Kontent Marketinq Xidməti

Kontent marketinq xidməti ilə istifadəçiləri cəlb edən, axtarış sistemlərində mövqeyinizi yüksəldən və brendinizə dəyər qazandıran məzmunu hazırlayırıq.

Məzmun marketinq xidmətlərimizə SEO, PPC və brendinq üçün kopiraytinq və kontent audit xidməti daxildir.

Mavi fonda köhnə yaşıl yazı makinası
Kontent marketinqinə daxil olan xidmətlər: SEO, strategiya, brendinq, reklam kampaniyaları, email kampaniyaları və veb-sayt məzmunu

Kontent marketinq xidməti nədir?

Kontent marketinq xidməti müəyyən bir auditoriyanı cəlb etmək üçün dəyərli, uyğun, davamlı məzmun yaratmaq və yayımlamaqdan ibarət olan strateji yanaşmadır.

Yenidən diqqət edək: dəyərli, uyğun və davamlı.

Əgər bu üç nüans olmasa, məzmun marketinqinin çox faydası olmayacaq. Çünki dəyərsiz, sıradan kontent hər yerdə var. Uyğun olmayan məzmun ilə də təbii ki, heç kəs maraqlanmayacaq. Son olaraq isə davamlılıq qorunmasa, ardıcıl olaraq kontent yaratmasanız, alqoritm sizi önə çıxarmayacaq.

Bu kontent adının olduğu hər yerdə belədir. İstər “Youtube”, istər “Instagram”, istərsə də SEO.

Ənənəvi üsullardan fərqli olaraq hazırda məzmun marketinqi məhsulları, xidmətləri birbaşa reklam etmək əvəzinə problemləri həll edir, maarifləndirir və ya əyləndirir.

Bu yazıda biz kontent marketinq xidməti haqqında bir çox detallara nəzər salacayıq. 

Kontent marketinq niyə bu qədər vacibdir?

Demand Metric tərəfindən aparılan bir araşdırmaya görə, kontent marketinq ənənəvi üsullarla edilən marketinqdən 3 dəfə çox effektivdir və 62% daha ucuz başa gəlir.

Bəlkə də, kontent marketinqinin nə olmasından daha çox, niyə bu qədər vacib olmasını anlamaq daha üstündür.

Gəlin, gündəlik həyat tərzimizə nəzər salaq. Cavabı tapmağa çalışaq.

  1. Səhər oyanıb ilk olaraq telefonumuza, milyonlarla məzmun olan qara qutuya baxırıq. Bildiriş panelində sosial media bildirişləri, sponsorlu reklamlar görürük. Hər biri müxtəlif şirkətlərin yaratdığı məzmundur.
  2. İşə, ya da dərsə gedərkən hər kəs şəxsi maşınında, taksidə, ya da avtobusda audio kontentlə qarşılaşır: bu radio, podkast, səsli elanlar ola bilər. Yoldakı bilbordlar və avtobus dayanacaqlarındakı posterlər də diqqəti cəlb edir.
  3. İşdə kompüterinizi açırsınız və email qutunuzda məhsul və ya xidmətlər barədə reklam mailləri ilə qarşılaşırsınız.
  4. Nahar zamanı restorana gedərkən yolda QR kodlarla marketinq kampaniyalarına yönəldən afişaları, küçə reklamlarını görürsünüz.
  5. Evə qayıdarkən “Spotify”da sevdiyiniz podkastı və ya “Youtube”dan yüklədiyiniz videonu açırıq. Yenə də səsli və ya video formatında yaradılmış məzmuna rast gəlirik. Podkast xoşlamayanlar isə, yəqin ki, ya hansısa xəbəri, ya da bloqu oxuyur. Elə indi sizin etdiyiniz kimi.
  6. Axşam istirahəti müxtəlif olsa da, böyük ehtimal ki, yenə də müxtəlif məzmuna məruz qalacaqsınız. TV-də gedən serial, futbol, ya da başqa hansısa məşğuliyyət.
  7. Yatağa uzanan zaman yenə də sosial mediada “surf” edərək tonlarla informasiya qəbul edəcəksiniz. “Intagram”, “TikTok”, “YouTube” kimi platformalarda cəmi 5 dəqiqə ərzində onlarla fərqli məzmuna sahib olan videolar görəcəksiniz.

