İnternetdən Pul Qazanmaq: Pul Qoymadan Pul Qazanmaq Yolları

İnternetdən pul qazanmaq bu gün maliyyə azadlığına, əlavə gəlirə və ya evdən iş imkanlarına sahib olmaq istəyən insanlar üçün ən əlçatan yollar arasındadır. 

Evdən işləməklə və pul qoymadan pul qazanmaq üsulları ilə siz də interneti gəlir mənbəyinə çevirə bilərsiniz. 

Səhəsində peşəkar olan hər bir şəxs üçün həm tam şəkildə onlayn işləmək, həm də əlavə gəlir yaratmaq üçün internetdə saysız-hesabsız imkanlar var. 

Bu bloqda sizə internetdən pul qazanmağın yollarını, real olub-olmadığını ətraflı şəkildə izah edəcəyik. 

Pul qoymadan pul qazanmaq mümkündürmü?

İlk öncə buradan başlayaq. İnternetdən pul qazanmaq üçün mütləq şəkildə maddi sərmayə tələb olunmur. 

Bir çox insan düşünür ki, onlayn gəlir əldə etmək üçün əvvəlcə çoxlu pul xərcləmək lazımdır. Lakin əslində bacarıqlarınızı və zamanınızı düzgün istifadə edərək aşağı sərmayə ilə hətta pul qoymadan pul qazanmaq da mümkün olur.

Ancaq hər şeydən əvvəl özümüzü aldatmayaq. Heç nə etmədən və saxta yollarla pul qazanmaq reallıqda mövcud deyil. Video izləyərək pul qazanmaq, reklama baxaraq pul qazanmaq və s. kimi əsassız yollarla ancaq özümüzü aldada bilərik.

Onlayn şəkildə gündəlik pul qazanmaq mümkündürmü?

İnternetdən gündəlik pul qazanmaq və qazanc əldə etmək artıq 10-15 il əvvəlki qədər çətin deyil. Bəli, qəbul etməliyik ki, həmin illərə nəzərən rəqabət indi daha çoxdur. Lakin onu da qəbul etməliyik ki, saysız-hesabsız imkanlar və platformalara da sahibik. 

İnternet üzərindən gündəlik ödənişli tapşırıqlar yerinə yetirmək, xidmətlər göstərmək və ya rəqəmsal məzmun satmaqla gündəlik pul qazanmaq mümkündür.

İnternetdə pul qazanmaq üçün 9 fikir

1. YouTubedan pul qazanmaq

YouTube-dan pul qazanmaq uzun müddətdir ki, hər kəsə məlumdur. Bəs niyə bunu hər kəs edə bilmir? 

Başlayaq. Disiplin, düzgün və davamlı məzmun seçimi və müntəzəm məzmun paylaşımı ilə istənilən şəxs bu platformanı davamlı gəlir mənbəyinə çevirə bilər. 

Təlim videoları, məhsul rəyləri, əyləncə və ya şəxsi təcrübələr kimi müxtəlif mövzular bu gün izləyici cəlb edə bilir.

Həmçinin süni intellektlə hazırlanmış ssenarilər, videolar, keyfiyyətli kontentlər də YouTube-dan pul qazanmaq üçün variantlardan biridir.

YouTube kanalınızla müəyyən şərtləri yerinə yetirdikdən sonra reklam gəlirləri, sponsorluq müqavilələri və tərəfdaşlıq proqramları vasitəsilə qazanc əldə etməyə başlaya bilərsiniz. 

Bundan başqa, kofe.alPatreon kimi platformalar ilə izləyicilərinizdən də maddi dəstəklər ala bilərsiniz. 

Başlamaq üçün isə peşəkar avadanlıqlara ehtiyac yoxdur. Günümüzün reallığıdır ki, hər kəsdə yaxşı mobil telefonlar var. Elə bir çox uğurlu YouTube yaradıcıları yalnız telefon və ödənişsiz redaktə proqramları ilə ilk videolarını hazırlayıblar. Məzmunun keyfiyyəti və səmimiliyi ən vacib amillərdən biridir.

