ROI Nədir və Necə Hesablanır? 

ROI nədir?

Return on Investment və ya ROI hər hansı bir layihəyə, məhsula və ya kampaniyaya qoyulan vəsaitin nə qədər gəlir gətirdiyini ölçən KPI-dır. 

Azərbaycan dilində tərcüməsi bir çox mənbələrə görə, “gəlirlilik səviyyəsi” və ya “investisiyanın qaytarılması” kimi qeyd olunur.

“Sərf edilən xərclə əldə olunan gəlir arasında nə qədər fərq var?” sualının cavabını məhz bu termin izah edir.

Əsas üstünlüyü ondadır ki, sadə metoddur. Bu göstərici təkcə marketinq sektorunda deyil, eyni zamanda maliyyə, istehsal, daşınmaz əmlak, texnologiya və daha bir çox sahədə tətbiq olunur.

ROI necə hesablanır: düstur və izahı

Gəlirlilik səviyyəsini hesablamaq üçün aşağıdakı sadə düsturdan istifadə olunur, eyni zamanda bu kalkulyatordan istifadə edərək də hesablamanızı rahatlıqla apara bilərsiniz.

roi hesablanması üçün düstur

Bu formul nəticəni faiz şəklində verir. Nəticə nə qədər yüksəkdirsə, investisiyanın effektivliyi də bir o qədər yüksəkdir.

Məsələn, bir e-ticarət mağazası reklam kampaniyasına 1000 AZN xərcləyib, nəticədə 1500 AZN gəlir əldə edibsə, 50%-ə bərabər olur.

  • ROI = (1500 – 1000) / 1000 × 100 = 50%

Bu o deməkdir ki, bu investisiyadan 50% gəlir əldə edilib. Ancaq unutmayın ki, xərcləri, vaxt faktorunu və alternativ imkanların dəyərini nəzərə almadan ölçü verir.

Niyə vacibdir? 

İnvestisiyanın nəticəsini sadə və aydın şəkildə qiymətləndirməyə imkan verir. 

Qərarvermədə effektivdir. ROI izə müxtəlif investisiya alternativlərini bir-biri ilə müqayisə etməyə şərait yaradır. Hansı layihənin daha sərfəli olduğunu görmək üçün digər seçimlərin göstəricilərini dəyərləndirmək kifayətdir.

Effektivliyi ölçür. Bununla siz həyata keçirdiyiniz marketinq kampaniyasının əslində nə qədər səmərəli olduğunu hesablaya bilərsiniz.

Risklərin müəyyən olunmasına kömək edir. Göstərici mənfi olduqda investisiyanın zərərlə nəticələndiyini göstərir. 

Burada