Nəticə olaraq, normal bir insan 7-8 saat yuxusunu çıxmaq şərti ilə günün hər saatında bir-birindən formatına və platformasına görə fərqlənən minlərlə məzmuna məruz qalır. 

Böyük ehtimalla, kontent marketinqinin niyə bu qədər vacib olduğunu anladınız. Gün ərzində minlərlə informasiya qəbul edəndə, avtomatik olaraq ən dəyərli, uyğun, yaxud fərqli informasiyalar ağlımızın bir ucunda qalır.

Qısaca, məzmun marketinqinin tələblərinə cavab verən məzmunlar bizə daha maraqlı gəlir.

Kontent marketinqinin əsas prinsipləri

Effektiv kontent marketinq xidməti, sadəcə məqalələr hazırlamaqdan ibarət deyil. Bu xidmət auditoriyanı cəlb etmək və saxlamaq üçün uzunmüddətli, məqsədyönlü yanaşmadır. 

Yaxşı nəticə verən məzmun strategiyası isə üç əsas prinsipə dayanır: dəyər, uyğunluq və davamlılıq.

Kontent marketinq xidməti üçün əsas prinsiplər: Dəyər, Uyğunluq, Davamlılıq

İlk prinsip dəyərdir. İstifadəçi üçün real fayda təqdim etməyən heç bir məzmun nəticə gətirmir. Hər bir yazı, video və ya səhifə konkret ehtiyac və suallara cavab verməlidir. Yəni məzmun, oxucunun nə üçün kliklədiyini və nə əldə etmək istədiyini başa düşməli və buna uyğun dəyər yaratmalıdır.

İkinci əsas prinsip uyğunluqdur. Hədəf auditoriyaya uyğun olmayan məzmun həm axtarış motorları, həm də istifadəçilər tərəfindən nəzərə alınmır. İstifadəçinin niyyəti nəzərə alınmalı və kontent buna uyğun formalaşdırılmalıdır. 

Üçüncü prinsip disiplin və davamlılıqdır. Kontent marketinqi uzunmüddətli və sistemli bir prosesdir. Xüsusən, SEO üçün belədir. Davamlı olaraq yeni məzmunun yaradılması, mövcudların yenilənməsi və nəticələrin analiz olunması zəruridir. Rəqəmsal marketinq və istifadəçi davranışları daim dəyişdiyi üçün məzmun da bu dəyişikliklərə uyğun olaraq inkişaf etməlidir. Kontent marketinq xidmətləri yalnız davamlılıq prinsipi ilə nəticə verə bilər.

Məzmun marketinqinin növləri və formatları

Ətrafımızda onlarla platformalar var. Məsələn, “Youtube” “Google”, “Tiktok”, “Reddit” və s.

Onların hər birinin fərqli kütləsi, tələb olunan davranışları və tələb etdiyi kontent növü var.

Ona görə də, kontentin növlərini bilmək olduqca vacibdir.

Kontent Marketinqin növləri

Yazılı məzmun

Yazılı kontent kontent marketinqinin əsasını təşkil edir və SEO xidməti  üçün ən güclü alətlərdən biridir. Bloq yazıları, məhsul təsvirləri, sayt məzmunları və press-relizlər markanın nə etdiyini və necə dəyər təqdim etdiyini izah etməyə imkan verir. 

Eyni zamanda e-poçt kampaniyaları və elektron kitablar, sosial media postları da yazılı məzmuna daxildir.

Video məzmun

Vizual kontentlərin gücü danılmazdır. Tanıtım videoları, təlim və izah materialları, animasiya formatları və canlı yayımlar istifadəçilərlə daha sürətli və emosional əlaqə qurmağa imkan verir. Qısa formatlı sosial media videoları isə diqqəti cəlb etmək və mesajı qısa zamanda çatdırmaq üçün çox effektivdir. 

Sosial məzmun

İnteraktivlik və qarşılıqlı əlaqə bu gün istifadəçilərin əsas gözləntisidir. Quizlər, sorğular və səsvermələr auditoriyanın diqqətini cəlb etməklə yanaşı, məlumat toplamaq və istifadəçi davranışlarını başa düşmək üçün əvəzolunmaz vasitədir. Sosial məzmun istifadəçini passiv izləyicidən aktiv iştirakçıya çevirir.

