Azərbaycan mərkəzli yeni futbol mediası olan “Handikap” üçün hazırladığımız brendinq həm idman mədəniyyətinə bağlı olmalı, həm də yerli media sahəsində fərq yaratmaq məqsədini vizual olaraq ifadə etməli idi.

Brendinq xidmətinin ilk iki həftəsi araşdırma mərhələsi ilə bağlıdır. Bir neçə variant arasından əsas götürdüyümüz bu variantda “Handikap” sözü, idmanda və xüsusilə mərc dünyasında rəqiblər arasındakı fərqi bildirən “handicap” anlayışından gəlir.
Yerli auditoriyaya daha uyğun olması üçün ad kiçik dəyişiklik edilərək “handikap” kimi yazıldı.
Bu da brendin əsas iddiasını əks etdirir: fərq yaratmaq.

Vizual kimlik “+” formasında 4 dairədən ibarət əsas simvol üzərində qurulub:

“Handikap”ın brendinqi yaşılın fərqli tonları üzərində qurulub. Rəng seçimi təsadüfi deyil.

Brendin vizual dilində istifadə olunan şriftlər, onun xarakterini və mesajını daha güclü şəkildə auditoriyaya çatdırmaq üçün xüsusi olaraq seçilib.
“Space Grotesk” modern və funksional “sans-serif” şriftidir. Bu şrift oxunaqlılığı yüksək səviyyədə qoruyaraq, müasir dizayn estetikası ilə brendin texnoloji və yenilikçi tərəfini əks etdirir. Bu şrift əsasən başlıqlar, informasiya bölmələri və əsas mətnlərdə istifadə olunur.

“Broadway” daha çox xarakter daşıyan, unikal görünüşlü və idman dünyasına uyğun güclü “sans-serif” şriftidir. Bu şrift əsasən vurğulu elementlərdə, kampaniya başlıqlarında və brendin emosional hissəsini ön plana çıxaran hissələrdə istifadə olunur.
