On-Page SEO Nədir? [İzah + 10 Komponenti]

Rəqəmsal marketinq sahəsinə ilk başlayanların qarşısına çıxan ən vacib anlayışlardan biri hər zaman on-page SEO olur. 

Axtarış sistemlərində daha yüksək mövqe tutmaq istəyirsinizsə, sayt daxilində aparılan optimizasiya işlərini düzgün başa düşmək və tətbiq etmək əsas şərtdir.

On-page SEO saytın görünən hissələri üçün aparılan optimizasiya addımlarıdır. 

Bura meta başlıqlarının və təsvirlərinin yazılması, açar sözlərin yerləşdirilməsi, daxili linklər, məzmun kimi elementlər daxildir.

Bu məqalədə siz saytdaxili SEO-nun nə üçün vacib olduğunu, off-page SEO ilə fərqini, əsas elementlərini və necə optimallaşdırmaq lazım olduğunu öyrənəcəksiniz.

Saytdaxili SEO nə üçün vacibdir?

Misal üçün deyək ki, çox keyfiyyətli bloq yazmısınız. Əgər bu məqalə axtarış sistemlərində görünmürsə və istifadəçilər onu tapmırsa, bütün zəhmətiniz boşa gedir.

On-page SEO məzmununuzu həm istifadəçilər, alqoritmlər üçün daha əlçatan və anlaşılan edir.

Başlıqlarda, açar sözlərin yerləşdirilməsində, HTML etiketlərində və strukturlaşdırılmış məlumatlarda düzgün optimizasiya Google kimi axtarış sistemləri səhifənin mövzusunu daha tez və dəqiq anlayır. 

Bundan əlavə, sayt daxilində görülən optimizasiya işləridaha yaxşı istifadəçi təcrübəsi yaradır. Məzmun oxunaqlı, səhifə responsiv və sürətli olarsa, istifadəçilər saytınızda daha çox vaxt keçirir. 

Bütün SEO strategiyasının uğurla işləməsi üçün düzgün qurulmuş sayt daxili optimizasiya vacib təməl rolunu oynayır. 

Backlink strategiyanız nə qədər güclü olsa da və ya ödənişli reklamlara nə qədər çox pul ayırsanız da əgər saytınız daxildə zəif qurulubsa, gözlənilən nəticə alınmayacaq.

On-page SEO və off-page SEO: fərqlər nədir?

SEO strategiyasını planlaşdırarkən üç fərqli əsas istiqamət diqqətə alınmalıdır: on-page SEO, off-page SEO və texniki SEO. 

On-page SEO-nu başa düşmək üçün isə onu off-page SEO ilə müqayisə etmək lazımdır. 

Ona görə ki bu anlayışlar bir-birini tamamlayır, lakin funksiyaları və tətbiq sahələri fərqlidir.

On-page SEO və off-page SEO arasındakı fərqlər

Saytdaxili SEO nədir?

Dediyimiz kimi, saytdaxili SEO veb-saytın özündə aparılan bütün optimizasiya addımlarını əhatə edir. 

Əsas məqsəd axtarış motorlarına səhifənin mövzusunu daha yaxşı anlamağa imkan vermək və eyni zamanda istifadəçiyə rahat, faydalı təcrübə təqdim etməkdir. 

Üstün cəhəti isə odur ki, bu sahə tam olaraq sayt sahibinin və ya SEO mütəxəssisinin nəzarətindədir.

Off-page SEO nədir?

Əksinə, off-page SEO sayt xaricində həyata keçirilən fəaliyyətləri əhatə edir. 

Bura backlink strategiyası, brendin internetdə adının çəkilməsi, sosial siqnallar, qonaq bloqları, forumlarda iştirak və digər xarici əlaqə üsulları daxildir.

Bu fəaliyyətlər saytınızın etibarını və domen nüfuzunu artırmaq üçün vacibdir. 

Lakin bu sahədə birbaşa nəzarət daha çətindir, çünki prosesin bir hissəsi üçüncü tərəflərdən asılı olur.

On-page SEO-nun əsas elementləri

Uğurlu on-page SEO strategiyasının əsasını bir neçə vacib komponent təşkil edir. 