Audio məzmun

Podkastlar, vebinarlar və müsahibələr kimi audio formatlı məzmunlar, xüsusilə vaxtı məhdud və hərəkətdə olan auditoriya üçün ideal seçimdir. Bu məzmunlar dərin və uzunmüddətli diqqət tələb edən mövzuları dinləyici ilə paylaşmaq üçün geniş imkanlar yaradır.

Kontent marketinqdə uğurlu olmaq üçün nə etmək lazımdır?

Başlamağa hazırsınız? Getdik!

1. Hədəf auditoriyanızı müəyyənləşdirin

Məzmun marketinqi yalnız düzgün müştəri cəlb etdikdə işləyir. Auditoriyanızın kim olduğunu anlamaq kontentləri, müraciət növünü formalaşdıracaq.

Əks halda, aşağı konversiya nisbətlərinə sahib olacaqsınız. Yaxud da xidmətinizlə yaxından-uzaqdan əlaqəli olmayan hədəf kütləyə xitab edəcəksiniz.

İdeal hədəf kütlənizi müəyyən etmək üçün özünüzə bu sualları verin:

  • Məhsulu və ya xidməti alan şəxslər kimlərdir? Hansı yaş, cins qrupundandır?
  • Hədəf kütləniz hansı media platformalarında daha çox vaxt keçirir? (Facebook, Instagram, LinkedIn, YouTube və s.)
  • Bu profilə malik olan şəxslər məzmunda nə görmək istəyirlər?
  • Bu insanlar hansı ağrı nöqtələrini həll etmək üçün bizi seçir? Bu problemlər kimlərin həyatına təsir edir?
  • Hədəf kütlənizin əsas gəlir mənbəyi və gəlir səviyyəsi necədir?

2. Aydın və ölçülə bilən məqsədlər qoyun

Aydın və ölçülə bilən məqsədlər kontent marketinqinin səmərəli olmasını təmin edən təməl daşlarıdır.

Məqsədlər sizə fəaliyyətinizi izləmək, irəliləyişi qiymətləndirmək və nəticələrinizin effektivliyini artırmaq imkanı verir. Bu məqsədlərin konkret olması marketinq strategiyanızın fokusunu müəyyənləşdirir, resursların düzgün istifadəsinə və uğurlu nəticələr əldə etməyə kömək edir.

Rəqəmsal marketinqin hər bir sahəsində oluğu kimi məzmun marketinqi üçün aydın və ölçülə bilən məqsədlər qoyarkən SMART modelindən istifadə edə bilərsiniz. Bu model məqsədlərin müəyyənləşdirilməsində ən təsirli üsullardan biridir:

Kontent Marketinq Xidmətində SMART modeli
  1. Specific (Dəqiq): Məqsədləriniz konkret və açıq olmalıdır. Məsələn, “Saytımıza daha çox trafik çəkmək istəyirik” kimi ümumi bir ifadə əvəzinə, “Aylıq sayt trafiki 20% artırmaq” deyə dəqiq bir məqsəd müəyyənləşdirmək lazımdır.

  2. Measurable (Ölçülə bilən): Nəticələri qiymətləndirmək üçün məqsədləriniz ölçülə bilən olmalıdır. Ölçülə bilən məqsədlər müvəffəqiyyətinizi dəqiq rəqəmlərlə müəyyən etməyə kömək edir, məsələn, “E-poçt abunəçilərinin sayını 500 nəfər artırmaq.”

  3. Achievable (Əldə oluna Bilən): Məqsədlər ütopik yox, real olmalıdır. Resurslarınızı və mövcud imkanlarınızı nəzərə alaraq plan qurmaq vacibdir. Çox yüksək məqsədlər motivasiyanı azaltmaq riskini daşıyır, amma çox asan məqsədlər də uğurlu inkişafı məhdudlaşdıra bilər.

     

  4. Relevant (Əlaqəli): Məqsədlər və yaratdığınız kontent ümumi marketinq strategiyanız və biznes məqsədlərinizlə uyğun olmalıdır. Hədəfləriniz biznesinizin inkişafına təsir etməli və marka dəyərinizi artırmalıdır.

