Texniki SEO nədir?
Sadə dillə desək, texniki SEO veb-saytın strukturunun optimizasiya edilməsidir. Texniki SEO nəticəsində axtarış sistemləri onu effektiv şəkildə taraya, indeksləşdirə və göstərə bilir.
Texniki SEO-nun əsas elementləri düzgün qurulduqda axtarış sistemləri saytınızı daha yaxşı başa düşür və nəticə olaraq SERP-də daha yuxarı sıralarda saytınız görünür.
Əgər orqanik trafik əldə etmək və məzmununuzun daha tez tapılmasını istəyirsinizsə, texniki elementlərin optimallaşdırılması mütləqdir.
Texniki SEO niyə vacibdir?
Güclü texniki SEO olmadan ən keyfiyyətli məzmun belə hədəf auditoriyasına çata bilməz.
Google kimi axtarış sistemləri hər gün milyonlarla veb-səhifəni taramaq və indeksləmək üçün mürəkkəb alqoritmlərdən istifadə edir.
Əgər saytınızda səhifələrin gec yüklənməsi, qırıq linklər və ya zəif mobil uyğunluq kimi problemlər varsa, axtarış sistemləri səhifələrinizi düzgün başa düşməyəcək və ya tapa bilməyəcək.
Texniki SEO sizin ümumi SEO strategiyanızın əsasını təşkil edir.
O, on-page SEO və off-page SEO ilə birlikdə bütün prosesin üç əsas istiqamətindən biridir.
Saytınızın həm istifadəçilər, həm də axtarış botları üçün əlçatan, sürətli və naviqasiyası asan olmasını məhz texniki optimizasiyalara borclusunuz.
Ən vacib texniki SEO faktorları hansılardır?
Texniki optimizasiyanın əsas komponentlərini bilmək diqqətinizi haraya yönəltməli olduğunuzu bilməyə kömək edir.
Bu faktorlar axtarış sistemlərinin veb-saytınızı necə qəbul etdiyini və məzmununuzun axtarış nəticələrində görünüb-görünməyəcəyini birbaşa müəyyən edir.
Bir-bir izah etmədən əvvəl texniki SEO-nun ən vacib elementlərinə ümumi nəzər salaq.
Texniki SEO amilləri | Nə deməkdir? | Nəyə xidmət edir? |
Sayt arxitekturası | Səhifələrin və URL-lərin məntiqi və aydın strukturudur | Axtarış botlarının və istifadəçilərin saytda rahat naviqasiyasını təmin edir. |
XML sitemap | Əsas səhifələri sadalayan fayldır | Axtarış sistemlərinə vacib səhifələri tapmaqda kömək edir. |
Robots.txt faylı | Botlara hansı səhifələrin indekslənəcəyini göstərir. | Təkrarlanan və ya istənməyən səhifələrin indekslənməsinin qarşısını alır. |
Səhifə yükləmə sürəti | Saytın sürətini göstərir. | İstifadəçi təcrübəsinə və sıralamalara birbaşa təsir edir. |
Responsivlik | Saytın mobil cihazlara uyğun olmasıdır. | Mobil cihazlarda saytın problemsiz işləməsini təmin edir. |
HTTPS təhlükəsizliyi | Məlumatları şifrələyərək istifadəçi etibarını qoruyur. | Reytinq faktorudur və sayt təhlükəsizliyinə xidmət edir. |
Kanonik etiketlər və robots.txt | Təkrarlanan məzmun problemlərinin qarşısını alır. | İndeksləmənin düzgün aparılmasına kömək edir |
Strukturlu məlumat (schema) | Məzmun haqqında əlavə kontekst təqdim edir. | SERP-lərdə daha yaxşı nəticələr üçün imkan yaradır. |
Daxili linkləmə | Bir səhifədən digərinə keçid verən linklərdir. | İstifadəçilərin saytda daha çox vaxt keçirməsinə və botların sayt strukturunu anlamasına kömək edir. |
Qırıq linklər | Mövcud olmayan və ya silinən səhifələrə verilən keçidlərdir. | Onların mövcudluğu istifadəçi təcrübəsinə mənfi təsir edir. |
9 addımda texniki SEO
Vebsaytınızın texniki əsaslarını optimallaşdırmaq ilk baxışda çətin görünə bilər. Lakin proses sistemli və planlı şəkildə edilir.
Aşağıda texniki SEO strategiyanızı gücləndirə biləcək 10 əsas və praktik addımı təqdim edirik. Bu tövsiyələr yeni başlayanlar və təcrübəli SEO ekspertləri üçün uyğundur.
1. SEO-ya uyğun sayt arxitekturası qurun
Yaxşı qurulmuş sayt arxitekturası uğurlu texniki SEO-nun təməlidir. Bu addımı saytı qurmağa başlamamışdan əvvəl etmək lazımdır. Düzgün arxitektura istifadəçilər və axtarış sistemlərinin saytınızda asanlıqla naviqasiya etməsinə kömək edir.
Məzmunun məntiqi və strukturlaşdırılmış şəkildə təşkil edilməsi Google-un saytınızı daha yaxşı başa düşməsinə və indeksləməsinə şərait yaradır.
İstifadəçi əksər səhifələrə ana səhifədən maksimum 3-4 kliklə çata bilməlidir. Təmiz və məzmunu əks etdirən URL-lər, əlaqəli səhifələrin eyni kateqoriyada toplanması və düzgün daxili keçidlər vacibdir.
Yaxşı struktur həm də on-page SEO, daxili keçidlər və orqanik trafik artımı baxımından mühüm rol oynayır. Qarışıq quruluş strategiyanızın effektivliyini azaldır.

