Yəqin ki, bu günə qədər on-page SEO və off-page SEO anlayışları ilə qarşılaşmısınız.
Bu iki anlayış SEO sahəsində uğurlu strategiyanın əsasını təşkil edən üç əsas amildən ikisidir.
Bu məqalədə sizə on-page SEO və off-page SEO arasındakı əsas fərqlərdən danışacayıq. Eyni zamanda hər birinə aid olan faktorlar haqqında məlumat verəcəyik.
Gəlin ilk öncə fərqlərə birlikdə nəzər salaq.
On-page SEO və off-page SEO arasında fərqlər
On-page SEO sayt daxilindəki optimizasiya işlərinə fokuslanır. Off-page SEO-da isə işlər saytdan kənarda görülür və məqsəd nüfuzun qurulmasına yönəlir.
Bu iki strategiyanın fərqlərini başa düşmək uğurlu SEO strategiyası qurmaq üçün əsasdır.
On-page SEO | Off-page SEO | |
Məqsəd | Sayt daxilində yer alan kontenti istifadəçilər və alqoritm üçün daha oxunaqlı hala gətirmək. | Rəqəmsal ekosistemdə saytınızı daha etibarlı və nüfuzlu göstərmək |
Elementləri | Kontent, istifadəçi niyyəti, başlıqlar, meta məlumatlar, şəkillər və digər vizual elementlər, daxili linklər, URL-lər | Backlink-lər, Google Business Profili, sosial media, rəylər, NAP uyğunluğu |
On-page və off-page SEO nə zaman tətbiq olunmalıdır?
Uğurlu strategiya üçün həm on-page SEO, həm də off-page SEO vacibdir.
Lakin hansı optimizasiyaya nə zaman diqqət vermək lazım olduğunu başa düşmək nəticələrinizi əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.
On-page SEO birinci tətbiq olunmalıdır. On-page SEO strategiyasının məqsədi saytı düzgün məzmunla təmin etməkdir.
Bu isə sayt yeni yaradıldıqda və ya artıq mövcud olan səhifələr axtarış nəticələrində zəif performans göstərdikdə çox vacib amilə çevrilir.
Əgər saytınızda texniki problemlər, zəif kontent və ya istifadəçilər üçün uyğun olmayan struktur mövcuddursa, ilk mərhələdə sayt məzmununun SEO üçün optimizasiyası ön planda olmalıdır.
Off-page SEO isə saytın daxilindəki bütün optimizasiya işləri tamamlandıqdan sonra diqqət mərkəzinə alınmalıdır.
Əgər kontentiniz keyfiyyətli və uyğundursa, ancaq axtarış nəticələrində ön sıralarda deyilsə, deməli, xarici nüfuzunuzu artırmaq vaxtıdır.
Diqqətə almaq lazımdır ki, hər iki proses daimi prosesdir. Məsələn, siz saytınızı məzmunla doldurduqdan sonra on-page optimizasiyası etməmək ən böyük SEO səhvlərindən biridir. Ona görə ki saytda olan məmzunlar vaxtaşırı yenilənməlidir və yeni məzmunlar əlavə olunmalıdır.
On-page SEO amilləri
Hər bir amilə ayrı-ayrılıqda nəzər salacayıq.
Aşağıdakı cədvəldə isə sizə ən əsas on-page SEO amillərinin siyahısını təqdim edirik.
Title tags | Axtarış nəticələrində görünən səhifə başlıqlarıdır. |
Meta descriptions | Axtarış nəticələrində başlığın altında görünən qısa təsvirlərdir. |
URL | Aydın, qısa və açar sözlərlə uyğun olan səhifə ünvanıdır. |
Başlıqlar | H1, H2, H3 və s. ilə kontentin strukturlaşdırılmasına deyilir. |
Axtarış niyyəti | İstifadəçinin nəyin axtarışında olduğunu başa düşmək və uyğun kontent təqdim etməklə bağlıdır. |
Kontent keyfiyyəti | Orijinal, faydalı və istifadəçiyə dəyər qatan məzmun təqdim olunmalıdır. |
Alt mətnlər | Axtarış motorları üçün şəkillərin təsvirini təqdim edən mətnlərdir. |
Daxili linkləmə | Saytdaxili səhifələr arasında əlaqə yaradan linklərdir. |
Səhifə təcrübəsi | İstifadəçi üçün səhifənin funksionallığı, sürəti və mobil uyğunluğunu ifadə edir. |
Title tags
Title tag səhifənin həm brauzerdə, həm axtarış nəticələrində, həm də sosial media paylaşımlarında görünən başlığıdır.
Bu element istifadəçilər və axtarış sistemlərinin botları üçün səhifənin mövzusunu ifadə edir.
Kliklənmə nisbətinə, yəni CTR-a ciddi təsir göstərir.
Effektiv title tag üçün bir neçə ümumi nüans var.
Birincisi, 60 simvoldan uzun olmamalıdır. Biz mümkün hallarda biz 55 simvoldan az tövsiyə edirik.
Tərkibində əsas açar söz olmaldır. Uyğun olarsa, əvvəlində yer almalıdır.
Sonda isə səhifənin real məzmununu əks etdirməlidir.
Hər title tag unikal olmalı və axtarış niyyətinə uyğun yazılmalıdır.