2. Dropshipping ilə pul qazanmaq

Dropshipping də Azərbaycanda internetdən pul qazanmaq üçün geniş yayılmış və məşhur üsullardan biridir. Məhsulları stokda saxlamaq və ya əvvəlcədən almaq ehtiyacı olmadan onlayn satış etmək üçün istifadə olunan modeldir. 

Müştəri sifariş verdikdə məhsul birbaşa təchizatçı tərəfindən alıcıya göndərilir. Siz məhsula toxunmadan və saxlama xərclərinə girmədən gəlir əldə edirsiniz.

Başlamaq üçün bir sahə seçməlisiniz. Etibarlı təchizatçı tapmalı və Shopify və ya WooCommerce, İkas kimi platformalar üzərindən onlayn mağaza qurmalısınız. 

Sizin üçün əsas vəzifə məhsulları təqdim etmək, müştəri suallarına cavab vermək və marketinq kampaniyaları aparmaqdır. Hər sifariş gəldikdə sifarişi təchizatçıya ötürürsünüz və çatdırılmanı yerinə yetirir.

Bu model pul qoymadan pul qazanmaq istəyənlər üçün yox, çox az investisiya ilə biznes qurmaq istəyənlər üçün idealdır. Zamanla bu yanaşma passiv gəlirə çevrilə bilər.

3. Frilans və ya remote iş tapmaq

Frilans iş tapmaq internetdən pul qazanmağın ən rahat yollarından biridir.  Bu yanaşma ilə həm siz öz ixtisaslaşdığınız sahədə işləyirsiniz, həm də evinizi tərk etmədən rahat işləyirsiniz.

Əgər sizin rəqəmsal marketinq, dizayn, proqramlaşdırma, tərcümə kimi sahələrdə bacarıqlarınız varsa, bu hissə sizin üçündür.

Bu üsulla internetdən pul qazanmaq üçün üçün iki seçiminiz var. Ya remote işləmək, ya da frilans işləmək. 

Əgər seçiminiz remote işləməkdirsə, siz Linkedin, Glassador kimi platformalardan yararlana bilərsiniz. İxtisasınız üzrə remote olan işləri tapın və “apply” edin. Əsas diqqət etməli olduğunuz məqamlar yaxşı təcrübə, düzgün CV forması və bilikdir. Hər üçü olduqdan sonra onlayn iş tapmağınız an məsələsidir.

Gələk frilans iş seçiminə. Upwork, Fiver və bu platformaların məşhur alternativləri ilə frilans işlər tapa bilərsiniz. Bu saytlar bacarıqları olan frilanserləri ehtiyacı olan müştərilərlə birləşdirir. 

İlk mərhələdə siz daha kiçik layihələr götürərək reytinq qazanmalı və müsbət rəy toplamalısınız. Vaxt keçdikcə, reputasiyanız artdıqca daha yüksək ödənişli müştərilərlə işləmək imkanınız yaranacaq. Uğurlu frilans karyerası üçün əsas amillər keyfiyyətli iş, vaxtında təhvil və effektiv ünsiyyətdir.

4. Onlayn müəllim olmaq

Ölkəmizdə ən çox yayılmış peşələrdən biri də müəllimlik və repetitorluqdur. Əgər hər hansı bir sahədə bilik və təcrübəniz varsa, onlayn müəllim olmaqla internetdən pul qazana bilərsiniz.

Bura hər şey daxildir. Məktəb fənnləri, xarici dil tədrisi, proqramlaşdırma, musiqi, rəsm və s. 

Üstəlik, onlayn müəllim olmaq üçün rəsmi təhsil müəssisəsində çalışmaq vacib deyil. 