2. Sitemap göndərin
XML sitemap saytınızdakı əsas səhifələrin siyahısını təqdim edən və axtarış sistemlərinə səhifələri tapmaqda kömək edən xəritədir.
sizinsaytiniz.com/sitemap.xml və ya sizinsaytiniz.com/sitemap_index.xml ünvanlarına öz saytınızın domenini yazaraq aşağıdakı kimi və ya buna bənzər olan sitemap əldə edə bilərsiniz.

Sitemap-a yalnız indekslənməsi lazım olan vacib səhifələr daxil edilməlidir. robots.txt faylınızda bloklanmış və ya “noindex” ilə səhifələr faylın içində olmalı deyil.
Hər dəfə yeni məzmun əlavə etdikdə və ya mövcud səhifələri sildikdə sitemap-ı yeniləmək vacibdir.
Bu addım saytınızın indekslənə bilməsi, orqanik trafikin artması və texniki baxımdan optimallaşdırılmasının təmin edilməsi üçün əsasdır.
Google Search Console və Bing Webmaster Tools kimi platformalar vasitəsilə sitemap göndərmək texniki SEO baxımından vacib addımdır.
Məsələn, aşağıda əldə etdiyiniz sitemap-ı Seach Console-da necə əlavə etmək lazımdır, göstərilib.

3. Səhifə yükləmə sürətini artırın
Saytın yükləmə sürəti Google üçün birbaşa reytinq faktorudur. Gec yüklənən veb-sayt istifadəçiləri narahat edir. Bounce rate artır və konversiya dərəcəsi aşağı düşür.
Əksinə, sürətli sayt istifadəçini cəlb edir və daha çox orqanik trafik alır.
Sürəti artırmaq üçün şəkillərin sıxılması, brauzer keşləmə funksiyasının aktivləşdirilməsi, server cavab müddətinin azaldılması və lazımsız JavaScript-lərin yığışdırılması kimi addımları icra edə bilərsiniz.
Saytınızın sürətini analiz etmək üçün Google PageSpeed Insights kimi SEO alətləri sizin üçündür.

4. Responsivliyə fikir verin
Google artıq uzun müddətdir ki, cihazları əsas götürür. Saytınızı mobil versiya əsasında qiymətləndirir. Bu səbəbdən mobil cihazlarda zəif işləyən saytlar ciddi itkilər ilə üzləşə bilər.
Mobil uyğunluq üçün responsiv dizaynı qüsursuz etməlisiniz. Sayt bütün cihazların ekran ölçülərinə uyğun olmalıdır. Planşet, telefon, desktop fərqi olmadan hər cihazda yaxşı işləməlidir.
Misal üçün, yuxarıdakı və aşağıdakı iki analiz eyni səhifə üçündür. Birincisi, desktop üçün, ikincisi isə mobil versiya üçün olan nəticələrdir. Mobil versiya üçün kifayət qədər optimizasiya olunmalı işlər olduğunu görürük.

Mobil uyğun sayt həm istifadəçi rahatlığı, həm də dwell time, bounce rate və orqanik trafik kimi göstəricilər baxımından üstünlük qazandırır.
UI/UX Dizayn xidmətlərimiz sizə hər cihaz üçün uyğun olan dizaynlar təqdim edir.
5. Robots.txt faylınızı optimallaşdırın
robots.txt faylı axtarış sistemlərinə saytınızda hansı səhifələrin tarana və ya indekslənə biləcəyini göstərən texniki fayldır. Doğru konfiqurasiya olunmuş robots.txt faylı crawl büdcəsinin daha səmərəli istifadəsinə imkan verir. İstənilməyən səhifələrin indekslənməsinin qarşısını alır.
Bu fayl vasitəsilə admin səhifələri, daxili test səhifələri və ya təkrarlanan məzmunlar bloklana bilər.
robot.txt faylını sizinsaytiniz.com/robots.txt ünvanında öz saytınızı yazmaqla əldə edə bilərsiniz.
Açılacaq fayl təxmini aşağıdakı kimi görünəcək:

6. Saytınızın təhlükəsizliyini təmin edin
Sayt təhlükəsizliyi istifadəçilərin məlumatlarını qorumaq üçün vacibdir. Buna görə də axtarış sistemləri onu birbaşa reytinq faktoru olaraq qəbul edir. Google açıq şəkildə bildirib ki, HTTPS protokolu bir reytinq siqnalıdır.
Əgər saytınız hələ də HTTP istifadə edirsə, SSL sertifikatı quraşdıraraq onu HTTPS-ə keçirin. Daha sonra sayt daxilindəki bütün daxili keçidlərin və resursların (şəkillər, skriptlər və s.) də təhlükəsiz versiyaya yönəldiyindən əmin olun. HTTP-dən HTTPS-ə 301 yönləndirmələri də mütləq şəkildə tətbiq olunmalıdır ki, mövcud backlink dəyəri itirilməsin.

