handikap brendinin loqosu

test project

Handikap
İdman Mediası
Brendinq

Azərbaycan mərkəzli yeni futbol mediası olan “Handikap” üçün hazırladığımız brendinq həm idman mədəniyyətinə bağlı olmalı, həm də yerli media sahəsində fərq yaratmaq məqsədini vizual olaraq ifadə etməli idi.

Handikap: Brendinq xidməti

Araşdırma və Neyminq

Brendinq xidmətinin ilk iki həftəsi araşdırma mərhələsi ilə bağlıdır. Bir neçə variant arasından əsas götürdüyümüz bu variantda “Handikap” sözü, idmanda və xüsusilə mərc dünyasında rəqiblər arasındakı fərqi bildirən “handicap” anlayışından gəlir. 

Yerli auditoriyaya daha uyğun olması üçün ad kiçik dəyişiklik edilərək “handikap” kimi yazıldı.

Bu da brendin əsas iddiasını əks etdirir: fərq yaratmaq.

"handikap" üçün neyminq işi

Konsept və məna

Vizual kimlik “+” formasında 4 dairədən ibarət əsas simvol üzərində qurulub:

  • 4 fərqli yaşıl tonu hər biri özündə fərqi simvolizə edir
  • Yaşıl rəng futbolda qələbə simvoludur
"handikap" üçün göstərilmiş brendinq xidməti əsasında təyin olunmuş konsept

Rəng Palitrası

“Handikap”ın brendinqi yaşılın fərqli tonları üzərində qurulub. Rəng seçimi təsadüfi deyil.

  • Yaşıl rəng futbolun əsas simvolik rənglərindən biridir. Meydanın rəngi olduğu üçün bu rəng idmanla və futbol mədəniyyəti ilə instinktiv olaraq assosiasiya olunur.
  • Yaşıl həm də qələbə, inkişaf və pozitivlik mənalarını daşıyır. Bu isə brendin iddialı və dinamik mövqeyini dəstəkləyir.
  • Son olaraq isə 4 fərqli rəng tonundan istifadə olunması “fərq”i bildirir.
"Handikap" brendinq xidməti üçün təyin edilmiş rəng palitrası

Tipoqrafiya

Brendin vizual dilində istifadə olunan şriftlər, onun xarakterini və mesajını daha güclü şəkildə auditoriyaya çatdırmaq üçün xüsusi olaraq seçilib. 

1. Əsas Şrift: Space Grotesk

Space Grotesk”  modern və funksional “sans-serif” şriftidir. Bu şrift oxunaqlılığı yüksək səviyyədə qoruyaraq, müasir dizayn estetikası ilə brendin texnoloji və yenilikçi tərəfini əks etdirir. Bu şrift əsasən başlıqlar, informasiya bölmələri və əsas mətnlərdə istifadə olunur.

  • Minimalist və balanslı dizayn
  • Web və mobil mühit üçün yüksək uyğunluq
  • Yerli əlifba dəstəyi (ə, ö, ı, ğ, ş, ç və s.)
"Handikap" layihəsi üçün əsas tipoqrafiya

2. İkinci Şrift: Broday

“Broadway”  daha çox xarakter daşıyan, unikal görünüşlü və idman dünyasına uyğun güclü “sans-serif” şriftidir. Bu şrift əsasən vurğulu elementlərdə, kampaniya başlıqlarında və brendin emosional hissəsini ön plana çıxaran hissələrdə istifadə olunur.

  • Qalın və özünəinamlı görünüş
  • Ənənəvi idman tipində afişa estetikasına yaxın
"Handikap" layihəsi üçün ikinci dərəcəli tipoqrafiya

In this article

Digər nəticələr

Birlikdə daha yaxşı nəticələrə!

Birlikdə daha yaxşı
nəticələrə!

Our services you are interested in: