən güclü metodlardan biri məhz link building-dir. Yəni başqa saytlardan sizin sayta keçidlərin əldə olunmasıdır.
Backlink adlanan bu keçidlər Google üçün “bu sayt etibarlıdır” mesajı kimi qəbul olunur. Nəticə olaraq, sizin sıralamanıza birbaşa təsir edir.
Amma burada vacib bir məsələ var: hər link eyni gücə malik deyil. Məsələn, sahənizlə əlaqəli, yüksək avtoritetli bir saytdan gələn bir keçid, onlarla zəif və əlaqəsiz saytdan gələn linkdən qat-qat daha dəyərlidir.
Bizə görə ən yaxşı off-page SEO strategiyalarından birincisi elə məhz keyfiyyətli link building-dir.
Bəs bura nələr daxildir?
- Siz sahəniz üzrə fəaliyyət göstərən saytlar üçün faydalı məqalələr yaza, qarşılığında isə link ala bilərsiniz. Bu “guest blogging” adlanır. Tərcümə etməyə çalışsaq, qonaq bloq yazıları deyə bilərik.
- Mövcud saytlarda işləməyən (404) keçidləri taparaq onların yerinə sizin uyğun məzmununuzu təklif edə bilərsiniz. Nəticə etibarı ilə həm qarşı tərəfə xeyir vermiş olursunuz, həm də özünüzə.
- Faydalı məzmun və ya siyahı təqdim edən saytlara öz saytınızı əlavə etdirə bilərsiniz.
- Hardasa saytınız və ya brendiniz haqqında yazılıb, amma link qoyulmayıbsa, sayt sahiblərindən link əlavə etmələrini xahiş etmək də bu strategiyanın bir hissəsinə daxildir.
Məzmun marketinqi
Çoxları məzmun marketinqini yalnız saytın daxilində tətbiq edilən strategiya kimi görür.
Əslində, bu metod off-page SEO üçün önəmli yer tutur. Səbəbi sadədir. Yaxşı məzmun paylaşılır, istinad edilir və sizi rəqəmsal ekosistemdə daha geniş auditoriyaya tanıdır.
Yüksək keyfiyyətli və dəyərli məzmun yaratmaqla siz digər saytlardan təbii şəkildə backlink almaq şansı əldə edirsiniz.
Məsələn, orijinal araşdırmalar və statistika əsaslı yazılar digər yazarların diqqətini cəlb edir.
İnfoqrafiklər isə vizual cəhətdən cəlbedici olduqları üçün daha çox paylaşılır.
Yazılarınızı Medium, LinkedIn, yerli bloq platformaları və ixtisaslaşmış saytlar kimi digər kanallarda təkrar paylaşmaqla daha çox orqanik trafik və backlink əldə etmək mümkündür.
Bir daha qeyd edək ki, kontent marketinq hər yerdə əsasdır. Ona görə də kontent yaradanda fikir vermək lazımdır ki, məzmun paylaşılsın, istinad edilsin, yadda qalsın.
Lokal SEO
Lokal SEO-nun off-page SEO ilə əlaqəsi ilk növbədə saytdankənar qeydiyyatlar və etibarlılıq siqnalları ilə qurulur.
Saytınızın adı, ünvanı və telefon nömrəsi kimi məlumatlar müxtəlif yerli kataloqlarda və platformalarda eyni və düzgün şəkildə qeyd olunmalıdır.
Google sizin real, fəaliyyət göstərən bir biznes olduğunuzu bu cür başa düşür.
Eyni zamanda, “Google Business Profile” hesabınızda aktiv olmaq da çox vacibdir. Burada mütəmadi olaraq foto, yenilik və rəy paylaşımları Google-un lokal sıralamalar üçün topladığı siqnallar arasında ön sıradadır.
Rəylər
Onlayn dünyada sizin haqqınızda yazılan rəylər off-page SEO strategiyanızın ayrılmaz hissəsidir. Çünki müştərilərin sizin haqqınızda nə dediyi, axtarış sistemlərinin sizin saytınıza necə yanaşdığını birbaşa təsir edir.
Google, Trustpilot, Yelp, Tripadvisor və digər rəy platformalarında toplanan real istifadəçi rəyləri etibar siqnalları kimi qəbul olunur.
Pozitiv rəylər sadəcə imic formalaşdırmır. Google-da yerli sıralamalarda sizi önə çəkir.
Yaxşı rəylər həm də brend avtoriteti yaradır. Google sizin adınızı axtarışa verən istifadəçilərin nə tapdığını qiymətləndirir. Əgər axtarış nəticələri pozitiv rəylərlə doludursa, saytınızın ümumi domen avtoritetinə də müsbət təsir göstərir.
Unutmayın ki, saxta və qeyri-səmimi rəylər qısamüddətli nəticə verə bilər. Lakin uzunmüddətli etibar və sıralama üçün şəffaflıq və dürüstlük önəmlidir.
Çox təkrarlanan off-page SEO səhvləri
Off-page SEO strategiyası uğur gətirə bilər, amma yanlış tətbiq olunduqdasayta zərər də verə bilər.
Bəzi ümumi SEO səhvləri var ki, hələ də çoxları tərəfindən təkrarlanır:
1. Keyfiyyətsiz backlink-lər almaq siyahımızın birinci yerindədir. Sadəcə link sayı üçün istənilən saytdan backlink almaq ciddi riskdir. Google bunu manipulyativ davranış kimi görür. Saytınızı cəzalandırır.
2. Spam xarakterli forum və şərhlər qısa müddətli effekt yaratsa da, uzun müddətdə mənfi təsirə səbəb olur.
3. Sayt və ya biznes haqqında internetdə düzgün və tam məlumatların olmaması da səhvlər arasındadır. Məlumatlarınız hər yerdə eyni və tam şəkildə olsun.
4. Rəylərə cavab verməmək və ya neqativ rəyləri görməməzlikdən gəlmək həm istifadəçilər, həm də axtarış sistemləri üçün mənfi siqnaldır.
Uğurlu saytdankənar SEO üçün vacib olan təkcə doğru addımlar deyil, SEO səhvlərindən də qaçmaqdır. Uzunmüddətli nəticələr üçün etik, orijinal və keyfiyyət əsaslı yanaşma hər zaman daha effektivdir.
Off-page SEO xidməti
Əgər sizin də:
- saytınızda çoxlu SEO səhvləri varsa,
- strategiyaları özünüz tətbiq etməkdə çətinlik çəkirsinizsə,
- peşəkar dəstəyə ehtiyacınız varsa, SEO xidmətlərimiz sizin üçün ideal seçim ola bilər.
Biz sizin saytınız üçün keyfiyyətli link building strategiyası qururuq. Kontent marketinqə xüsusi önəm veririk.
Nəticə
SEO strategiyasının yalnız on-page SEO ilə məhdudlaşmadığı artıq aydındır.
İstifadəçilərin sizi necə tanıdığı, hansı saytlardan sizə keçid verildiyi və haqqınızda necə danışıldığı ümumi sıralamanıza birbaşa təsir edir.
Off-page SEO bu görünməyən, amma vacib strategiyanın əsasını təşkil edir.