  5. Time-bound (Vaxta bağlı): Hər bir məqsədin icrası üçün müəyyən zaman çərçivəsi olmalıdır. Məsələn, sizin aylıq, həftəlik və ya illik məqsədləriniz olmalıdır ki, period sonunda alınan nəticələri ölçə biləsiniz.

3. Mövzunu araşdırın və orijinal kontentinizi yaradın

Keyfiyyətli və maraqlı kontent yaratmaq üçün mövzunu dərindən araşdırmaq vacibdir. Araşdırma prosesi kontentinizi daha peşəkar və məlumatlı edir. 

Rəqibləri araşdırın. Eyni mövzuda rəqiblərin nə etdiyini nəzərdən keçirin. Onların verdiyi boşluqları müəyyənləşdirin və sizin necə fərqlənə biləcəyinizi düşünün.

4. Məzmunu uyğun kanallarda paylaşın

Hər kanalın öz tələblərinə uyğun məzmun formatı tələb edir. Məsələn, bir blog yazısını qısaldaraq sosial media postuna, ya da vacib məqamları seçərək bir infoqrafikaya çevirmək olar.

“YouTube” üçün hazırladığınız video məzmunu  “TikTok”, ya da “Instagram” üçün daha qısa və dinamik bir versiyaya çevirə bilərsiniz.

5. Performansınızı ölçün və optimallaşdırın

Məzmunun performansını qiymətləndirmək üçün analitika vasitələrindən istifadə edin. Hər platformada məzmunun necə qarşılandığını təhlil edin. “Google Analytics”, “Facebook Insights”, və ya “YouTube Analytics” vasitəsilə kontentin necə işlədiyini öyrənə bilərsiniz.

Əldə etdiyiniz nəticələr əsasında strateji dəyişikliklər edin. Hansı məzmunun daha çox bəyənildiyini, şərh aldığını və ya paylaşıldığını müəyyənləşdirin. Bu, gələcəkdə daha yaxşı məzmun hazırlamağa və kanallarınızı effektiv idarə etməyə kömək edəcək.

6. Davamlı olaraq edin

İstənilən uğurlu kontent yaradıcılarını nəzərdən keçirin. Bu məşhur “Youtuber”, “Tiktoker”, ya da ciddi bir bloq yazarı ola bilər. Məzmunun növündən, audiyoriyasından asılı olmayaraq ortaq bir məqam var: hər bir işini uzun müddətdir davamlı olaraq görür. 

Məzmun marketinqində uğur birdən-birə gəlmir. Bu proses zaman və səbr tələb edir. Nə qədər mükəmməl bir kontent yaratsanız da, onu mütəmadi olaraq dərc etmədikcə, hədəf kütlənizlə əlaqə qurmaq çətin olacaq.

Bizim kontent marketinq xidmətlərimiz

Agentliyimizdə biz heç vaxt standart paketlər təklif etmirik. 

Əvəzində, sizin məqsədlərinizə uyğunlaşdırılmış, hədəf auditoriyanızın ehtiyaclarını qarşılayan və brendinizin rəqəmsal performansını yüksəltmək üçün hazırlanmış fərdi kontent marketinq xidmətləri təqdim edirik. 

Aşağıda sizə təqdim etdiyimiz xidmətlərə daha yaxından tanış ola bilərsiniz.

SEO üçün kontent mareketinq

Bizim kontent marketinq xidməti çərçivəsində təqdim etdiyimiz SEO yönümlü strategiya markanızın axtarış motorlarında davamlı və orqanik olaraq görünən olmasını təmin edir. 

Açar söz araşdırması, auditoriyanın niyyətini anlamaq, mövzuları müəyyənləşdirmək, məzmunu yazmaq və optimallaşdırmaq bu xidmətə daxildir.

Xidmətin ilk mərhələsində sizə uyğun açar sözlər və məzmun kateqoriyaları müəyyən olunur.

Daha sonra bu məlumatlar əsasında strateji məzmun planlaması hazırlanır. Bu plan yalnız “nə yazmalıyıq?” sualına deyil, həm də “niyə yazmalıyıq?”, “kim üçün yazmalıyıq?” və “harada yazmalıyıq?” suallarına cavab verir.

