Brendinq xidməti sizə öz sahənizdə seçilmək, tanınmaq və yadda qalmaq imkanı verən vizual elementləri bir araya gətiririk: loqo, rəng, şrift, mesaj tonu və daha çoxu.
Əgər brendinizin fərqlənməsini, hiss edilməsini və seçilməsini istəyirsinizsə, buna görə buradayıq.
Brendinq xidməti sürətli və rəqabətli dünyada fərqlənməyə sizə kömək edən ən güclü vasitələrdən biridir.
Bəs bu xidmətin mənası nədir və bizneslərin uğuruna necə təsir edir?
Bu yazıda brendinqin əsas anlayışlarını, marketinq ilə müqayisəsini, niyə hərtərəfli bir brendinq strategiyasının vacib olduğunu öyrənəcəksiniz.
Brend dedikdə çox vaxt “Nike”ın məşhur loqosu və ya “McDonald’s”ın qızıl tağları ağlınıza gələ bilər.
Ancaq brend sadəcə bir ad, loqo və ya şüardan ibarət deyil.
Brend müştərilərin bir şirkətlə qarşılıqlı əlaqə zamanı hiss etdiyi duyğular, qarşılıqlı əlaqə və təsəvvürləri özündə cəmləyir.
Brendinqin necə işlədiyini başa düşmək üçün onun əsas elementlərini nəzərdən keçirmək vacibdir. Bu komponentlər birlikdə hədəf auditoriyanıza təsir edən və yadda qalan bir brend yaradır. Markanıza möhkəm təməl qurmaq üçün bir neçə vacib element var.
Brend məqsədi şirkətin mövcudluğunun əsas səbəbidir. Düzdür, əksər şirkətlər gəlir əldə etmək üçün mövcuddur, lakin markanız başqa nəyə nail olmaq istəyir?
Bu missiyanızı, dəyərlərinizi və unikal satış təklifinizi (USP) müəyyən etməyi əhatə edir. Yaxşı qurulmuş bir strategiya brendinizin bütün səylərinin biznes məqsədlərinizlə uyğun olmasını təmin edir.
“Airbnb”ni misal götürək. Şirkətin brend strategiyası turistlər üçün unikal təcrübə yaşatmaq konsepsiyası üzərində qurulub. Onların təqdim etdiyi istifadəçi təcrübəsi, müştəri xidmətləri və digər təklifləri əsas ideya ilə tam uyğunlaşır. Buna görə də turistlər arasında kifayət qədər bu markaya güvənən kütlə mövcuddur.
Bu brendinizin vizual olaraq cəlbedici və tanınan olmasını təmin edən nüanslardan ibarətdir:
Brendin auditoriya ilə necə ünsiyyət qurduğunu müəyyən edən tərz və dildir. Bura brendin özünü necə ifadə etdiyi və müştərilərə hansı mesajları çatdırdığı daxildir.
Brend səsi dostcasına, rəsmi, ilhamverici və ya qətiyyətli ola bilər. Şüarlar, “jingle” və sloqanlar bu ünsiyyətin əsas hissəsidir və brendin əsas dəyərlərini yığcam şəkildə çatdırmağa kömək edir.
Məsələn, TV-də “Doğma çay” şüarını eşitdikdə ağlınıza “Azərçay” gəlir.
Brendinq və marketinq bir-biri ilə sıx bağlı olsa da, fərqli funksiyalara xidmət edir. Onların necə bir-birini tamamladığını başa düşmək biznesinizin təsirini maksimuma çatdırmağa kömək edə bilər.
Brendinq bütün marketinq işləri üçün zəmin yaradır. O şirkətinizin kimliyini, dəyərlərini və necə qəbul edilməsini istədiyinizi müəyyən edir. Marketinq isə bu brendi hədəf auditoriyaya tanıtmaq üçün istifadə olunan strategiya və taktikaları əhatə edir.
Güclü brend üçün marketinq gedişləri daha effektiv edir.
Brendinq aydın, yaradıcı və güclü olduqda, marketinq kampaniyalarınız daha təsirli olur. Auditoriyanızla daha yaxşı əlaqə yaradır.
Deyək ki, eyni marketinq büdcəsi ilə eyni auditoriyaya, eyni kontentlə reklam veririk. Bazarda artıq markaya çevrilmiş biznes üçün nəticələr daha yaxşı olacaq, daha çox geridönüş alacaqlar. Ancaq digər tərəfdə eyni şərtlərlə reklam kampaniyası təşkil edən şirkət az geridönüş alacaq. Aradakı fərqi brendin gücü müəyyənləşdirir. Ona görə ki, insanlar daim eşitdiyi, yaxşı geridönüşlər aldığı bizneslərə daha çox güvənir.
Başqa bir real nümunədə isə yenidən “Apple”ın marketinq strategiyasına nəzər salaq. “Apple”ın brendinqi innovasiya, sadəlik və yüksək keyfiyyət dəyərləri üzərində qurulub. Hər bir marketinq kampaniyası bu dəyərləri vurğulayır və möhkəmləndirir. Nəticədə loyal müştərilər cəlb olunur.
Son olaraq isə başqa sektordan nümunə gətirək. “Red Bull”da marketinq strategiyası ekstremal idmanlar və macəra ətrafında qurulub. Bu da brendin enerji içkisi imici ilə tam uyğunlaşır. Onlar müxtəlif adrenalin dolu sponsorluq edərək, eyni zamanda idmançılarla əməkdaşlıq edərək brend və marketinqi ideal kombinasiya edirlər.