Siz sosial şəbəkələrdə öz profilinizi yaradaraq işə başlaya bilərsiniz. Hətta əgər sahəniz xarici dil tədrisidirsə, Preply kimi platformalarda fərdi kurslar təqdim etmək mümkündür. Eyni zamanda, Zoom və ya Google Meet kimi vasitələrlə fərdi dərslər keçə bilərsiniz.

Uğurlu müəllim olmaq üçün dərsləri sistemli şəkildə planlaşdırmaq, aydın və başa düşülən şəkildə izah vermək və tələbələrlə yaxşı əlaqə qurmaq lazımdır. 

5. Onlayn tərcüməçi olmaq

Əgər siz birdən artıq dili sərbəst bilirsinizsə, onlayn tərcüməçi kimi işləmək internetdən pul qazanmağın yollarından biridir. Bu cəhətdən, deyəsən, bir az uğurluyuq. Azərbaycanda bir çox şəxs ingilis, rus, türk dillərini yaxşı səviyyədə bilir. 

Müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlər və fərdi şəxslər veb-saytlar, məqalələr, hüquqi sənədlər, məhsul təsvirləri və subtitrlər kimi çoxsaylı materialların tərcüməsinə ehtiyac duyurlar.

Tərcümə işlərinə başlamaq üçün öz dil seçiminizi və ixtisaslaşdığınız mövzuları müəyyənləşdirməlisiniz. Daha sonra ProZ, Gengo, TranslatorsCafe kimi peşəkar tərcümə platformalarında və ya Upwork, Freelancer kimi ümumi frilans saytlarında qeydiyyatdan keçə bilərsiniz. Bəzi layihələr qısa və sadə olur, digərləri isə texniki sənədlər və ya tam kitabların tərcüməsi kimi daha geniş işlər tələb edə bilər.

Uğurlu tərcüməçi olmaq üçün yalnız dil biliyi deyil, həm də qrammatika, üslub və mədəni konteksti düzgün başa düşmək vacibdir. Müştərilər düzgün, vaxtında və axıcı tərcümələrə üstünlük verirlər. Vaxt keçdikcə siz daha sabit layihələr və uzunmüddətli əməkdaşlıqlar qazana bilərsiniz.

6. İnfluenser olmaq

İnfluenser marketinq Azərbaycanda son illərdə ən çox qazanc gətirən sahələrdən birinə çevrilib. İnfluenser olmaq xüsusilə kontent yaratmağı və məşhur olmağı arzulayan insanlara internetdən pul qazanmaq üçün əsl şansdır.

Başlamaq çox sadədir. Özünüzü ifadə edə bildiyiniz bir sahə, bir telefon və məzmun.

Bu fitness, moda, səyahət, maliyyə, texnologiya və ya həyat tərzi mövzuları ola bilər. 

İnfluenser marketinqdə uğura gedən yolda əsas maneələr disiplin, davamlılıq olur. Bir çox insan çıxdığı bu yolda ya məzmunu tükənir, ya da səbr edə bilmir. 

Odur ki, özünüzdə bu sahədə gələcək görürsünüzsə, başlamaq üçün gec deyil. 

Pul isə vaxt keçdikcə gələcək. Məşhurluq, sponsorlar, ödənişli çəkilişlər və izləyicilərdən gələn dəstək sizə qazanc gətirəcək. 

7. Sosial media meneceri olmaq

Sosial media meneceri olmaq da internetdən gəlir əldə etmək istəyənlər üçün gəlirli sahələrdən biridir. 

Müasir dövrdə hamının bu sahəyə ehtiyacı olması tələbi artırır. Hətta məhəllədəki qadın salonu və ya metro çıxışındakı paltar mağazası belə sosial media marketinqə ehtiyac duyur.

Bu sahəyə başlamaq üçün sosial media platformalarının necə işlədiyini və auditoriya ilə necə ünsiyyət qurmağın effektiv yollarını bilməlisiniz. Sizdən gözlənilən əsas işlərə məzmun hazırlamaq, paylaşımları planlaşdırmaq, izləyicilərlə ünsiyyət qurmaq və səhifə performansını analiz etmək daxildir. 

İş tapmaq üçün iş elanı saytlarına baxmaq, Facebook qruplarında aktiv olmaq Azərbaycan reallığına ən uyğun metoddur.

Üstəlik bu sahəni öyrənmək çətin məsələ də deyil. Uğurlu rəqəmsal marketinq kurslarına və ya SMM kurslarına gedərək və ya “self-study” edərək internetdən cəmi bir neçə ayda sahənin əsas sirrlərini öyrənə bilərsiniz.

8. Rəqəmsal marketinq mütəxəssisi olmaq

Rəqəmsal marketinqin inkişafı internet üzərindən pul qazanmaq istəyənlər üçün bu sahəni gəlirli seçimlərdən birinə çevirir. 

Rəqəmsal marketinq müxtəlif istiqamətləri əhatə edir. Siz müxtəlif ixtisaslaşmış sahələrdə öz bacarıqlarınızı sata bilərsiniz. Bu sahədə həm kopirayterlərə, həm reklam menecerlərinə, həm də SEO xidməti göstərən şəxslərə geniş imkanlar və yaxşı qazanlar təqdim olunur.

Əgər bu sahəyə yönəldinizsə, iş yerləriniz böyük korporativlər, xırda şirkətlər və ya hər hansı reklam agentliyi olacaq.

Bu sahənin üstünlükləri arasında geniş iş imkanları, uzaqdan işləmək rahatlığı və gəlir artımının idarəolunan olması göstərilə bilər.

Rəqəmsal marketinq mütəxəssisi kimi təcrübə qazandıqca siz bir neçə müştəri ilə eyni anda işləyə, internet üzərindən fərdi konsultasiya xidmətləri təqdim edə və ya öz rəqəmsal marketinq agentliyinizi qura bilərsiniz. 

9. Əl işi məhsulları satmaq

Əgər sizin əl bacarıqlarınız varsa, niyə də bu sahə üzrə davam etməyəsiniz? 

İnsan əməyi ilə hazırlan məhsullara maraq son illərdə artıb. Bir çox insan standart fabrik məhsulları əvəzinə fərdi hazırlanmış əşyaları almağa üstünlük verir.

Siz zərgərlik, sənət əsərləri, geyim və digər əl işi məhsullar hazırlayaraq internet üzərindən pul qoymadan pul qazana bilərsiniz. 

Ehtiyacınız olan sosial şəbəkələrdə profil, işinizdən olan müxtəlif videolar, səbr və davamlılıqdır.  Yəqin ki, istər bişirdiyi yeməkləri, istərsə də əl işi olan qolbaqları satan səhifələr görmüsünüz. 

Ancaq bir onu da deməliyik ki, əl işi məhsullarını satmaq yalnız məhsulu hazırlamaqla və sosial şəbəkələrdə videosunu paylaşmaqla bitmir. Siz həm də onun reklamı ilə məşğul olmalısınız. Sosial mediada aktiv olmaq, əl işi qruplarına qoşulmaq və müştəri rəylərini paylaşmaq satışlarınızı artıra bilər. 

Zaman keçdikcə siz xüsusi sifarişlər qəbul edə, məhdud kolleksiyalar yarada və ya topdan satış imkanları ilə fəaliyyətinizi genişləndirə bilərsiniz.

Nəticə

İnternetdən pul qazanmaq 21-ci əsrdə olduqca real və geniş yayılmış üsuldur və onlayn pul qazanmaq heç də çətin deyil. 

Siz öz bacarıqlarınıza, savadınıza və sahənizə uyğun olaraq aylıq və gündəlik pul qazana bilərsiniz. 

Üstəlik, yuxarıda sadaladığımız üsullardan bir neçəsi sizə pul qoymadan pul qazanmaq imkanı təklif edir.

Burada