Hazırlanan məqalələr, səhifələr və məzmunlar on-page SEO standartlarına tam uyğun şəkildə tərtib olunur. Bura doğru başlıq strukturu, meta description, alt mətnlərdə açar sözlərin istifadəsi və daxili link strategiyası daxildir. 

Bütün yazılar həm axtarış motorları üçün optimallaşdırılır, həm də oxucu üçün oxunaqlı və faydalı olur.

Lakin iş bununla bitmir. Məzmun yayımlandıqdan sonra onun nəticələri izlənilir. Bu nəticələr KPI göstəriciləri, SERP performansı və trafik analizləri üzərindən dəyərləndirilir. 

Əldə olunan nəticələr əsasında məzmun yenilənir, təkmilləşdirilir və daim inkişaf etdirilir.

PPC üçün kontent marketinq

Əgər istifadəçi reklamınıza kliklədikdən sonra əlaqəsiz və zəif məzmunla qarşılaşırsa, həmin klik itirilmiş fürsətə çevrilir. Bizim ödənişli reklam kampaniyaları üçün kontent xidmətimiz bu boşluğu doldurmaq və reklam xərclərinizin hər qəpiyindən maksimum gəlir əldə etməyiniz üçün hazırlanıb.

Bu xidmət çərçivəsində ilk növbədə PPC strategiyanızın məqsədləri analiz olunur. Hədəf açar sözlər, reklam qrupları, istifadəçi niyyətləri və kampaniya strukturu nəzərə alınaraq məzmun planı qurulur. 

Əlavə olaraq, yaradılan məzmunlar A/B testləri vasitəsilə davamlı şəkildə sınaqdan keçirilir. Bu testlər nəticəsində daha yüksək performans göstərən versiyalar müəyyən edilir və gələcək kampaniyalar buna uyğun təkmilləşdirilir.

Brendinq üçün kopiraytinq

Brend vizual kimlikdən daha artıqdır. Bizim brendinq yönümlü kopiraytinq xidmətimiz markanızın kimliyini ortaya qoymaq və auditoriyanıza dəyərli, orijinal mesaj çatdırmaq üçün nəzərdə tutulub.

Kopiraytinq xidmətimizə neyminq, sloqan və briflərin yazılması daxildir.

Kontent marketinq auditi

Yeni məzmun yaratmaq vacibdir. Lakin çox vaxt əlinizdə olan məzmunun düzgün şəkildə təhlil edilməsi və təkmilləşdirilməsi daha sürətli və daha səmərəli nəticələr verir. 

Ona görə ki, bəzən audit xidməti ilə ROIkonversiya nisbəti kimi KPI-ları maksimallaşdırmaq mümkün olur. 

Kontent audit xidmətimiz artıq yayımlanmış məzmunların performansını qiymətləndirmək, zəif nöqtələri müəyyənləşdirmək üçün hazırlanmışdır.

Audit prosesi zamanı saytınızdakı bütün mövcud məzmunlar texniki, məzmun və performans baxımından analiz olunur. Hansı səhifələrin trafik gətirdiyini, hansı mövzularda rəqiblərin üstün olduğunu və hansı yazıların aktuallığını itirdiyini müəyyən edirik.  

Bu təhlilin nəticəsində hər məzmun vahidi üçün konkret tövsiyələr hazırlanır. Zəif performans göstərən yazılar yenidən yazılır və ya silinir. 

Niyə kontent marketinq xidmətləri almalısınız?

İlk və ən vacib səbəb nəticəyə fokuslanmaqdır. Təcrübəli bir komandanın hazırladığı məzmunlar orqanik trafik gətirmək, konversiya faizini artırmaq, istifadəçini hərəkətə keçirmək və nəticədə real ROI yaratmaq üçün yazılır. 

Bu məzmunlar həm auditoriyanı cəlb edir, həm də onları müştəriyə çevirir.

İkincisi, zaman və resurs baxımından effektivlikdir. Keyfiyyətli məzmun yaratmaq vaxt, təcrübə və resurs tələb edir. Öz komandası ilə bunu davamlı şəkildə təmin edə bilməyən şirkətlər üçün proses ya yavaşlayır, ya da keyfiyyətsiz icra olunur. Peşəkar kontent marketinq agentliyi isə bu yükü sizin üzərinizdən götürür.