Güclü brendinq birdən-birə yaranmır. Bazarda fərqlənmək üçün strateji və düşünülmüş bir yanaşma vacibdir. Brendinq prosesinə nəzər salaq:
Birinci addım tədqiqat və təhlildir. Brendi inkişaf etdirməzdən əvvəl bazarı, rəqibləri və hədəf auditoriyanı dərindən anlamaq vacibdir. Bu mərhələdə sektorunuzda nələrin baş verdiyini, müştərilərin nəyə üstünlük verdiyini araşdırmaq lazımdır. Eyni zamanda, rəqiblərinizin nələri yaxşı etdiyini və sizin onlardan hansı sahədə fərqlənə biləcəyinizi müəyyənləşdirirsiniz. Hədəf auditoriyanızın kim olduğunu, nə istədiyini və nələrlə maraqlandığını dərk etmək bu mərhələnin əsas məqsədidir.
İkinci addım brend strategiyasının hazırlanmasıdır. Brendin məqsədi, istiqaməti və dəyərləri aydın şəkildə müəyyənləşdirilməlidir. Güclü bir strategiya sizi tanıdacaq və müştərilərlə necə əlaqə quracağınızı göstərəcək. Bu mərhələdə brendin bazarda necə seçildiyi, rəqiblərdən fərqi, müştərilərə nə kimi dəyərlər və faydalar təqdim etdiyi kimi suallara cavab tapılır. Eyni zamanda, brendin hansı tonda danışdığı – rəsmi, dostyana, enerjili və ya peşəkar üslubda – aydınlaşdırılır.
Üçüncü addım brend kimliyinin dizaynıdır. İnsanlar brendlə ilk dəfə vizual görüntü vasitəsilə tanış olurlar. Buna görə də, vizual üslub brendin xarakterini əks etdirən güclü və yadda qalan bir sistem yaratmalıdır. Loqo brendin mahiyyətini vizual formada çatdırır və tanınmasını asanlaşdırır. Rəng seçimi emosional bağ qurmağa kömək edir, çünki hər rəng fərqli hisslər oyadır. Tipoqrafiya isə brendin danışıq tonunu tamamlayan vacib element olaraq üslubu daha aydın göstərir.
Dördüncü addım brend mesajlarının hazırlanmasıdır. Bu mərhələdə əsas məqsəd brendin auditoriya ilə necə danışacağını müəyyənləşdirməkdir. Brendin səsi və mesajları müxtəlif platformalarda ardıcıl və tanınan bir ünsiyyət forması yaratmalıdır. Qısa və təsirli ifadələr, yeni sloqanlar brendin əsas ideyasını yadda qalan şəkildə çatdırmağa xidmət edir.
Beşinci və sonuncu addım tətbiq və ardıcıllıqdır. Brendin vizual və məzmun elementləri hazır olduqdan sonra onları istifadə etmək vaxtıdır. Veb-saytdan tutmuş sosial media və reklam materiallarınadək bütün nöqtələrdə eyni tərz və üslubdan istifadə olunmalıdır. Hər yerdə eyni görünmək brendin tanınmasına və yadda qalmasına kömək edir, həm də müştərilərdə etibar yaradır.
Brendinq sadəcə loqo və ya şüar deyil; o, auditoriyanızla emosional əlaqə yaratmaq haqqındadır. Brendinqin elementlərini və prosesini başa düşməklə, şirkətlər bazarda strateji mövqeyə sahib ola, güvən qazana və müştəri sadiqliyini təmin edə bilərlər.
Güclü bir brend qurmaq bütün gələcək marketinq səyləri üçün əsas yaradır. Marketinq satış və əlaqə yaradırsa, brendinq xidməti şirkətinizin yadda qalmasını və hörmət qazanmasını təmin edir. Brendinizi inkişaf etdirərkən qərarların uzunmüddətli təsirlərini düşünün və daim müasir və uyğun qalmaq üçün inkişaf etməkdən çəkinməyin.
Əgər ehtiyacınız olan brendinq xidmətini axtarırsınızsa, bizimlə əlaqə yarada bilərsiniz.
Brendinq bir şirkətin vizual olaraq formalaşdıran elementləri əhatə edən anlayışdır. Buna loqo, rənglər, fontlar, sloqan və s. daxildir.
Brendinq biznesin rəqiblər arasında fərqlənməsini təmin edir. Güclü brend auditoriyada güvən formalaşdırır . Bu həm onlayn, həm də fiziki mühitdə peşəkar görünmək üçün əsas şərtdir.
Brendinq xidmətlərimizə loqo dizaynı, rəng və şrift seçimi, sloqan, brand guidelines daxildir.
Prosesin müddəti layihənin ölçüsünə və tələblərinə görə dəyişir. Sadə layihələr 2–3 həftə çəkir. Daha əhatəli brend strategiyası və dizayn prosesi isə 4–6 həftə və ya daha çox vaxt tələb edə bilər. Biz prosesi mərhələli şəkildə və müştəri ilə sıx əməkdaşlıq şəklində həyata keçiririk.
Bəli. Brendinq prosesi çərçivəsində sizə lazım ola biləcək kopiraytinq işlərini görürük.
Qiymət layihənin həcmi, təqdim olunan xidmətlər və dizayn səviyyəsindən asılı olaraq dəyişir. Sadə brend kimliyi paketləri daha münasib qiymətlərlə təqdim olunur, geniş strategiyalı layihələr üçün isə fərdi təklif hazırlanır.