Yenilənmə tarixi: 22.07.2025

“İstifadə şərtləri” www.kontra.az saytının ziyarətçiləri və sayt üzərindən göstərilən xidmətləri alan müştəriləri əhatə edir. 

Aşağıda göstərilən maddələrin bəzi hissələrində Kontra.az-a istinadən “Sayt”, “Şirkətimiz” və “Biz” sözləri işlədilib.

1. Veb-saytdan istifadə

1.1. Kontra.az SEO, PPC, kontent marketinq, UI/UX dizayn, saytların hazırlanması və brendinq daxil olmaqla rəqəmsal marketinq xidmətləri və məzmunlar təqdim edir.

1.2. Bu sayt məzmunlarımız haqqında məlumat almaq və ya konsultasiya istəyi göndərmək istəyən fərdi və biznes istifadəçilər üçün nəzərdə tutulub.

2. Konsultasiya sorğuları və istifadəçi məlumatları

2.1. Veb-sayt üzərindən konsultasiya istəyi göndərərkən ad, soyad, e-poçt ünvanı, telefon nömrəsi və qeydlər kimi şəxsi məlumatlarınızı təqdim etməyiniz tələb olunur.

2.2. Bəhs olunan şəxsi məlumatların doğru olduğunu və könüllü şəkildə təqdim edildiyini təsdiqləyirsiniz.

2.3. Təqdim etdiyiniz bütün məlumatlar Məxfilik Siyasətimizə uyğun olaraq toplanır, saxlanılır və istifadə olunur.

3. Əqli mülkiyyət hüquqları

3.1. Saytımızda yerləşən bütün mətn, şəkil, qrafika, dizayn və digər məzmunlar Kontra.az-a məxsusdur və müəllif hüquqları qorunur.

3.2. Saytımızda olan heç bir məzmunu bizim yazılı icazəmiz olmadan biznes məqsədləri üçün kopyalamaq, yaymaq və ya dəyişdirmək olmaz.

4. Üçüncü tərəf xidmətləri

4.1. “Kontra” Google Analytics, Google Search Console və digər analitik xidmətlərdən istifadə edir. Bu xidmətlər öz məxfilik siyasətlərinə əsasən məlumat toplaya bilər.

4.2. Biz üçüncü tərəf saytların və ya xidmətlərin məzmunu və siyasətləri üçün məsuliyyət daşımırıq.

5. Məsuliyyətin məhdudlaşdırılması

5.1. Kontra.az qanunvericiliklə icazə verilən hallarda veb-saytdan istifadə ilə bağlı hər hansı dolayı, təsadüfi və ya nəticəvi zərərlərə görə məsuliyyət daşımır.

6. Şərtlərin dəyişdirilməsi

6.1. “İstifadə şərtlərini” istənilən vaxt dəyişdirmək və ya yeniləmək hüququnu özümüzdə saxlayırıq.

6.2. Dəyişikliklər bu səhifədə yerləşdiriləcək və “Yenilənmə tarixi” ilə qeyd olunacaq.

6.3. Dəyişikliklərdən sonra saytdan istifadəniz yeni şərtlərlə razı olduğunuz anlamına gəlir.

“İstifadə şərtlərimiz”mizlə bağlı hər cür sual və müraciətlərinizi bizimlə aşağıdakı əlaqə vasitələri ilə bölüşə bilərsiniz:

Sayt ünvanı: Kontra.az

E-poçt: info@kontra.az