Haqqımızda
Rəqəmsal ekosistemdə böyümək üçün
SEO və kontentin gücünə inanan marketinq agentliyi
Biz
Kimik?
Biz gənc, dinamik və innovativ Growth Marketinq agentliyiyik. Məqsədimiz markaların rəqəmsal ekosistemdə böyüməsinə və uğur qazanmasına dəstək olmaqdır. Data əsaslı yanaşma və yaradıcı düşüncə ilə brendlərin inkişafına yönəlmiş həllər təqdim edirik.
SEO xidməti, ödənişli reklamlar və kontent marketinq sahəsində ixtisaslaşmışıq. Əsas dəyərlərimiz davamlılıq, şəffaflıq və ölçülə bilən nəticələrdir. Müştərilərimizin uğurunu həm də öz uğurumuz sayırıq.


Nəyə
söz veririk?
Biz müştərilərimizə böyümək, inkişaf etmək və rəqəmsal dünyada daha güclü olmaq üçün dəstək olmağa söz veririk. Hər bir əməkdaşlıqda şəffaf ünsiyyət, dürüstlük və nəticəyə fokuslanan yanaşma təqdim edirik.
Buna görə də, hər strategiyanı data əsaslı qurur, müasir marketinq alətlərindən istifadə edirik. Daim öyrənmək, təkmilləşmək və sizə ən effektiv həlləri təqdim etmək əsas vədimizdir.
Hansı xidmətləri göstəririk?
SEO
Peşəkar SEO optimizasiyası ilə Google və digər axtarış motorlarında ön sıralarda yer almağınızı təmin edirik.
PPC
Məqsədinizə uyğun olaraq Google və sosial şəbəkələrdə ödənişli reklamlarla satışlarınızı artırmağa kömək edirik.
Kontent Marketinq
Auditoriyanızın ehtiyaclarını analiz edərək izləyicilərinizi müştəriyə çevirən kontenti yazıb-yaradırıq.
UI/UX Dizayn
Rəqiblərinizdən seçilmək və unikal imic yaratmaq üçün veb-dizayn konseptləri hazırlayırıq.
WordPress Development
WordPress üzərində biznesinizə üçün funksional, sürətli, responsiv, SEO yönümlü veb-sayt hazırlayırıq.
Brendinq
Loqo, rənglər, digər dizayn elementləri ilə brendinizi bazarda fərqləndiririk və vizual kimliyini formalaşdırırıq.
Hər şey 4 addımda başlayır
Hər şey
4 addımda başlayır
Müraciət
Bizimlə əlaqəyə keçərək ilkin informasiyaları və ehtiyacınız olan xidməti bizə bildirirsiniz və uyğun ən qısa vaxtda sizinlə onlayn görüş təyin edilir.
Müzakirə
Bir-birimizi tanıdğımız bu mərhələdə çətinlikləriniz, ehtiyaclarınız və məqsədləriniz haqqında ətraflı məlumat toplayırıq. Seçdiyiniz xidmətdən nələr gözlədiyinizi öyrənirik.
Analiz
İkinci mərhələdə bildirdiyiniz problemləri, gözləntiləri və seçilən xidməti nəzərə alaraq detallı analizə başlayırıq.
Plan
Analizin nəticəsi və hər iki tərəfin istəklərinin nəzərə alındığı yekun plan təqdim olunur. Burada sizə əməkdaşlıq müddətində planlanan proqram və gedişat izah olunur.