Fikir Verməli Olduğunuz SEO Metrikləri və KPI-lar

Uğurlu SEO strategiyasının əsasında düzgün SEO KPI-ları və SEO metrikləri ilə ölçülən işlər durur dayanır. 

Bu göstəricilər saytınızın performansını ölçmək, nəyi yaxşı etdiyinizi və hansı sahələrdə inkişaf lazım olduğunu müəyyənləşdirmək üçün vacibdir. 

Bu bloqda siz əsas SEO göstəricilərini tanıyacaq, onların nə üçün vacib olduğunu və onları necə effektiv şəkildə izləyə biləcəyinizi öyrənəcəksiniz.

SEO KPI-ları niyə vacibdir

SEO KPI-ları gördüyünüz işlərin nəticələrini izləmək üçün əsas performans göstəricilərdir.

Bu SEO metrikləri sizə hansı strategiyaların işlədiyini, hansının isə təkmilləşdirilməyə ehtiyacı olduğunu göstərir. Ölçülə bilən nəticələr yoxdursa, hər şey sadəcə təxminə çevrilir.

Məsələn, siz yeni məqalələr yazırsınız, backlink qurursunuz və ya texniki optimizasiya aparırsınızsa, bu fəaliyyətlərin trafikə, konversiyaya necə təsir etdiyini məhz KPI-lar vasitəsilə öyrənə bilərsiniz.

KPI-lar həm də rəqəmsal marketinq komandalarına və ya müştərilərə real nəticələr təqdim etməsinə imkan verir. Hansı ki, nəticədə hesabatlar yaranır, görülən işi rəqəmlər danışır.

İndi isə növbə ilə bizə iş prosesində lazım olan göstəricilərə baxaq.

1. Orqanik trafik

Orqanik trafik istifadəçilərin axtarış motorlarında ödənişsiz nəticələr vasitəsilə saytınıza daxil olması deməkdir. 

Orqanik trafik ən bəsit və ən önəmli SEO metriklərindən biri sayılır. Saytınızın ümumi olaraq nə dərəcədə uğurlu olduğunu göstərir.

Orqanik trafikin artması saytınızın SERP-də daha yuxarı mövqe tutduğunu, məzmununuzun daha çox istifadəçiyə çatdığını və auditoriyanızla daha effektiv əlaqə qurduğunuzu göstərir.

Bu göstəricini izləmək üçün Google Analytics, Google Search Console və müxtəlif SEO alətləri istifadə olunur. 

2. Orqanik konversiya nisbəti

Saytınıza trafik çəkmək əladır, lakin bu trafikin konversiyaya çevrilməsi daha önəmlidir. 

Məhz buna görə orqanik trafikdən alınan konversiya nisbəti ən vacib SEO KPI-ları sırasında yer alır. 

Bu metrik saytınıza axtarış motorları vasitəsilə daxil olan istifadəçilərin hansı faizinin müəyyən bir məqsədi yerinə yetirdiyini göstərir.  Məsələn, neçə faiz istifadəçi qeydiyyatdan keçib, form doldurub və ya alış-veriş edib.

Bu SEO metriki trafik keyfiyyəti və istifadəçi niyyəti haqqında dəyərli məlumat verir. 

Yüksək trafikə baxmayaraq, konversiya səviyyəsi aşağıdırsa, kontent, dizayn və ya istifadəçi təcrübəsində problem ola bilər.

Bu kimi hallarda analiz etmək, A/B testlər hazırlamaq vacibdir. Yaxud da peşəkar SEO agentliyindən xidmət almaq uyğun variant ola bilər.

Google Analytics vasitəsilə konversiya hədəflərini izləyə bilərsiniz. Bu zaman saytda qalma müddəti, baxılan səhifələrin sayı və istifadəçi davranışı kimi əlavə göstəricilər də sizə optimallaşdırma imkanları təqdim edir.