Bu elementlərin hər birini düzgün tətbiq etsəniz, həm axtarış motorlarının sizi daha yaxşı anlayır, həm də istifadəçilərin saytınızdan məmnun qalacaq.

1. Başlıq etiketi və ya title tag

Başlıq etiketi və ya title tag axtarış nəticələrində istifadəçilərin ilk gördüyü mətn hissəsidir. 

Bu etiketi optimzasiya etmək üçün əsas açar söz başlığın əvvəlində yer almalı, 60 simvoldan uzun olmamalı və səhifənin əsas mövzusunu dəqiq ifadə edilməlidir.

Bu element SEO-ya birbaşa təsir edir, kliklənmə ehtimalını (CTR) artırır, SERP-də səhifənizin nə ilə bağlı olduğunu izah edir.

Title tag nümunəsi

2. Meta təsvir və ya meta description

Meta təsvir axtarış nəticəsində başlığın altında görünən qısa mətn parçasıdır. Bu hissə birbaşa reytinqə təsir etmir, yalnız dolayı yollarla sizin saytınıza töhvə verir.

Meta description cəlbedici, aydın və təxminən 140–150 simvol olmalıdır. 

Meta təsvir nümunəsi

3. Başlıq etiketləri

Səhifədəki başlıqların iyerarxik strukturu həm istifadəçi, həm də axtarış sistemi üçün vacibdir. 

H1 etiketi yalnız bir dəfə istifadə olunmalı və əsas açar söz daxil edilməlidir. 

Alt mövzular üçün isə H2 və H3 başlıqlar istifadə edilməlidir.

Bu yanaşma həm oxunaqlılığı artırır, həm də səhifənin strukturunu göstərir.

Nümunə üçün hazırda oxuduğunuz bloqun strukturunu göstərək.

on-page seo üçün başlıq strukturu

4. Açar sözlərin yerləşdirilməsi 

Açar sözlər SEO prosesinin ən vacib hissələrindən biridir. Bəlkə də birincisidir. 

Açar sözlər düzgün araşdırıldıqda və düzgün yerlərdə yerləşdirildikdə axtarış motorları səhifənin nə ilə bağlı olduğunu daha dəqiq müəyyən edə bilir. 

Açar sözləri kontentdə istifadə edərkən onların başlıqlarda, kontentin əvvəlində və sonunda yerləşdirilməsinə diqqət yetirilməlidir. 

Açar sözlər təbii şəkildə yerləşdirilməli, həddindən artıq istifadə olunmamalıdır.

Eyni zamanda sinonimlər və semantik ifadələr dəstək üçün istifadə edilməlidir.

Açar sözlərin məzmunda düzgün yerləşdirilməsi

5. Məzmunun keyfiyyəti və uzunluğu

Axtarış motorları artıq sadəcə açar söz deyil, keyfiyyətli və dəyərli məzmun axtarır. 

Məzmun mövzu ilə əlaqəli, orijinal və istifadəçiyə fayda verməlidir.

Məzmunun uzunluğu qısa da ola bilər, uzun da. Bu sizin fəaliyyət göstərdiyiniz sferaya, rəqiblərinizə və mövzuya görə dəyişir. 

Əsas hədəf həmişə istifadəçinin ehtiyacını qarşılamaq olmalıdır. Ona görə ki alqoritmlər yalnız istifadəçilərə dəyərli olan məzmunu ön plana çəkəcək.

6. Daxili linkləmə

Daxili linklər saytın müxtəlif səhifələri arasında əlaqə quraraq həm istifadəçini istiqamətləndirir. 

Üstəlik, saytınızı oxumağa gələn botları digər səhifələri oxumağa yönlədirir.

Sayt arxitekturasını gücləndirir. 

Linklərdə istifadə olunan anchor mətnlər aydın, məzmunla əlaqəli olmalıdır.