Meta descriptions
Başqa sözlə, meta təsvirlər də deyə bilərik. Axtarış nəticələrində səhifə başlığının altında görünən qısa təsvirlərdir.
Bu təsvirlər birbaşa reytinq faktorları olmasalar da, kliklənmə nisbətinə (CTR) və istifadəçi marağına böyük təsir göstərir.
Yaxşı yazılmış meta təsvir istifadəçiyə səhifədə nə tapacağını aydın şəkildə izah edir.
Maksimum 150-160 simvol aralığında olmalı və əsas açar sözləri özündə birləşdirməlidir.
Google bəzən istifadəçinin sorğusuna əsasən avtomatik olaraq başqa bir hissəni meta təsvir kimi göstərir. Lakin sizin də öz təsvirinizi yazmağınız məsləhət görülür.

URL
Saytın URL strukturu həm istifadəçi təcrübəsi, həm də on-page SEO baxımından vacib elementlərdən biridir.
Aydın, qısa və açar sözlərlə uyğun olan URL-lər həm istifadəçilər üçün oxunaqlıdır, həm də axtarış motorları üçün daha anlaşılan olur.
SEO baxımından düzgün URL-lər:
- Kiçik hərflərlə yazılmalıdır
- Sözlər arasında “-” (defis) işarəsindən istifadə edilməlidir
- Açar söz istifadə olunmalıdır
- Qısa və uyğun olmalıdır
- Lazımsız simvol və rəqəmlərdən uzaq olmalıdır

Başlıq etiketləri
Heading tags, yəni H1, H2, H3 və s.
Başlıq etiketləri məzmunun oxunaqlılığını artırmaq məqsədi daşıyır.
Bu başlıqlar kontentin əsas ideyalarını vizual olaraq ayırır və semantik baxımdan məzmunun məntiqini oxuculara və botlara izah edir.
H1 etiketi səhifənin əsas başlığı olmalı və yalnız bir dəfə istifadə olunmalıdır.
Burada əsas açar söz yerləşdirilməli, başlıq title tag-dan fərqlənməməli, ona uyğun olmalıdır.
H2, H3 və s. isə alt mövzuların strukturlaşdırılmasında istifadə edilir.

Axtarış niyyəti
Axtarış niyyəti istifadəçinin axtarış sistemində verdiyi sorğu ilə nə istədiyini göstərir.
On-page SEO-nun uğurlu olması üçün məzmun yalnız açar sözlərlə zəngin deyil, həm də bu niyyətə uyğun hazırlanmalıdır.
Əgər siz istifadəçinin nə axtardığını doğru başa düşmürsünüzsə, ən yaxşı kontent belə nəticə verməyə bilər.
İstifadəçinin niyyəti məlumat almaq, alış-veriş etmək, hər hansı bir sayta daxil olmaq və ya müqayisə aparmaq ola bilər.
Axtarış nəticələrində lider olmaq istəyirsinizsə, ilk növbədə auditoriyanın sorğularını və məqsədlərini dərindən anlamalısınız.
Məzmunun axtarış niyyəti ilə tam uyğunluğu SERP-də sıralamalarını artırmaqla yanaşı, SEO KPI göstəricilərinə də müsbət təsir edir. Daha az bounce rate, daha çox səhifə ziyarəti və yüksək istifadəçi məmnuniyyəti yaradır.
Kontent keyfiyyəti
Axtarış niyyətini başa düşdükdən sonra ona uyğun yaradılmış yüksək keyfiyyətli kontent mərkəzdə dayanır.
Axtarış sistemləri istifadəçilərə faydalı, dəqiq və etibarlı məlumat təqdim edən səhifələri önə çıxarır.
Yaxşı kontent marketinq mövzunu hərtərəfli əhatə edir, oxunaqlı və orijinal olur, açar sözləri və əlaqəli sözləri özündə təbii şəkildə birləşdirir.
Bundan başqa, istifadəçini maarifləndirir, yönləndirir və dəyər təqdim edir
Alt mətnlər
Şəkillərin optimizasiya olması da on-page SEO prosesinə daxildir.
Alt mətn səhifədə yerləşdirilən şəkillərin axtarış motorları və ekran oxuyucu proqramlar tərəfindən başa düşülməsi üçün yazılan təsvirlərdir.
Axtarış sistemləri şəkilləri “görə” bilmədiyi üçün alt mətndə verilən təsvir əsasında onun nə ilə bağlı olduğunu anlayır.
Bu təsvirlər Google-da şəkillər üçün axtarış nəticələrində çıxmaq üçün vacibdir. Düzgün yazıldıqda əlavə orqanik trafik mənbəyinə çevrilir.