7. Schema markup istifadə edin
Schema markup bizim dilimizə tərcümədə strukturlaşdırılmış məlumatlar deməkdir. Sayt məzmununu axtarış sistemlərinə daha yaxşı izah etmək üçün istifadə olunan xüsusi kodlaşdırmadır.
Texniki SEO baxımından çox önəmlidir. Çünki Google sizin səhifənizin kontekstini daha dəqiq anlayır.
Schema əlavə etmək üçün Google Structured Data Markup Helper və ya Schema.org kimi resurslardan istifadə edə bilərsiniz. Əlavə etdikdən sonra isə Google Rich Results Test ilə test etməyi unutmayın. Schema istifadəsi birbaşa reytinqə təsir etməsə də, axtarış nəticələrində saytınızın daha cəlbedici görünməsinə şərait yaradır.

8. Daxili keçidlərdən istifadə edin
Daxili keçidlər yalnız sayt naviqasiyası üçün olduqca güclü vasitədir. Onlar axtarış sistemlərinə saytın strukturunu başa düşməkdə və səhifələr arasında əlaqə yaratmaqda kömək edir. Eyni zamanda istifadəçilərin saytda daha uzun müddət qalmasına imkan yaradır.
Məsələn, SEO-da açar sözlər haqqında bir bloq yazısından SEO strategiyası və ya kontent marketinq barədə səhifəyə keçid vermək istifadəçiyə əlaqəli olan digər səhifə haqqında məlumat verir.

Bundan başqa, həmin keçid vasitəsi ilə botlar da istinad olunan səhifəni yenidən oxuyur. Axtarış sistemlərinə həmin səhifənin vacib olduğunu göstərir.
Xüsusilə əsas səhifələrinizin (məsələn, xidmət səhifələri və ya əsas məqalələr) daha çox daxili keçid alması onların axtarış nəticələrində daha yüksək yer tutmasına kömək edir.
9. Qırıq səhifələri düzəldin
Saytınızda olan qırıq səhifələr SEO performansınıza mənfi təsir göstərir. Bu cür səhvlər istifadəçiləri narazı salır, crawl büdcəsini israf edir və saytın ümumi etibarını azaldır.
Qırıq səhifələri aşkar etmək üçün Screaming Frog, Ahrefs və ya Google Search Console kimi alətlərdən istifadə edin. Tapdıqdan sonra ya səhvi düzəldin, ya da həmin URL-ləri uyğun səhifəyə 301 yönləndirməsi ilə yönəldin.
Yadda saxlayın, saytınızda SEO səhvlərinin olmaması da strategiyanızın əsas hissəsinə çevrilməlidir.

Ən yaxşı texniki SEO alətləri
Effektiv texniki SEO üçün doğru alətləri istifadə etmək vacibdir. Sayt sürətini yoxlamaq, səhvləri tapmaq, indeksləmə və crawl məsələlərini təhlil etmək üçün bu alətlər sizə tam nəzarət imkanı verir. Hər biri fərqli ehtiyaclara xidmət edir və sayt optimallaşdırmasını daha sürətli və dəqiq aparmağa kömək edir.
Aşağıdakı cədvəldə bu sahədə ən çox istifadə olunan və faydalı texniki SEO alətlərini təqdim edirik.
Texniki SEO alətləri | Nə üçündür? |
Google Search Console | İndeksləmə vəziyyəti, səhvlər, performans hesabatları |
Google PageSpeed Insights | Core Web Vitals təhlili, sürət analizi |
Screaming Frog | Sayt auditi, qırıq linklər, yönləndirmələr, texniki analiz |
Semrush | Sayt auditi, açar söz tədqiqatı, strategiya qurulması |
Ahrefs | Backlink təhlili, sayt auditi, məzmun araşdırması |
GTmetrix | Səhifə sürəti analizi, performans göstəriciləri |
Nəticə
Texniki SEO bu sahədə nəticələrə birbaşa təsir edən vacib bir sahədir.
Arxitektura, sürət və təhlükəsizlik kimi əsas texniki elementlər düzgün qurulmadıqda keyfiyyətli məzmun belə axtarış nəticələrində görünmür.
Yuxarıda sadalanan tövsiyələri tətbiq edərək saytınızın arxa planını gücləndirə, istifadəçi təcrübəsini yaxşılaşdıra və orqanik trafikinizi artıraraq Google sıralamasında irəliləyə bilərsiniz.
Saytınız üçün texniki optimizasiyalar lazımdırsa, SEO xidmətlərimizdən və web development xidmətlərimizdən yararlana bilərsiniz.