Düzgün daxili linkləmə nümunəsinə nəzər salaq. “ROAS nədir” bloqunda ROI ilə bağlı olan digər bloqa keçid verilib. Hər iki termin əlaqəlidir, deməli bu səhifələr də əlaqəlidir. ROAS haqqında maraqlanan insan həm də digər performans göstəricisi haqqında məlumat almaq istəyə bilər. Anchor text isə düzgün seçilib. Birbaşa əlaqəli açar sözlə ifadə olunub.

daxili linkləmə üçün nümunə

7. Şəkillərin optimizasiyası 

Şəkillər vizual baxımdan məqaləni zənginləşdirsə də, SEO baxımından da optimallaşdırılmalıdır. 

Dekorativ olmayan hər şəkilə alt mətn əlavə edilməlidir ki, sistem onun nə ilə bağlı olduğunu başa düşsün.

Bundan əlavə, şəkillərin həcmi azaldılmalıdır. Çünki səhifənin yüklənmə sürəti texniki SEO üçün əsas meyarlardandır.

on-page seo üçün şəkil optimizasiyası

8. URL strukturu

SEO-dostu URL-lər qısa, oxunaqlı və məzmunla əlaqəli olmalıdır. 

Açar söz URL-də yer almalı, lazımsız simvol və rəqəmlərdən qaçınılmalıdır.

Düzgün URL strukturu

9. Mobil uyğunluq və ya responsivlik

Əslində, responsivlik çox vaxt texniki SEO-nun bir hissəsi kimi götürülür. Buna baxmayaraq, həm də on-page SEO ilə əlaqəlidir. 

Google-un mobil cihazları prioritet qəbul etməsi bunu deməyə əsas verir. 

Saytınız komputerdə gözəl görünə bilər, amma telefonda sizin kontentiniz uyğun görünmürsə, reytinqinizə mənfi təsir edəcək.

on-page seo üçün responsivlik

10. Səhifə sürəti

Bu hissə də əslində texniki SEO ilə ortaq olan digər komponentdir. Ancaq səhifə sürətini həm də saytdaxili işlərlə artıra bilərsiniz. Ona görə də, bu bloqda bu komponentə də yer verdik.

Sürətli sayt həm istifadəçini saxlayır, həm də reytinqə müsbət təsir edir. 

Gec yüklənmə bounce rate-i artırır və istifadəçi təcrübəsini zəiflədir.

Google PageSpeed Insights kimi vasitələrlə səhifənizi test edin. 

Şəkil optimizasiyası edin, lazımsız skriptləri aradan qaldırın.

Sahifə sürətinin ölçülməsi ilə bağlı nümunə

On-page SEO necə edilir?

On-page SEO necə edilir sualının bir cavabı var. Yuxarıda sadaladığımız elementləri düzgün optimizasiya etməklə.

Yaxşı məzmun yazmaq kifayət etmir. Onun strukturlaşdırılması və SEO prinsiplərinə uyğun şəkildə qurulması da vacibdir. 

Doğru qurulmuş səhifə istifadəçi təcrübəsini yaxşılaşdırır, axtarış sistemlərinin səhifəni düzgün indeksləməsinə kömək edir.

Əvvəlcə, hər şey açar söz araşdırması ilə başlayır. Mövzuya uyğun əsas açar söz və ona bağlı uzunquyruq ifadələri seçmək vacibdir. Bu açar sözlər yalnız məzmun daxilində deyil, başlıqlarda, meta təsvirlərdə, link mətni və şəkil alt yazılarında da istifadə olunmalıdır..

Sonra başlıq etiketi üzərində işləmək lazımdır. Bu etiketi optimallaşdırmaq üçün əsas açar söz başlığın əvvəlində yerləşdirilməli, məzmunla uyğun olmalı və oxucunun diqqətini cəlb edən formada yazılmalıdır. Başlıq nə qədər aydın və məqsədyönlü olsa, kliklənmə ehtimalı da bir o qədər yüksək olacaq.

Daha sonra, meta təsvir yazılmalıdır. SEO-ya birbaşa təsir edən amil olmasa da, yazsaq yaxşı olar. Bu qısa təsvir axtarış nəticələrində istifadəçini məlumatlandırmaq üçün ön söz rolunu oynayır. 

Səhifənin başlıq strukturu isə xüsusi diqqət tələb edir. H1 etiketi səhifənin əsas başlığı kimi yalnız bir dəfə istifadə olunmalı, ardından H2 və H3 başlıqlarla məzmun məntiqi şəkildə bölünməlidir. Bu struktur həm istifadəçiyə rahat naviqasiya imkanı verir, həm də Google-a məzmunun quruluşunu daha yaxşı təqdim edir.

Məzmunun özü yazılarkən isə oxunaqlılıq, açar sözlərin təbii yerləşdirilməsi və məzmunun dəyəri əsas prinsip olmalıdır. Bütün cümlələr eyni formada qurulmamalı, cümlə uzunluqları və quruluşları dəyişməlidir ki, mətn monoton görünməsin. Məzmun daxilində semantik sözlər, əlaqəli anlayışlar və real nümunələr istifadə olunmalıdır.

Mətn içərisində daxili linklərə də yer verilməlidir. Bu linklər saytın digər səhifələrinə keçid verir və istifadəçinin saytda daha çox vaxt keçirməsini təmin edir. Daxili linklərin anchor mətnləri açıq və məzmunla əlaqəli olmalıdır.

Şəkil və media fayllarının optimizasiyası da unudulmamalıdır. Dekorativ məqsəd daşımayan hər şəkilə alt mətn əlavə olunmalı və fayl ölçüləri sıxılıb azaldılmalıdır ki, səhifənin yüklənmə sürəti zəifləməsin. 

URL-lərin sadə, qısa və açar sözlü olması da səhifə strukturunun vacib hissəsidir. URL-lərdə tarix, təsadüfi kodlar və mənasız simvollar yerinə aydın və mövzu ilə uyğun ifadələr istifadə olunmalıdır.

Bütün bu addımlar tamamlandıqdan sonra səhifə nəzarətdən keçirilməlidir. Mobil uyğunluq, səhifə sürəti və texniki xətalar SEO alətləri ilə yoxlanmalı və optimallaşdırılmalıdır. 

Bu yoxlamalar nəticəsində siz SEO səhvlərindən qaçmış olacaqsınız.

On-page SEO zamanı yol verilən əsas səhvlər

Ən çox rast gəlinən səhvlərdən biri açar sözlərin həddindən artıq istifadəsidir. Məqaləni süni və çətin oxunan hala gətirir. Axtarış sistemləri bu cür məzmunu cəzalandırır. Ona görə ki məqsəd istifadəçiyə real dəyər təqdim etməkdir. 

Şəkil optimizasiyasının nəzərdən qaçırılması da geniş yayılmış bir problemdir. Əgər şəkillərdə alt mətn (alt text) yoxdur və ya şəkillər böyük həcmdə yüklənirsə, bu həm saytın sürətini zəiflədir. 

Daxili linklərin düzgün qurulmaması da yol verilən əsas səhvlərdəndir. SEO ilə məşğul olan bəzi insanlar məzmunla əlaqəsi olmayan keçidlər və ya işləməyən linklər əlavə edir.  Linklər aydın, məqsədyönlü və əlaqəli anchor mətnlər üzərində qurulmalıdır.

Bir başqa ciddi səhv təkrarlanan və kopyalanan məzmundur. Eyni və ya çox bənzər mətn parçalarının fərqli səhifələrdə və fərqli saytlarda təkrarlanması axtarış motorları tərəfindən mənfi qəbul edilir. 

Mobil uyğunluğun nəzərə alınmaması Azərbaycanda verilən əsas səhvlərdən biridir. Google artıq saytları ilk olaraq mobil versiyasına əsasən qiymətləndirir. 

Nəticə

On-page SEO və ya saytdaxili SEO rəqəmsal marketinqdə uğur qazanmaq üçün əsas və nəzarət oluna bilən vasitələrdən biridir. 

Səhifənin düzgün strukturu, açar sözlərin düzgün istifadəsi və texniki detallara diqqət həm istifadəçi məmnuniyyətini artırır, həm də Google kimi axtarış motorlarının sizi daha yaxşı başa düşməsinə kömək edir.

Əgər saytınızın optimizasiyaya ehtiyacı varsa, SEO xidmətimizdən yararlana bilərsiniz.

Burada