6 Addımda Orqanik Trafik Necə Artırılır?

Orqanik trafik istifadəçilərin saytınıza reklamsız, təbii şəkildə daxil olmasıdır. 

Google, Yandex və ya Bing kimi platformalarda istifadəçilərin müəyyən bir açar söz və ya sual daxil etməsi və nəticə olaraq sizin saytınıza klikləməsi ilə baş verir. Yəni siz reklam yerləşdirmədən, məzmununuzun keyfiyyəti və uyğunluğu sayəsində trafik əldə edirsiniz.

Bu trafik növü SEO-nun nəticəsidir. Əgər saytınız düzgün açar söz strategiyası, faydalı məzmun və texniki baxımdan sağlam struktura malikdirsə, o zaman orqanik nəticələriniz zamanla artmağa başlayacaq.

Azərbaycanda çox sayda biznes yalnız ödənişli reklamlarla görünür. Lakin bu yanaşma uzunmüddətli deyil. Orqanik üsullar sizə davamlı auditoriya, yüksək etibar və reklam xərci olmadan böyümə imkanı verir. Bu səbəbdən də müasir rəqəmsal strategiyada onun rolu son dərəcə vacibdir.

Orqanik trafik və ödənişli trafikin müqayisəsi

Orqanik veb trafikin üstünlükləri

Orqanik trafik qazanmağa başladığınız zaman siz saytınız üçün uzunmüddətli və dayanıqlı bir inkişaf yolu seçmiş olursunuz. 

Ödənişli reklamdan fərqli olaraq burada pul ödəmirsiniz. Nəticələr reklam büdcəniz bitdikdə yox olmur. 

Yaxşı yazılmış və optimallaşdırılmış məzmun axtarış nəticələrində uzun müddət qalaraq davamlı trafik gətirir.

İlk üstünlük qazanacağınız auditoriya olacaq. SEO strategiyası ilə orqanik trafik əldə etdikdə artıq istifadəçilər özü sizi tapmış olacaq. Belə auditoriya üçün sizin xidmətləriniz daha çox maraqlı olur.

İkinci üstünlük etibardır. Axtarış sistemlərində daima üst sıralarda görünmək sizin markanıza inam yaradır. İnsanlar sizi peşəkar, faydalı olaraq qəbul edirlər.

Üçüncü üstünlük isə büdcəyə qənaətdir. Əgər siz orqanik nəticələr almaq üçün çalışırsınızsa, düzgün kontent marketinq və uğurlu SEO strategiyası sizə reklam xərcləri olmadan davamlı nəticələr gətirəcək.

Nəhayət, bu trafik ölçülə bilir. Google Analytics, Search Console və digər analitika vasitələri ilə siz nə qədər trafik aldığınızı, hansı səhifələrin daha uğurlu olduğunu və hansı açar sözlərin işə yaradığını rahatlıqla izləyə bilərsiniz. 

KPI-lar vasitəsi ilə isə nə qədər uğurlu olub-olmadığınızı ölçə bilərsiniz.

Orqanik və ödənişli trafik arasındakı fərq

Saytınızı böyütmək istəyirsinizsə, orqanik trafik ilə ödənişli trafik arasındakı fərqi başa düşmək vacibdir. Hər iki trafik növünün rəqəmsal marketinqdə öz rolu var, amma yanaşmanızın əsasını orqanik nəticələr təşkil etməlidir.

Orqanik trafik istifadəçilərin axtarış sistemlərində sizi tapdığı trafiktir. Google, Yandex və ya digər platformalarda istifadəçi bir sorğu yazır və sizin məzmun onu maraqlandırdığı üçün linkinizə klikləyir. Burada heç bir klikə görə ödəniş etmirsiniz. 

Ödənişli trafik isə reklamlar vasitəsilə alınan trafiktir. Siz Google Ads, Facebook və ya digər platformalarda reklam verirsiniz, yalnız reklam işlədiyi müddətdə görünürsünüz. Büdcə dayananda trafik də dayanır. İstifadəçilərin etdiyi hər klikə görə sizin büdcənizdən pul gedir.

Orqanik trafik və ödənişli trafik SERP nəticələri üçün nümunə

Gəlin bu iki növü müqayisə edək:

Birincisi, qoyulan sərmayə fərqlidir. Orqanik trafik əldə etmək “pulsuzdur”. Google kimi axtarış sistemləri sizdən birbaşa olaraq ödəniş tələb etmir.  Lakin onu əldə etmək üçün vaxt və strateji plan lazımdır. Ödənişli trafik isə dərhal nəticə verir, amma daim büdcə tələb edir.

İkincisi, vizyon məsələsidir. Uzunmüddətli planlar üçün orqanik trafik daha faydalıdır. 

Üçüncüsü, etibar faktorudur. İstifadəçilər, axtarış nəticələrində təbii yolla qarşılarına çıxan saytları reklamlardan daha çox etibarlı hesab edirlər.

Qısaca, bu proses daha davamlı, etibarlı və məqsədli auditoriya gətirən bir yanaşmadır. Amma ödənişli trafik də kampaniya testləri və tez nəticələr üçün uyğun ola bilir. 

İdeal nəticə üçün isə hər ikisi işləməli, hər ikisi sizə trafik gətirməlidir.

Orqanik trafiki necə artırmaq olar

Sualın ən qısa cavabı odur ki, orqanik trafik düzgün SEO strategiyası ilə artırırılır.

Orqanik şəkildə trafik qazanmaq sizə ilkin növbədə iki şeyi bilmək lazımdır. Potensial müştərilərinizi anlamaq, başa düşmək və axtarış sistemləri alqoritmlərinin tələblərini qavramaq.

İlk öncə, istifadəçilərin ehtiyaclarını anlayan, faydalı və optimallaşdırılmış kontent yaratmaq lazımdır. Ehtiyaclara cavab verən məzmun həm də alqoritmlərin tələbinə uyğundur. Onu yalnız düzgün şəkildə optimizasiya etmək lazımdır. 

Axtarış sistemləri sizi ancaq o zaman üst sıralara çıxarır ki, məzmununuz həm texniki baxımdan düzgün qurulub, həm də oxucuya real dəyər verir.

Bu hissədə orqanik trafikinizi artırmaq üçün izləməli olduğunuz əsas addımları izah edəcəyik.

1. Açar söz strategiyanızı düzgün qurun

Açar söz strategiyası sizin SEO-nun əsas təməlidir. 

Açar söz araşdırması üçün müxtəlif SEO alətləri mövcuddur: Google Keyword Planner, Ahrefs, Semrush və s. Bu platformalar vasitəsilə həm geniş həcmli sorğuları, həm də uzunquyruqlu açar sözləri tapa bilərsiniz.

Vacib olan odur ki, yalnız axtarış həcmi yüksək olan sözlərə fokuslanmayasınız. Artıq auditoriyanı cəlb edən konkret açar sözlər çox vaxt daha yüksək konversiya gətirir.

Bundan başqa, yalnız əsas açar sözlərə ilişib qalmamaq lazımdır. Artıq Google kimi ağıllı sistemlər hər şeyi başa düşür, odur ki hər hansısa bir axtarış zamanı istifadəçilərə yaxın olan məlumatları, əlaqəli olan məlumatları da göstərməyə can atır.

Buna görə də, məzmun hazırlayarkən semantik və sinonim sözlərə də fikir verməyi unutmayın. 

Açar söz strategiyası üçün cluster nümunəsi

2. Məzmunu oxucular üçün yaradın

SEO yalnız açar sözlərin yerləşdirilməsindən ibarət deyil. Google və digər axtarış sistemləri indi insan davranışını dəyərləndirir. 

Bu o deməkdir ki, əsas məqsəd oxucular üçün həqiqətən faydalı, oxunaqlı məzmun yaratmaqdır.

“İstifadəçi nə axtarır?” sualı həmişə sizin beyninizdə olmalıdır. İstifadəçilər sadə cavablar, aydın başlıqlar, praktik tövsiyələr, nümunələr, ətraflı izahlar axtarır. 

İstifadəçi “orqanik trafik necə artırılır?” sualını verirsə, siz ona bunun cavabını sadə, ətraflı şəkildə verməlisiniz. Yazınızda həmçinin ona lazım olacaq səbəbləra, yollara, müqayisələrə yer verməlisinzi. 

Cümlələr çox uzun olmamalı, paraqraflar aydın şəkildə bölünməlidir. Hər bölmə bir məqsədə xidmət etməlidir. Kontentin keyfiyyəti və strukturu oxucu təcrübəsi baxımından da əsas faktordur.

Əgər oxucu məzmunu faydalı hesab edirsə, məzmunu paylaşacaq, bir də baxacaq və saytınızda daha çox vaxt keçirəcək.

Nəticə etibarı ilə, isə axtarış sistemləri sizin məzmunun uyğun olduğunu biləcək və onu dəyərləndirəcək. 

3. On-page SEO-ya fikir verin

Texniki və struktur baxımından düzgün optimallaşdırılmamış səhifə nə qədər keyfiyyətli məzmuna sahib olsa da, orqanik trafik əldə etməkdə çətinlik çəkəcək. 

On-page SEO məhz bu nöqtədə işə yarayır. Səhifənizi həm istifadəçi, həm də axtarış mühərrikləri üçün daha anlaşılan hala gətirir.

İlk olaraq, title tag-a fikir vermək lazımdır. Title tag axtarış nəticələrində istifadəçinin ilk gördüyü elementdir. Başlıq həm cəlbedici, həm də məzmunun nə ilə bağlı olduğunu aydın şəkildə ifadə etməlidir.

Sonra isə meta təsvir (meta description) gəlir. Axtarış nəticələrində başlığın altında görünən bu qısa mətn istifadəçini cəlb etməlidir. SEO baxımından bu təsvir birbaşa sıralamaya təsir etməsə də, CTR üçün çox vacibdir.

Saytda düzgün başlıq strukturu da olmalıdır. H1 yalnız bir dəfə istifadə edilməli, bölmələr H2 və H3 başlıqları ilə məntiqi şəkildə ayrılmalıdır. Oxuculara məzmunu daha rahat izləmək, axtarış mühərriklərinə isə səhifənin quruluşunu anlamaq imkanı verir.

Saytda şəkillər varsa, onların da SEO-suna fikir verin. Dekorativ olmayan bütün şəkil alt mətn (alt text) ilə təmin olunmalıdır. Bununla siz həm də şəkillər üçün olan nəticələr səhifəsində də görünəcəksiniz.

Daxili linklərə diqqət edin. Bir səhifədən digər uyğun səhifəyə keçid verməklə həm istifadəçini sayt daxilində saxlamaq, həm də orqanik trafikin müxtəlif səhifələr arasında paylaşımını təmin etmək olar.

4. Backlink strategiyası qurun

Axtarış sistemləri üçün ən güclü siqnallardan biri  digər saytların sizin məzmununuza keçid verməsidir. Bu keçidlərə backlink deyilir.

Güclü və etibarlı saytlar tərəfindən verilən backlink-lər  axtarış sistemlərinə sizin saytın dəyərli və etibarlı olduğunu göstərir. Bu da orqanik trafikinizin ciddi şəkildə artmasına səbəb ola bilər.

Lakin backlink almaq təkcə digər saytlara yazmaqdan ibarət deyil. Burada məqsədli və düzgün qurulmuş bir backlink strategiyası lazımdır. İlk növbədə, siz elə məzmun yaratmalısınız ki, başqaları onu öz saytlarında istinad etmək istəsin. Analizlər, yerli bazar üçün araşdırmalar insanların paylaşmaq istəyəcəyi məzmunlardır.

Peşəkar SEO agentliyi ilə işləmək də bu baxımdan sizə böyük üstünlük verə bilər. Agentliklər daha geniş əlaqə şəbəkəsinə malikdir və səmərəli link quruculuğu proseslərini daha sistemli şəkildə həyata keçirə bilirlər.

5. Texniki problemləri aradan qaldırın

Saytınızın məzmunu nə qədər yaxşı olsa da, texniki problemlər varsa, bu orqanik trafikin ciddi şəkildə azalmasına səbəb ola bilər. 

Google və digər axtarış sistemləri istifadəçi təcrübəsinə önəm verir və texniki səhvlər olan saytları sıralamada geri atır. Buna görə də texniki SEO vacibdir.

İlk önəmli məsələ saytın və ayrı-ayrı səhifələrin sürətidir. Əgər səhifələriniz yavaş açılırsa, istifadəçilər çox gözləməyəcək və saytınızı tərk edəcək. Bu isə bounce rate-i artırır. Google PageSpeed Insights kimi alətlər vasitəsilə sayt sürətinizi yoxlayın. Şəkilləri optimallaşdırmaq, kodları yüngülləşdirmək kimi tədbirlər görün.

İkinci vacib məsələ saytın botlar üçün “açıq olmalıdır”. Axtarış mühərriklərinin botları sizin səhifələrinizi tapıb oxuya bilməlidir. Əgər səhifələr düzgün sitemap-a daxil edilməyibsə, ya da robots.txt faylında səhv ayarlar varsa, Google saytınızı düzgün indeksləyə bilməz. 

Digər mühüm məsələ təbii ki, responsivlikdir. Azərbaycan daxil olmaqla dünyanın əksər ölkələrində istifadəçilər saytları əsasən mobil cihazlarla ziyarət edir. Buna görə də tələblərə cavab vermək sizin vəzifənizə çevrilir. 

Bundan əlavə, URL strukturu kimi texniki detallara da diqqət edilməlidir. Burada baş verən problemlər saytın strukturunu qarışdırır. 

Bütün bu məsələləri araşdırmaq və təmir etmək üçün mütəmadi SEO auditi keçirmək lazımdır. 

6. Nəticələri ölçün və təkmilləşdirin

Əgər orqanik trafikinizi artırmaq istəyirsinizsə, atdığınız hər addımın nəticəsini izləməli və əldə etdiyiniz məlumatlara əsaslanaraq strategiyanızı inkişaf etdirməlisiniz.

Ən önəmli addımlardan biri  dəqiq məqsədlər qoymaqdır. Sadəcə “trafiki artırmaq” demək kifayət deyil. konkret SEO KPI-lar ilə işləmək daha məqsədyönlü işləməyə imkan verir.

Bu hədəfləri izləmək üçün SEO alətlərindən istifadə edin. Bu platformalar sizə trafik mənbələrini, istifadəçilərin saytda necə davrandığını, hansı səhifələrin daha uğurlu olduğunu və göstəriciləri dəqiq şəkildə təqdim edir.

Hansı strategiya işləyirsə, onu gücləndirin. Hansısa addım effekt vermirsə, dəyişiklik edin. 

İndi isə gəlin baxaq, görək, bütün bu işləri özünüz etməlisiniz, yoxsa peşəkar dəstək almağın vaxtıdır? 

SEO xidməti alın

Əgər siz trafikinizi orqanik şəkildə artırmaq istəyirsinizsə, bu prosesi təkbaşına idarə etmək kifayət etmir. 

Məzmun yaradılması, açar söz təhlili, texniki SEO, backlinklər, nəticələrin izlənməsi zaman və peşəkar yanaşma tələb edir. Məhz bu səbəbdən SEO xidməti almaq düzgün seçim ola bilər.

Nəticə

Rəqəmsal marketinqdə uzunmüddətli, dayanıqlı və sərfəli böyümə istəyirsinizsə, SEO xidməti almaq sizin üçün ən uyğun addımlardan biri olacaq. 

Düzgün qurulmuş açar söz strategiyası, oxucu üçün faydalı məzmun, effektiv on-page SEO, texniki səhvlərin aradan qaldırılması və güclü backlink strategiyası saytınızı axtarış sistemlərində görünən, kliklənən və etibar edilən bir platformaya çevirir.

Burada