3. Görünürlük

Görünürlük də bəsit metriklərdən biridir. Saytınızın axtarış motorlarının nəticələrində nə qədər tez-tez və hansı mövqelərdə göründüyünü göstərən ölçü vahidlərindən biridir. 

Yüksək görünürlük saytınızın hədəflənmiş açar sözlər üzrə SERP-də daha yuxarı mövqelərdə çıxması və nəticədə daha çox orqanik trafik əldə etməsi deməkdir. Bu da istifadəçilərin sizi tapmasını, klik etməsini və saytla qarşılıqlı əlaqəyə girməsini asanlaşdırır.

SEMrush, Ahrefs və Moz kimi SEO alətləri ilə izləyə bilərsiniz. 

4. Açar söz sıralamaları

“Keyword ranking” və ya açar söz sıralamaları saytınızın müəyyən açar sözlər üzrə axtarış nəticələrində hansı mövqedə yerləşdiyini göstərən əsas SEO KPI-ları arasındadır. 

Kontentinizin nə dərəcədə optimallaşdırıldığını və rəqabət içində necə performans göstərdiyini anlamağa kömək edir.

Tutaq ki, siz 10 açar söz üzrə ilk pillələri hədəf olaraq təyin etmisiniz. Onların hansı sırada yer aldığı sizə kontentinizin effektivliyini göstərir. Yuxarı sıralar daha çox klik, trafik və nəticədə konversiya deməkdir.

Google Search Console, SEMrush və Ahrefs kimi alətlər vasitəsilə açar söz performansını izləyə bilərsiniz. Bu alətlər sizə hansı sözlərdə irəlilədiyinizi, mövqe dəyişikliklərini, klik nisbətlərini və səhifə əlaqələrini təqdim edir.

5. Backlink metrikləri

Backlink-lər hələ də SEO-nun ən əsas faktorlarından biridir. 

Təbii ki, kəmiyyət yox, keyfiyyətin önəmli olmasını artıq hər SEO mütəxəssisi bilir. 

Backlink metrikləri ilə saytınıza digər saytlardan gələn keçidlərin keyfiyyətini və sayını ölçə bilərsiniz.

Axtarış motorları üçün bu metriklər saytınızın etibarlı və dəyərli olduğunu göstərən siqnallar hesab olunur. 

Əsas backlink göstəricilərinə aşağıdakılar daxildir:

  • Domain authority və page authority, yəni saytın və səhifənin ümumi etibarlılığı
  • Referans domenlərin sayı, yəni sizə keçid verən saytların sayı
  • Anchor text uyğunluğu, yəni keçidlərin konteksdə necə istifadə olunduğu
  • Follow və nofollow keçidlərin nisbəti, yəni SEO dəyəri ötürüb-ötürmədiyi

Bu metrikləri təhlil etmək üçün Ahrefs, Moz və SEMrush kimi SEO alətləri istifadə olunur. 

Onlar sizə backlink profilinizi, potensial təhdidləri və yeni bağlantı imkanlarını təqdim edir.

6. CTR – klikləmə nisbəti

CTR (Click-Through Rate), yəni klikləmə nisbəti istifadəçilərin axtarış nəticələrində saytınızı gördükdən sonra ona neçə faiz klik etdiyini göstərən SEO metriklərindən biridir.

Yüksək CTR məzmununuzun istifadəçi üçün cəlbedici olduğunu və doğru şəkildə təqdim edildiyini sübut edir.

CTR-ə təsir edən əsas faktorlara title tagmeta təsviri, URL-lər, “snippets” (məlumat paneli, FAQ, şəkillər) aiddir.

Bu metrik Google Search Console vasitəsilə asanlıqla izlənə bilər. Hər açar söz və səhifə üçün klik sayı, göstərilmə sayı və klikləmə faizi təqdim olunur. 

7. Core Web Vitals

Core Web Vitals Google-un vebsayt performansını qiymətləndirmək üçün yaratdığı üç əsas istifadəçi təcrübəsi göstəricisidir. 

