ROAS Nədir: Hesablama Qaydası və İzahı

ROAS və ya “Return on Ad Spend” reklam xərclərindən əldə olunan gəliri ölçən marketinq göstəricisidir. Sadə dillə desək, reklam kampaniyasının sizə nə qədər gəlir gətirdiyini göstərir.

Azərbaycan dilində bu terminin tərcüməsi mənbələrə görə, “reklam xərclərindən əldə edilən gəlir” və ya sadəcə “reklam gəliri” kimi qeyd olunur.

ROAS necə hesablanır?

ROAS-ın düzgün hesablanması üçün iki əsas göstərici lazımdır. 

Birincisi, reklamdan əldə olunan gəlirdir. Hansı ki, yalnız reklamla əlaqəli satışlardan əldə edilən gəlirdir. 

İkincisi, reklam xərcləri. Platforma və ya agentliklərə ödənilən ümumi məbləğ burada nəzərə alınır. Hər iki göstərici bilinirsə, aşağıdakı düstur bizə kömək olacaq. Eyni zamanda xüsusi kalkulyatordan da istifadə edə bilərsiniz.

ROAS-ın hesablanması üçün düstur

Əsasən iki formada göstərilir: nisbət şəklində və faiz şəklində.

Məsələn, bir e-ticarət mağazası Facebook reklamına 500 AZN xərcləyib və həmin kampaniya nəticəsində 1500 AZN dəyərində satış edib.

ROAS = 1,500 / 500 = 3.0 Əgər bu nəticə faizlə göstərilsəydi, 300% olardı.

Bu göstəricinin düzgün hesablanması üçün reklam xərclərinin dəqiq şəkildə müəyyən edilməsi vacibdir. Bəzən sadəcə platformaya (məsələn, Meta Ads, Google Ads) ödənilən məbləğ hesablanır. Lakin daha real nəticə əldə etmək üçün əlavə xərcləri də daxil etmək lazım ola bilər:

  • Yalnız xalis reklam xərcinə əsaslanan: Yəni sırf platformaya ödənən məbləğ əsasında hesablanır.

  • Əhatəli: Reklamla bağlı bütün xərcləri (komanda, texniki dəstək, alətlər və s.) nəzərə alaraq daha real dəyərləndirmə aparılır.

ROAS və ROI: fərq nədir?

Marketinqdə istifadə olunan bu iki mühüm göstərici tez-tez bir-biri ilə qarışdırılır. Halbuki bu göstəricilər oxşar məqsədə xidmət etsə də, onların ölçdüyü şeylər və tətbiq sahələri fərqlidir.

ROI ümumi investisiyanın gəlirliliyini ölçmək üçün istifadə olunur. Burada əsas məqsəd müəyyən bir layihə, məhsul və ya təşəbbüs üçün qoyulan vəsaitin nə qədər gəlir gətirdiyini müəyyən etməkdir.

ROAS isə yalnız reklam xərclərinin qarşılığında əldə edilən gəliri ölçür. Yəni burada diqqət yalnız reklam fəaliyyətlərinə yönəlib. Həmçinin reklamverənlər və marketoloqlar üçün xüsusilə rəqəmsal və mobil reklam kampaniyalarının effektivliyini təhlil etməkdə istifadə olunur.

ROASROI
Nəyi hesablayır?Yalnız reklam xərcləriniBütün investisiyaları
Düstur(Reklam gəliri/Reklam xərci)*100(İnvestisiya gəliri – investisiya dəyəri)/İnvestisiya dəyəri*100
Ölçü vahidiNisbət və faizNisbət və faiz
Burada