SEO-da Açar Sözlərin Əhəmiyyəti 

SEO-da açar söz nədir?

Güclü SEO strategiyasının əsasında dayanan şeylərdən ən vacibi açar sözlərdir. 

Təbii ki, açar sözlərlə yanaşı digər strategiyalar da böyük önəm kəsb edir. Lakin açar sözlərin düzgün seçilməsi, düzgün araşdırılması və strategiyası bütün SEO proseslərinə yön verir. 

Açar sözlər istifadəçilərin axtarış motorlarına daxil etdiyi ifadələrdir. Məlumat, məhsul, xidmət və ya cavab tapmaq üçün istifadə olunan sorğulardır. 

Qısaca desək, SEO-da açar sözlər sizin məzmununuzla istifadəçilərin ehtiyacları arasında bir körpüdür.

Açar sözləri kontent marketinqdə DNT kimi düşünə bilərsiniz. Necə ki, hüceyrələr öz işini görmək üçün DNT-yə  ehtiyac duyur, axtarış motorları da səhifənizi başa düşmək üçün açar sözlərə ehtiyac duyur. 

SEO açar sözləri niyə əhəmiyyətlidir?

Düzgün seçilmiş açar sözlər vasitəsilə saytınız Google kimi axtarış motorlarının tələblərinə cavab verir, daha çox orqanik trafik cəlb edir.

Hər dəfə bir istifadəçi axtarış pəncərəsinə sorğu daxil edəndə, əslində, bir sual verir.

Bizim əsas vəzifəmiz isə o suala ən uyğun və faydalı cavabı təqdim etməkdir. Bu da on-page SEO üçün olduqca vacibdir.

Yaxşı hazırlanmış SEO strategiyası bizə imkan verir ki:

  • Auditoriyamızın nələr axtardığını başa düşək.

  • Problemlərə cavab verən məzmun yaradaq.

  • Orqanik trafik alaq.

Əsas olan açar söz göstəriciləri

Açar sözləri düzgün seçə bilmək üçün siz ilk öncə ona aid olan SEO metriklərini anlamalısınız.

Müəyyən açar söz göstəricilərini analiz etməklə biz trafik gətirən, real nəticə verən və strategiyamıza uyğun olan sözləri seçə bilərik.

IELTS açar sözü üçün açar söz araşdırması

Axtarış niyyəti (Search intent)

İlk növbədə sual “istifadəçi bu açar sözlə nə axtarır?” olmalıdır. 

Bu sualalın cavabı axtarış niyyətinə nəzər salan zaman görünür.

Hər açar söz arxasında bir məqsəd daşıyır. Misal üçün, məlumat öyrənmək, konkret bir saytı tapmaq, nəsə almaq və ya xidmət sifariş vermək kimi.

Məsələn, “IELTS almaq nə qədər zaman tələb edir” informativ niyyət göstərir, halbuki “Bakıda IELTS kursları” artıq kommersiya niyyətinə işarə edir.

Məzmunumuzu düzgün niyyətə uyğunlaşdırmaq Google-un bizi daha uyğun nəticələrdə göstərməsinə səbəb olur.

Axtarış həcmi (Keyword volume)

Açar sözün nə qədər axtarıldığı əsas nüanslardan biridir. 

Bu göstərici açar sözün ay ərzində neçə dəfə axtarıldığını göstərir. Yüksək axtarış həcmi daha çox trafik potensialı deməkdir. Bir çox hallarda da daha çox rəqabət deməkdir.

Yalnız yüksək həcmli sözlərin arxasınca qaçmaq risklidir. Pul və vaxt itkisinə gətirib çıxara bilər. Bəzən uzunquyruqlu açar sözlər daha niş auditoriyaya çatmaq üçün ideal seçimdir.

Açar söz çətinliyi (Keyword density)

Bu göstərici seçdiyiniz  müəyyən açar söz üzrə ilk 10-luqda yer almağın nə qədər çətin olduğunu göstərir. 

Semrush və Ahrefs kimi SEO alətləri bu göstəricini faizlə təqdim edir.

Əgər faiz yüksəkdirsə, o deməkdir ki, artıq SERP-də bu söz üzrə güclü domenlər mövcuddur. Bu açar söz üzrə ilk sıraya çıxmaq olduqca çətin olacaq.

Buna görə də yeni başlayanlar axtarış həcmi nisbətən çox, çətinlik dərəcəsi isə daha az olan açar sözlərə fokuslanmalıdır. 

Klik başına düşən ödəniş (Cost Per Click)

Klik başına düşən ödəniş ödənişli reklamlar zamanı daha çox lazım olur.

Ümumən, CPC açar sözün kommersiya dəyərini göstərir. SEO üçün də vacibdir.

Yüksək CPC o deməkdir ki, şirkətlər bu sözlə bağlı reklama pul xərcləməyə hazırdır.

İstər SEO zamanı, istərsə də ödənişli reklamlar zaman CPC dəyəri nəzərə alınmalıdır. 

Rəqabət dərəcəsi (Competitive density)

Bu göstərici həmin açar söz üzrə neçə reklamverənin aktiv olduğunu göstərir. 

PPC üçün nəzərdə tutulsa da, bu SEO-da da əhəmiyyətlidir.

Bu göstərici sayəsində az rəqabətli, amma istifadəçi niyyəti çox olan sözləri müəyyən edə bilərik.

CPC və rəqabət dərəcəsi birlikdə sözün bazar dəyəri və uyğunluq səviyyəsi haqqında daha dəqiq fikir verir.

SEO-da düzgün açar sözləri necə tapaq?

Əgər biz orqanik trafik cəlb etmək və axtarış nəticələrində görünmək istəyiriksə, sadəcə “bizim təxminimizə görə axtarılan” sözləri yox, həqiqətən istifadəçilərin axtardığı sözləri tapmalıyıq.

Biz bu prosesi belə qururuq:

İlk növbədə auditoriyamızın maraqlandığı əsas mövzuları müəyyən edirik. 

Sonra mövzular üzrə açar söz araşdırması edirik. Semrush, Google Keyword Planner, Ahrefs, və ya Ubersuggest bu sahədə ən yaxşılardandır. 

Bu alətlər bizə axtarış həcmi, çətinlik faizi, niyyət və hətta uzunquyruqlu açar sözlər kimi göstəriciləri təqdim edir. Nəticədə, biz yuxarıda bəhs etdiyimiz açar söz metriklərini daha yaxşı anlaya bilirik.

Metrikləri müqayisə etdikdən və anladıqdan sonra 4 əsas nüansa yenidən nəzər yetirmək lazımdır və açar söz araşdırmasını bu istiqamətdə davam etdirmək lazımdır.

  • Axtarış niyyəti
  • Açar söz variantları (sinonimlər, forma dəyişiklikləri)
  • Sualla başlayan axtarışlar (səsli axtarışlar və featured snippet-lərə uyğun)
  • Mövzu klasterləri (bir-biri ilə əlaqəli sözlər toplusu, saytımızın avtoritetini artırmaq üçün)

Bundan əlavə, rəqiblərin saytlarını analiz etmək vacibdir.

Rəqibiniz olan marketinq agentliyi və ya SEO mütəxəssisi müəyyən açar sözlə yaxşı nəticə əldə edibsə, bu mövzuda daha dəyərli, daha dəqiq və daha niyyətə uyğun məzmun yaratmağı nəzərdən keçirmək lazımdır. Təbii ki, əgər sözün çətinlik dərəcəsi həddindən artıq deyilsə.

Araşdırma nəticələrimizi klasterlər ilə sistemləşdiririk. Bu nəticədə bizə həm əlaqəli mövzuların hamısını əhatə etməyə imkan verir, həm də səhifələri bir-biri ilə təbii olaraq daxili linkləməyə yardım edir. 

Açar sözlər harada istifadə olunmalıdır?

Doğru açar sözləri tapdıqdan sonra növbəti vacib addım onları düzgün şəkildə yerləşdirməkdir.

Açar sözləri əlaqəsiz yerdə işlətmək, həddən artıq və həddən az istifadə etmək saytınız üçün mənfi fikir formalaşdırır.

Açar sözlərin harada və necə işlənməsinə nəzər salaq.

1. Title tag səhifənin SERP-də görünən başlığıdır. Həm istifadəçilər, həm də Google üçün ilk təəssüratdır. Əsas on-page SEO qaydalarına uyğun olaraq açar sözü burada istifadə etmək axtarış nəticələrində uyğunluğunuzu artırır. 

2. Meta Description və ya meta təsvir sıralamaya birbaşa təsir etməsə də, klikləmə nisbətini artırır. Burada açar sözlərdən istifadə etmək istifadəçinin diqqətini çəkir və klik ehtimalını yüksəldir.

3. URL-də açar sözün istifadə olunması həm istifadəçi təcrübəsini, həm də indeksləmə prosesini yaxşılaşdırır. Sadəcə fikir vermək lazımdır ki, URL mümkün qədər qısa olsun. Üstəgəl, xüsusi simvollardan uzaq olsun. Ən əsası mövzunuzla və axtarış niyyəti ilə birbaşa əlaqəli olsun.

4. Başlıqlar (H1, H2, H3) məzmunu oxuyanlar üçün, axtarış motorları üçün struktur yaradır. Mövzunu anlaşıqlı edir. Əsas və əlaqəli açar sözlərdən bu başlıqlarda istifadə edərək, məzmununuzu daha aydın təqdim edə bilərsiniz.

5. İlk 100 söz SEO-da açar sözlərin işlənməsi üçün mütləq sayıla bilər. Google tez-tez məzmunun giriş hissəsinə baxaraq səhifənin nədən bəhs etdiyini anlayır. Əsas açar söz mütləq ilk 100–150 söz içərisində olmalıdır.

6. Əsas mətndə də açar sözlər məzmunun içində təbii şəkildə istifadə olunmalıdır. Açar sözü yerli-yersiz işlətməkdən çəkinin. Sinonimlərdən, əlaqəli anlayışlardan və qramatik formalardan istifadə edin.

7. Alt mətnlər sizin vizualları alqoritmlərə izah edən mətnlərdir.  Əgər məqalədə şəkil varsa, alt text bölməsində açar sözdən istifadə etmək image SEO-ya önəmli dərəcədə təsir göstərir. Sizin saytınızdakı şəkillər axtarış nəticələrinin şəkillər hissəsində göstərilir. 

8. Daxili linkləmə zamanı sayt daxilində digər səhifələrə keçid edərkən açar sözlərlə zəngin anchor mətnlər istifadə etmək istifadəçiyə yön verir.

Nəticə

Açar sözlər SEO-nun əsasını təşkil edir. 

Onlar bizə istifadəçilərin nəyə ehtiyac duyduğunu göstərir və məzmunumuzu həmin ehtiyaclara uyğunlaşdırmağa kömək edir. 

SEO səhvlərindən qaçaraq və düzgün yanaşma ilə seçilmiş və yerləşdirilmiş açar sözlər sayta daha çox trafik gətirir.

Əgər biznesiniz üçün açar söz araşdırmasına ehtiyac duyursunuzsa, SEO üzrə dəstək lazımdırsa, SEO xidmətimizdən yararlana bilərsiniz

Burada