Əsas göstəricilər bunlardır:

  • LCP (Largest Contentful Paint) əsas kontentin nə qədər tez yükləndiyini göstərir
  • FID (First Input Delay) istifadəçinin saytla ilk qarşılıqlı əlaqəyə nə qədər tez girə bildiyini ölçür
  • CLS (Cumulative Layout Shift) səhifədə yükləmə zamanı vizual dəyişikliklərin miqdarını işarə edir

Bu metrikləri izləmək üçün Google Search Console, PageSpeed Insights və Lighthouse kimi alətlər istifadə olunur. 

8. SEO-da “engagement” metrikləri

“Engagement” metriklər istifadəçilərin saytınızla necə qarşılıqlı əlaqədə olduğunu izah edir. 

Bu göstəricilər kontentinizin nə qədər maraqlı və faydalı olduğunu, həmçinin istifadəçi təcrübəsinin keyfiyyətini qiymətləndirməyə kömək edir. 

Adətən, SEO-ya birbaşa təsir etməsələr də, dolayı yolla təsir edirlər. Yəni onları diqqətə almaqda fayda var. Ona görə ki bu metriklərdə nəsə yolunda getmirsə, hər hansı bir problemlə işarə ola bilər.

Metrikləri Google Analytics və Hotjar kimi platformalar vasitəsilə izləyə bilərsiniz.

Əgər istifadəçilər saytda daha uzun müddət qalır, daha çox səhifəyə baxır və daxili linklər vasitəsilə hərəkət edirsə, o deməkdir ki, saytınız istifadəçi niyyətinə uyğun, SEO və istifadəçi yönümlü və tətminedici məzmun təqdim edir.

9. SEO ROI

Əgər xərcləriniz və gəlirlərinizi müqayisə etmək istəyirsinizsə, ROI sizin üçün ən vacib göstəricidir.

Apardığınız bütün optimizasiya işlərinin maliyyə baxımından nə dərəcədə faydalı olduğunu sizə aydın şəkildə göstərir.

Nəticələri sadəcə trafik və sıralama ilə deyil, gəlir və effektivliklə qiymətləndirməyə imkan verir.

SEO metriklərini izləyərkən buraxılan ümumi səhvlər

SEO KPI-ları və SEO metrikləri ilə işləyərkən çoxları bəzi vacib nüansları gözdən qaçırır. 

Səhvlər nəticələrin düzgün təhlil edilməməsinə, yanlış qərarlara və zaman itkilərinə səbəb ola bilər. Hətta peşəkar SEO mütəxəssisləri və marketinq agentlikləri belə bəzən bu tip SEO səhvlərinə yol verirlər.

Ən çox rast gəlinən səhv odur ki, insanlar trafik, görünürlük kimi bəsit metriklərin üzərində dayanır. Konversiyaları ölçmürlər, gəlir və xərcləri hesablamırlar. 

Digər səhv kimi onu qeyd etmək olar ki, kəmiyyətə keyfiyyətdən daha çox dəyər verilir. Buna ən bariz misalı backlink-lər üçün olan yanaşmalarda görmək olar. 

Başqa bir səhv isə SEO alətləri ilə işləməmək, müqayisəli təhlillər və ölçümlər aparmamaqdır. 

Səhvləri aradan qaldırmaq üçün SEO xidmətlərimizdən yararlana bilərsiniz.

Nəticə

SEO metriklərini izləmək, KPI-ları ölçmək məqsədyönlü inkişafın, strateji qərarların və davamlı uğurun əsasını təşkil edir. 

Bu göstəricilər sayəsində siz hansı kontentin işlədiyini, istifadəçilərin saytla necə qarşılıqlı əlaqədə olduğunu və strategiyanızın real nəticələr verib-vermədiyini təyin edə bilərsiniz. 

Burada