Daxili keçidlər
Daxili linkləmə saytın daxilindəki səhifələrin bir-birinə bağlanmasıdır. On-page SEO üçün mühüm element hesab olunur.
Daxili keçidlər saytın strukturunu gücləndirir, istifadəçiləri daha çox məzmuna yönləndirir. Axtarış motorlarının saytınızı “crawl” etməsinə kömək edir.
Daxili keçidlərin anchor mətnləri də vacibdir. “Daha ətraflı oxu” kimi ümumi ifadələr əvəzinə, keçidin göstərdiyi məzmunu açıqlayan açar sözlü cümlələrdən istifadə edin.
Səhifə təcrübəsi
Səhifə təcrübəsi istifadəçinin veb-saytda keçirdiyi vaxt ərzində aldığı ümumi təəssüratdır. Google alqoritmi üçün rəsmi reytinq faktorlarından biridir.
Saytınız nə qədər faydalı məlumat təqdim etsə də, əgər yavaş açılırsa, responsiv deyilsə və ya UI dizayn zəifdirsə, həm istifadəçi təcrübəsinə, həm də reytinqlərə mənfi siqnal ötürülür.
Səhifə təcrübəsinə təsir edən əsas elementlər saytın sürət, responsivliyi, interaktivlik və istifadə rahatlığı və HTTPS təhlükəsizliyidir.
Əgər saytınızda bəhs olunan amillər problemlidirsə, UI/UX dizayn xidmətlərimizdən yararlana bilərsiniz.
Off-page SEO amilləri
Off-page SEO saytınızın özündən kənarda baş verən və reytinqinizə təsir edən faktorlarla bağlıdır.
Əsas məqsəd saytınıza etibar, avtoritet və sosial sübut qazandırmaqdır.
Off-page SEO amillərinə bir-bir nəzər yetirmədən əvvəl onlarla tez tanış olaq.
Backlinklər | Saytınıza digər saytlardan gələn keçidlərdir. |
Google Business Profile | Bizneslər üçün Google profilidir. |
Sosial media | Bu konteksdə biznesiniz haqqında sosial media paylaşımlarını ifadə edir. |
NAP uyğunluğu | Ad, ünvan və əlaqə nömrənizin digər platformalarda eyni şəkildə göstərilməsidir. |
Hazırsınızsa, indi bu amilləri bir-bir izah etməyə başlayaq:
Backlinklər
Backlinklər digər saytlardan sizin saytınıza yönləndirilən keçidlərdir. Off-page SEO-nun ən güclü və nüfuzlu faktorlarından biri hesab olunur.
Keyfiyyət kəmiyyətdən daha vacibdir. Etibarlı və mövzu ilə əlaqəli saytlardan alınan backlinklər saytınızın domen avtoritetini artırır. SERP sıralarınızda irəliləməyə kömək edir və daha çox orqanik trafik gətirir.
Məsələn, nüfuzlu və əlaqəli bloqdan alınan bir keçid əlaqəsiz saytlardan alınan onlarla linkdən daha çox dəyərlidir.
Google Business Profile
Google Business Profile lokal bizneslərin Google Axtarış və Google Xəritələrdə əlçatan olması üçün nəzərdə tutulmuş rəsmi platformadır.
Bu profil vasitəsilə istifadəçilər sizin biznesinizin adı, ünvanı, əlaqə nömrəsi (NAP), iş saatları, istifadəçi rəyləri və fotoşəkilləri ilə tanış ola bilərlər.
Profilin effektiv olması üçün:
- Ad, ünvan və telefon nömrənizin digər platformalarla tam uyğun olması
- Əlaqədar kateqoriyaların düzgün seçilməsi
- Yüksək keyfiyyətli vizual materialların yüklənməsi
- Rəylər və reytinqlər önəmlidir.
Sosial Media
Sosial media platformaları birbaşa reytinq faktorları olmasa da SEO üçün çox mühüm vasitələrdir.
Onlar brendin tanınması, kontentin yayılması və etibar siqnallarının yaradılması baxımından böyük rol oynayır.
NAP uyğunluğu
NAP ad, ünvan və telefon nömrəsi anlamına gəlir (Name, Address, Phone number).
Off-page SEO üçün əsas lokal SEO siqnallarından biridir.
Əgər bu məlumatlar müxtəlif saytlarda fərqli formatda və ya səhv şəkildə göstərilibsə, Google sizin biznesinizə qarşı şübhəli yanaşa bilər. Bu da lokal reytinqlərinizə mənfi təsir göstərə bilər.
Ona görə də bütün platformalarda Google Business Profile, Yelp, Foursquare, 2GIS, Yellow Pages və digər kataloqlarda eyni NAP məlumatı təqdim olunmalıdır.
Nəticə
Uğurlu bir SEO strategiyası üçün on-page SEO və off-page SEO arasında balans yaratmaq zəruridir.
Saytın daxilində aparılan texniki və məzmun yönümlü optimizasiya, yəni on-page SEO istifadəçi təcrübəsini yaxşılaşdırır, axtarış motorlarına səhifənizin mövzusunu izah edir.
Digər tərəfdən, off-page SEO saytınıza etibar və nüfuz qazandırır. Bu isə Google-un sizi daha yüksək mövqelərə çıxarması üçün əsas göstəricilərdən biridir.
Əgər məqsədiniz orqanik trafik qazanmaq, SERP nəticələrində üst sıralarda olmaqdırsa, bizim SEO xidmətlərimizdən yararlana bilərsiniz.