Üçüncü əsas məqam strategiyadır. Tək bloq yazısı və ya təsadüfi sosial media paylaşımı ilə nəticə əldə etmək mümkün deyil. Uğurlu nəticə ancaq planlı, təhlilə əsaslanan və davamlı bir sistemlə mümkündür. Təcrübəli SEO mütəxəssisləri kopirayterlər və rəqəmsal marketinq ekspertləri birlikdə çalışaraq sizin üçün bu sistemin qurulmasını və idarəsini təmin edirlər.

Eyni zamanda, doğru kontent sizi rəqiblərinizdən fərqləndirir. Sizinlə eyni məhsulu satan, eyni qiymətlə çıxış edən onlarla şirkət ola bilər. Amma sizin necə danışdığınız, necə düşündüyünüz və hansı dəyərləri təqdim etdiyiniz sizi fərqli və yadda qalan edər. Bu isə ancaq güclü və brend yönümlü məzmun marketinqi ilə mümkündür.

Sonda isə ölçülə bilən nəticələr dayanır. Peşəkar kontent xidməti ilə siz hansı məqalənin nə qədər trafik gətirdiyini, hansı səhifənin neçə konversiya yaratdığını və hansı açar sözlərlə sıralamaya girdiyinizi dəqiq şəkildə izləyə bilərsiniz. Bu şəffaflıq və hesabatlılıq, strategiyanızın daim təkmilləşdirilməsini təmin edir.

Nəticə

Rəqəmsal uğurun təməlində planlı, davamlı və məqsədyönlü məzmun dayanır. 

Kontent marketinq xidmətimiz markanızın orqanik trafik əldə etməsi və konversiya göstəricilərini artırması üçün strateji bir yanaşmadır.

  • SEO üçün məzmun marketinqi,
  • PPC kampaniyaları üçün kontentlər
  • Brendinq yönümlü kopiraytinq
  • Kontent auditi kontent marketinq xidmətimizin əsas istiqamətləridir. 

İndi ödənişsiz konsultasiya almaqla ilk addımı ata bilərsiniz. 

Bu yazıda:

Kontent Marketinq xidməti üçün
tez-tez soruşulan suallar

Kontent marketinq xidməti auditoriyanı cəlb etmək üçün uyğun məzmunun yaradılması və paylaşılmasını əhatə edir. Məqsəd keyfiyyətli kontent vasitəsilə brendə etibar yaratmaq, sayta trafik gətirmək və biznes məqsədlərinə çatmaqdır. Bura bloq yazıları, sosial media postları,  digər məzmun formaları daxildir.

İstifadəçi hər zaman keyfiyyətli məzmun axtarır. İstər sosial mediada, istər küçə reklamlarında, istərsə də veb-saytlarda. Buna görə də insanlara onların axtardığı keyfiyyətli məzmunu təqdim etmək vacibdir.

Məzmun marketinqi sayta orqanik trafik gətirir, satışları artır və hədəf auditoriyanın diqqətini cəlb edir. 

Biz müxtəlif məqsədlərə uyğun məzmunlar hazırlayırıq. SEO üçün optimallaşdırılmış bloq yazıları, reklam kampaniyaları üçün məzmunlar, sosial media postları, e-mail kampaniyaları, və daha çoxu.

Biz texnologiya, səyahət, idman, sağlamlıq, təhsil, daşınmaz əmlak, elektron ticarət və digər sahələr üzrə məzmun hazırlayırıq. Komandamız müxtəlif sahələrə uyğun üslub və tonda məzmunlar təqdim edir.

Qiymət layihənin həcmi, məzmunun miqdarı və sahənin mürəkkəbliyindən asılı olaraq dəyişir. Həmçinin məzmunun növü də qiymətə birbaşa təsir edir. Buna görə də individual təklif almaq üçün bizimlə əlaqə yaratmağınız məsləhət görülür.

Birlikdə daha yaxşı nəticələrə!

Birlikdə daha yaxşı
nəticələrə!

Our services you are interested in: