Əgər effektiv nəticələr verən rəqəmsal marketinq kursu axtarırsınızsa, doğru yerdəsiniz. Bu bloqda sizin üçün Azərbaycanda olan yaxşı digital marketing kurslarına nəzər salacağıq.
Siz bu kurslarda hansı mövzuların tədris olunduğunu, hansı səviyyəyə uyğun olduğunu və onları digər təlimlərdən fərqləndirən əsas cəhətləri öyrənəcəksiniz.
Gəlin diqqətdə saxlamalı olduğunuz əsas seçimlərlə başlayaq.
Digital marketing kursunda nə öyrədilir?
Öncə onu deyək ki, yaxşı bir digital marketing kursu yalnız nəzəriyyə ilə kifayətlənməməlidir.
Rəqəmsal marketinq mütəxəssisləri üçün müasir rəqabət mühitində praktiki və tətbiq olunacaq biliklər daha önəmlidir.
Bu kurslar isə ümumilikdə götürsək, SEO təlimi, kontent marketinq, SMM, ödənişli reklamlar kimi rəqəmsal marketinqin əsas sahələrini əhatə edir. Bundan başqa, email marketinq, analitika kimi modullar da sillabusda öz yerini alır.
Hər bir kursda tədrisin əsas məqsədi real marketinq kampaniyaları hazırlamaq, nəticələri analiz etmək və rəqəmsal platformaları effektiv şəkildə idarə etməyi öyrətməkdir.
Əgər məqsədiriniz gələcəkdə SEO xidməti təqdim etmək, SMM olmaq, ya da rəqəmsal marketinq mütəxəssisi olmaqdırsa, bu kurslarla sizin marağınız kəsişə bilər. Bu kurslar sizi hazır vəziyyətə gətirəcək biliklərlə təmin edir. Bəziləri real layihələr üzərində iş imkanı və beynəlxalq tanınan sertifikatlar da təqdim edir.
Azərbaycanda yaxşı marketinq kursları
Əgər çox vaxtınız yoxdursa, sizə qısa icmal keçək. Daha sonra isə hər bir seçimin niyə yaxşı olduğunu izah etməyə çalışacağıq.
- Code Academy – Digital Marketing Professional (DMI Pro)
Digər kurslardan əsas fərqi odur ki, Code Academy beynəlxalq səviyyədə tanınan DMI sertifikatı almaq imkanı verir. Ümumi olaraq isə SEO, PPC, SMM, kontent marketinq, email marketinq və analitika kursun sillabusunda yer alan əsas bölmələrdir. - UpperEdu – Digital Marketing Təlimi
Bu təlimdə yer alan proqramlar SEO, Instagram və Facebook, Linkedin, Google Ads, Youtube, Analitika kimi əsas başlıqda bölünür. 10 moduldan ibarət olan bu rəqəmsal marketinq kursu da rəsmi sertifikat və beynəlxalq sertifikatlar alma imkanı verir. - Elvin Pasha – Rəqəmsal Marketinq Kursu
Sahə üzrə təcrübəli mütəxəssis tərəfindən keçirilir. Kiçik biznes sahibləri və fərdi mütəxəssislər üçün real nümunələrlə zəngin proqram təqdim edir. Proqramın sillabusu isə aşağı-yuxarı digər nümunələrlə eynidir. - TechMark – Rəqəmsal Marketinq Kursu
4 ay davam edən və Google Premier Partnyoru olan Kamal Allazov tərəfindən keçilən bu kurs SEO, Google reklamları, SMM, rəqəmsal analitika və data vizuallaşdırılması kimi istiqamətlərdə tədris verir. Üstəlik, digər kurslar kimi mentorluq və karyera dəstəyi də göstərir.
İndi isə kurslar haqqında daha ətraflı danışmağa çalışaq.
Code Academy – Digital Marketing Professional DMI
Code Academy tərəfindən təklif olunan rəqəmsal marketinq kursu Digital Marketing Institute (DMI) ilə əməkdaşlıq əsasında hazırlanıb və beynəlxalq səviyyədə tanınan bir diplom proqramıdır.
Kurs rəqəmsal strategiyanın əsaslarını öyrətməklə yanaşı, tələbələrə real alətlər və platformalar üzərində işləmək imkanı verir. Akademiya dərs saatlarından əlavə təşkil edilən Lab günlərində instruktor və mentorla birlikdə keçirilən mövzuları praktika imkanı təqdim edir.
150 saatdan ibarət olan tədris planı 10 əsas moduldan ibarətdir.
- Digital marketinqin əsasları
- Veb-sayt optimizasiyası
- Sosial media marketinqi
- Kontent marketinqi
- SEO
- Digital Display və video reklamları
- Axtarış motoru reklamları
- Email marketinqi
- Veb analitika
- Digital marketinq strategiyası
Tədris prosesi praktiki tapşırıqlar, real brendlər üzərində simulyasiyalar və davamlı mentor dəstəyi ilə müşayiət olunur.
Kursun sonunda tələbələr buraxılış işi verir və akademik transkriptini alır.
Daha sonra isə tələbələr son imtahanlarını verərək DMI sertifikatını əldə edə bilərlər.
UpperEdu – digital marketinq kursu
UpperEdu tərəfindən təqdim olunan bu rəqəmsal marketinq kursu dörd ay müddətində keçirilir. Ümumilikdə 72 saatlıq dərs proqramından ibarətdir.
Tədris həm nəzəri biliklər, həm də praktiki tapşırıqlarla zəngindir. Hər dərsdən sonra tələbələrə real tapşırıqlar verilir.
Dərslər həftədə 2 dəfə, hər dərs 90 dəqiqə olmaqla təşkil olunur. Ümumi olaraq isə 10 əsas modula bölünür.
- Instagram və facebook kursu
- Kontent marketinq
- Linkedin kursu
- Google Ads kursu
- Digital analitika
- Digital marketing tools
- Email marketinq kursu
- Youtube kursu
- SEO kursu
- Digital hesabat
Tədrisi Babaxan Məlikli və Ülvi Əhmədov kimi sahədə təcrübəli mütəxəssislər aparır.
Kurs həm yerli, həm də beynəlxalq karyera imkanlarına fokuslanır. Məzunlara video dərslərə davamlı çıxış, kursdan sonra dəstək, netvörkinq imkanları təklif olunur.
Təlimin ümumi qiyməti 1399 manatdır. Tələbələr üçün endirim imkanları da mövcuddur.
Elvin Paşa – rəqəmsal marketinq kursu
Elvin Paşa tərəfindən təqdim olunan rəqəmsal marketinq kursunun əsas məqsədi tələbələrə sıfırdan peşəkar səviyyəyə qədər praktik bilik qazandırmaqdır.
Kurs həm fərdi şəxslər, həm də biznes sahibləri üçün nəzərdə tutulub.
Elvin Paşa təqdim etdiyi bu kursda 100% öyrənmə prinsipi, müasir əsaslı tədris proqramı, real praktika, əlçatan tədris materialları kimi detallara söz verir.
48 saatlıq sillabusda rəqəmsal marketinqə giriş verdikdən sonra kontent marketinq, SMM, WordPress development, SEO, Google reklamları, analitika və email marketinqdən ibarət 7 böyük modul tədris olunur.
Dərslər həm onlayn, həm də oflayn şəkildə keçirilir. Əsas tədris müddəti üç ay təşkil edir.
Hər dərs modulu üzrə tapşırıqlar, dərslərin video yazıları və daimi mentor dəstəyi mövcuddur.
Təlimin sonunda iştirakçılara sertifikat və fərdi tövsiyə məktubu təqdim olunur.
TechMark – rəqəmsal marketinq kursu
TechMark tərəfindən təşkil olunan rəqəmsal marketinq kursu dörd aylıq intensiv proqram əsasında hazırlanıb və praktiki biliklərin formalaşdırılmasına yönəlib.
Kursun müəllim heyətinə Google Premier Partner statusuna malik Kamal Allazov və Meta sertifikatlarına sahib olan Fəridə Kərimli daxildir. Tədris əsasən real tapşırıqlar, analitik yanaşma və layihə yönümlü fəaliyyət üzərində qurulub.
Proqram SEO, Google reklamları, SMM, rəqəmsal analitika, data vizuallaşdırılması kimi əsas modullardan ibarətdir.
Əlavə olaraq WordPress, kontent marketinq və gəlir modelləri üzrə əlavə seminarlar da proqram daxilində təqdim olunur.
Dərslər həftəlik keçirilir və əlavə olaraq həftəsonları mentor dəstəyi ilə qrup işləri təşkil olunur.
Kursun ümumi qiyməti təxminən 1480 AZN-dir və aylıq ödəniş imkanı mövcuddur.
Tələbələr və qrup halında qeydiyyatdan keçənlər üçün endirimlər tətbiq olunur.
Kurs seçməzdən əvvəl nələrə diqqət etməli
Doğru rəqəmsal marketinq kursu seçmək, gələcək peşəkar inkişafınız üçün həlledici rol oynaya bilər. Hər kurs hər kəs üçün uyğun deyil və ehtiyaclarınıza cavab verən bir proqram tapmaq üçün bəzi əsas məqamlara diqqət yetirmək vacibdir.
İlk olaraq məqsədinizi müəyyənləşdirin. Siz nə olmaq istəyirsiniz? SEO mütəxəssisi, sosial media meneceri yaxud başqa niş sahə?
Hədəfiniz seçəcəyiniz kursun strukturu və təqdim etdiyi bacarıqlar baxımından əsas rol oynayacaq.
Kursun məzmununa diqqətlə baxın. Rəqəmsal marketinqdə bir çox istiqamətlər var. SEO kursu, SMM kursu və ya ümumi olaraq rəqəmsal marketinq kursunun sizin üçün uyğun olacağını dəqiq bilməlisiniz.
Yuxarıda bəhs etdiyimiz kurslar ümumi olaraq rəqəmsal marketinq kursu adı altında gedir. Ancaq onların sillabus və tədriq proqramında kifayət qədər fərqlər var. Kursun hansı istiqamət üzrə güclü olduğunu araşdırın. Təlimçilərin işlədiyi sahə və haradan gəldiyi haqqında məlumat toplayın.
Kursda praktiki fəaliyyətinin sizə uyğun olub‑olmamasını yoxlayın. Layihələr üzərində işləmək, reklam kampaniyaları yaratmaq və analitik hesabatlar təqdim etmək kimi imkanlar biliklərinizi möhkəmləndirəcək.
Sertifikatın dəyərini də qiymətləndirin. Sertifikatlar bizim bazarda önəmli rol oynayır.
Kurs sonrası dəstək vacibdir. Mentor dəstəyi, video dərslərə çıxış, müzakirə qrupları və netvörkinq imkanları uzunmüddətli fayda gətirir.
Son olaraq əvvəlki iştirakçıların rəylərini oxuyun. Sosial şəbəkələrdə bu kurslar və təlimçilər haqqında məlumat toplamağa çalışın. Mənfi və müsbət cəhətləri götür-qoy edin.
Son olaraq isə məsləhət görürük ki, kursa başlamazdan əvvəl ödənişsiz olan mənbələrdən onlayn rəqəmsal marketinq kursları alın. Tədrisə başlamadan ən azından bəzi terminləri eşitmək, sahə haqqında məlumatlı olmaq sizə kurs müddətində faydalı olacaq.
Nəticə
Doğru rəqəmsal marketinq kursu seçmək karyera yolunuzda əhəmiyyətli dönüş nöqtəsi ola bilər.
Azərbaycanda bu sahədə mövcud olan təlim proqramları arasında seçim edərkən şəxsi məqsədlərinizə və öyrənmə tərzinizə uyğun bir kurs tapmaq çox vacibdir.
Kurs seçərkən ilk növbədə məqsədinizi müəyyən edin və bu məqsədə uyğun məzmun təklif edən proqramlara diqqət yetirin.
Mümkünsə nümunə dərslərlə tanış olun və əvvəlki tələbələrin rəylərini oxuyun. Daha sonra isə qərar verin və öyrənməyə başlayın.
Rəqəmsal marketinq dünyası sürətlə dəyişir. Bilik və bacarıqları nə qədər tez əldə etsəniz, onları praktikada tətbiq etmə şansınız bir o qədər yüksək olacaq. Uğurlu nəticə əldə etmək üçün ilk addım doğru kurs seçimidir.