SERP Nədir? [İzahı + Elementləri + SEO-da Rolu]

Google, Bing və ya digər axtarış motorlarında nəsə axtararkən qarşınıza çıxan ilk səhifə Search Engine Results Page, yəni SERP adlanır. Azərbayca desək, axtarış nəticələri səhifəsi.

Bu səhifə sizə sorğunuza uyğun veb-saytları, videoları, məlumatları, reklamları və s. təqdim edir.

Bu səhifələr daim dəyişir və yenilənir. Google və digər axtarış motorları istifadəçinin ehtiyacına ən uyğun nəticəni təqdim etmək üçün SERP-lərdə fərqli elementlərdən istifadə edirlər.

SERP üçün göstərilmiş nümunə

SERP nəyə əsasən formalaşır?

Hər axtarışda nəticələr səhifəsi eyni şəkildə görünmür. 

SERP-lər istifadəçinin nə axtardığına uyğun olaraq fərqli şəkildə formalaşır. 

Axtarış motorları nəticələr sorğusunu əsasən üç əsas sorğu kateqoriyası əsasında formalaşdırır. Naviqasiya, informasiya və tranzaksiya sorğuları. 

Naviqasiya sorğuları

Naviqasiya sorğuları istifadəçinin konkret bir saytı tapmaq istədiyini göstərir. Məsələn, kimsə “YouTube” və ya “Facebook qeydiyyatdan keçmək” yazırsa, məqsəd həmin sayta keçməkdir, mövzu haqqında məqalə oxumaq yox. 

Bu cür sorğulara cavab olaraq nəticələr səhifəsi, adətən, həmin brendin əsas səhifəsini və ya sorğuya uyğun səhifəsini təqdim edir.

Naviqasiya sorğusu üçün nümunə

İnformasiya sorğuları

İnformasiya sorğuları istifadəçilərin məlumat axtardığı hallarda baş verir. 

Məsələn, “Meta təsvirlər nədir” və ya “fotosintez necə baş verir” kimi. 

Bu halda axtarış nəticələri səhifəsi daha çox məlumatverməyə yönəlir. 

Bu zaman təqdim olunan nəticələrdə süni intellektlə yaradılan xülasələr, vikipediya nəticələri, SEO yönümlü yazılmış yaxşı bloqlar, videolar olur.

Axtarış nəticələri səhifəsində informasiya sorğusu üçün nəticə

Tranzaksiya sorğuları

Tranzaksiya sorğuları istifadəçinin konkret bir əməliyyat həyata keçirmək istədiyini göstərir. Məsələn, “ayaqqabı almaq” və ya “ChatGPT abunə olmaq” kimi nümunələr bura misaldır.

Bu cür sorğu nəticələrində qarşımıza sponsorlu reklamlar, sorğu nəticəsinə uyğun məhsullar çıxır.

SERP-də informasiya sorğusu üçün nəticə

SERP-də necə görünmək olar?

SERP istifadəçiyə uyğun cavabları təqdim etmək üçün müxtəlif hissələrdən ibarətdir. 

Bu komponentlər sorğunun növündən asılı olaraq dəyişə bilər, amma əsasən üç əsas qrupa bölünür: orqanik nəticələr, ödənişli reklamlar və digər SERP elementləri.

Orqanik Nəticələr

Orqanik nəticələr istifadəçinin sorğusuna ən uyğun və etibarlı cavab təqdim edən, ödənişsiz şəkildə sıralanan səhifələrdir. 

Bu nəticələr Google-un alqoritmi tərəfindən müxtəlif meyarlara əsaslanaraq sıralanır. 

Bura məzmunun keyfiyyəti, açar söz uyğunluğu, backlink və istifadəçi təcrübəsi kimi yüzlərlə fərqli faktor daxildir.

Bu nəticələrdə yer almaq üçün məzmun həm on-page SEO, həm off-page SEO, həm də texniki SEO baxımından optimallaşdırılmalıdır. 

Ödənişli Reklamlar

Ödənişli reklamlar “sponsorlu” etiketi ilə görünən nəticələrdir.

Burada hər bir brend reklam verdiyi müddət ərzində görünə bilər. 

SEO və PPC üçün SERP nəticələri. Orqanik və ödənişli nəticələrin fərqi

SERP elementləri

SERP elementlərinə yuxarıda bəhs etdiymiz iki növ axtarış nəticələrindən başqa gördüyünüz bütün elementlər daxildir. Onlar istifadəçi təcrübəsini artırmaq üçün, istifadəçilərə istədiyini daha aydın şəkildə təqdim etmək üçün əlavə edilmiş elementlərdir. 

SERP elementləri hansılardır?

Google və digər axtarış motorları istifadəçiyə daha sürətli və vizual şəkildə cavab vermək üçün səhifəni interaktiv və dinamik xüsusiyyətlərlə zənginləşdiriblər. 

  • Süni intellekt icmalı
  • Önə çıxan cavablar
  • Məlumat paneli (sağ kənarda yerləşən məlumat bloku)
  • İnsanlar bunları da soruşur bölməsi
  • Şəkil və video karuselləri 
  • Lokal SEO nəticələri əsas SERP elementlərinə daxildir.

Son zamanlar ən çox qarşılaşılan SERP elementlərindən biri süni intellekt icmallarıdır. Bunlar istifadəçinin sualına birbaşa cavab verən, SERP-in üst hissəsində yerləşən cavab süni intellekt tərəfindən hazırlanan məlumat qutularıdır.  Çox vaxt informasiya sorğuları zamanı ortaya çıxar və bir neçə cümlə ilə axtarılan suala cavab verir.

SERP-də Süni intellekt icmalı

Önə çıxan cavablar və ya ingiliscə desək “featured snippets” də sizin axtarışınıza uyğun qısa cavablar verir. Lakin “featured snippets” hər hansı bir səhifədən önə çıxarılan qısa məlumat olur.

Featured snipped üçün nümunə

Digər əsas elementlərdən biri də məlumat panelidir. Bu panel komputer istifadəçiləri üçün səhifənin sağ tərəfində görünür. Tanınmış şəxs, brend, yer və ya hadisə haqqında qısa məlumat verir. Məlumatlar etibarlı mənbələrdən, əsasən Vikipediya və Google-un öz məlumat bazasından gəlir.

“İnsanlar bunları da soruşur” bölməsi istifadəçinin sorğusu ilə əlaqəli əlavə sualları təqdim edir. Beləliklə, bir səhifə üzərindən istifadəçi daha çox mövzunu araşdıra bilir.

SERP elementləri: insanlar bunu da soruşur bölməsi və məlumat paneli

Şəkil və video karuselləri isə SERP-də tez-tez qarşılaşdığımız vizual bölmələrdəndir. Axtarış motoru istifadəçinin ehtiyacına uyğun olaraq video dərsliklər, məhsul şəkilləri və ya rəyləri təqdim edir.

Əgər axtarış yerli məzmunu əhatə edirsə, məsələn “Bakıda pizza” kimi sorğular zamanı lokal SEO nəticələri aktivləşir. Burada xəritə, reytinq, iş saatları və əlaqə vasitələri kimi məlumatlar birbaşa göstərilir. Bu element yerli bizneslər üçün çox önəmlidir.

Lokal SEO üçün SERP nümunəsi

Orqanik şəkildə SERP-də necə görünmək olar?

Qısa cavab olaraq desək, SEO xidməti ilə. 

Ancaq Search Engine Results Page-də yuxarı pillələrdə yer almaq sadəcə açar sözləri istifadə etməklə mümkün olmur. 

Əgər SERP-də necə yüksəlmək istədiyinizi düşünürsünüzsə, həm məzmun keyfiyyəti, həm də texniki baxımdan güclü olmağınız vacibdir.

Hər şey istifadəçi niyyətini başa düşməkdən başlayır. Məzmun yaratmadan əvvəl düşünün ki, istifadəçi nə axtarır və nə əldə etmək istəyir? 

Sualın cavabını anlamaq məzmununuzu daha uyğun və dəqiq etməyə kömək edir. Beləliklə, siz yalnız axtarış motorunun deyil, həm də istifadəçilər üçün dəyərli olursunuz.

Açar sözlərdən istifadə mütləqdir, lakin təkcə bir neçə sözün məqaləyə daxil edilməsi ilə bitmir. 

Açar sözlər səhifənin başlığında, meta təsvirində, girişdə və nəticə bölməsində təbii şəkildə yer almalıdır. Amma əsas odur ki, bu sözlər məzmunun içində məntiqi axınla və mövzuya uyğun şəkildə təqdim edilsin. Bundan əlavə, əlaqəli sözlər və mövzunu tamamlayan ifadələr də istifadə olunmalıdır ki, məzmunun konteksti daha dolğun görünsün.

SERP elementlərində, xüsusilə də “featured snippet”lərdə yer almaq üçün məzmununuzu aydın, qısa və birbaşa cavab verən formada yazmalısınız. Hər hansı bir suala konkret cavab verən abzaslar, sadə cümlələr və vizual cəhətdən səliqəli formatlar Google-un diqqətini çəkir. 

Texniki baxımdan saytınızın responsivliyi, sürəti və təhlükəsizliyi kimi meyarlara cavab verməsi çox önəmlidir. Axtarış sistemləri  istifadəçi üçün sürətli və problemsiz təcrübə təqdim edən saytlara üstünlük verir. Saytın düzgün qurulmuş URL strukturu, daxili keçidlər və rahat naviqasiya da bu prosesdə mühüm rol oynayır.

Daha sonra isə etibarlı saytlar tərəfindən backlink qazanmaq SERP-də mövqe baxımından əlavə üstünlük verir. Bu cür istinadlar Google üçün sizin məzmunun etibarlı və paylaşılmağa dəyər olduğunu göstərir.

Nəhayət, yaratdığınız məzmunun necə işlədiyini analiz etmədən inkişaf mümkün deyil. SEO analiz vasitələri ilə nəticələri müqayisə etmək və KPI-ları izləmək mümkündür. Bu məlumatlar sizə nəyin işlədiyini və nəyi yaxşılaşdırmaq lazım olduğunu açıq şəkildə göstərir.

Nəticə

Search Engine Results Page (SERP) anlayışını və onun necə işlədiyini başa düşmək, rəqəmsal marketinqdə əsas addımlardan biridir. 

Sorğu növləri, fərqli SERP elementləri və Google-un alqoritmləri axtarış nəticələrindəki mövqeyinizə birbaşa təsir edir.

Əgər məzmununuz faydalıdırsa, istifadəçi ehtiyaclarına cavab verirsə və texniki baxımdan düzgün qurulubsa, Google bunu qiymətləndirir. Sizi daha görünən mövqeyə çıxarır. 

Unutmayın ki, SERP-də yüksəlmək bir anda baş vermir. Bu yalnız PPC xidməti ilə mümkündür. 

SEO xidməti ilə isə siz davamlı olaraq axtarış nəticələri səhifəsində ilk sıralarda yer ala bilərsiniz. 

Burada