PPC Xidməti

Hədəf kütlənizə uyğun reklam strategiyaları quraraq, büdcənizdən maksimum fayda əldə etməyə və biznes nəticələrinizi sürətlə artırmağa kömək edirik.
 
Göstərdiyimiz PPC xidmətlərinə Google, Facebook, Instagram, Youtube və Linkedin reklam xidmətləri aiddir. 

Noutbuk ekranından çıxan əl megafon tutur. PPC xidmətini simvolizə edir.
Ödənişli reklam xidmətinə daxil olan sahələr

PPC xidməti nədir?

PPC xidməti reklam verənin yalnız istifadəçi onun reklamına klik etdikdə ödəniş etdiyi bir ödənişli reklam xidməti formasıdır.

Pay-Per-Click deməkdir, azərbaycancaya “klik başına ödəniş” kimi tərcümə olunur. 

Bundan başqa, siz bu xidməti həm də SEM xidməti kimi müxtəlif mənbələrdə görə bilərsiniz.

Bura bizim tez-tez gördüyümüz “Google”, “Facebook”, “Instagram” reklamları misaldır.

PPC reklamları açıq hərrac sisteminə əsaslanır. Reklamçılar müəyyən açar sözlər və auditoriyalar üçün təklif verir. Google kimi platformalar isə reklamların göstərilmə sırasını təyin etmək üçün təklif məbləği, reklamın keyfiyyəti və istifadəçi təcrübəsi kimi faktorları nəzərə alır. 

Doğru idarə olunan PPC kampaniyası bizneslərə yüksək gəlir qazandırır və rəqəmsal marketinq strategiyalarında əvəzsiz yer tutur.

Ödənişli reklam xidmətinin əhəmiyyəti

Müasir rəqəmsal dünyada ödənişli reklam xidməti bizneslərin hədəf auditoriyaya tez çatmaq üçün ən effektiv və sürətli yollardan biridir. 

SEOkontent marketinq kimi orqanik strategiyalar zaman tələb etsə də, ödənişli reklamlar sizə ani nəticələr və sürətli trafik qazandırır.

Ödənişli reklam xidməti niyə vacibdir

Ödənişli reklam xidmətinin ən böyük üstünlüklərindən biri dərhal trafik əldə etməkdir.

Google və sosial media platformalarında reklamlarınız qısa müddətdə təsdiqlənir və auditoriyanın qarşısına çıxır. 

Bundan əlavə, ödənişli reklamlar çox dəqiq hədəfləmə imkanları təqdim edir. İstifadəçilərin yerləşdiyi bölgə, yaşı, cinsi, maraqları, peşəsi və internetdəki davranışlarına əsasən reklam göstərə bilərsiniz. Beləliklə, büdcəniz yalnız potensial müştərilər üçün xərclənir.

Büdcəyə nəzarət və ölçülə bilən nəticələr ödənişli reklamların başqa bir üstünlüyüdür. Gündəlik, həftəlik və aylıq xərcləri əvvəlcədən təyin edə bilərsiniz. Eyni zamanda, hər klik, baxış və konversiya izlənilə bilər. SEM xidmətinin bu üstünlüyü kampaniyaların effektivliyini ölçməyə və daha yaxşı nəticələr üçün optimallaşdırmağa imkan verir.

PPC və SEO: fərqlər nədir?

PPC xidməti və SEO xidməti hər ikisi saytınıza trafik gətirmək məqsədi daşıyır. Lakin bu iki strategiyanın işləmə mexanizmi və nəticə əldəetmə üsulları tamamilə fərqlidir.

PPC ödənişli reklam modelidir. Reklamlarınızı aktiv etdiyiniz andan etibarən, Google və ya sosial şəbəkələrdə istifadəçilərin qarşısına çıxırsınız. Siz yalnız reklamınıza klik edildikdə ödəniş edirsiniz. Bu strategiya, sürətli nəticə almaq və konkret hədəf auditoriyanı qısa müddətdə cəlb etmək üçün idealdır.

Əksinə, SEO uzunmüddətli orqanik trafik strategiyasıdır. Burada məqsəd axtarış sistemlərində saytınızı SEO strategiyası ilə ön sıralara çıxarmaqdır. Bunun üçün texniki optimallaşdırma, keyfiyyətli kontent yaradılması və digər SEO tədbirləri tələb olunur. 

Biz hər zaman qeyd edirik ki, SEO və PPC hər zaman çox müqayisə olunan iki termindir. Lakin ən ideal nəticələr bu iki kanalı birlikdə və balanslı şəkildə istifadə edəndə gəlir.

Hansı reklam xidmətlərini təqdim edirik?

Təklif etdiyimiz PPC xidmətlərinin sayı ümumilikdə 5-ə bərabərdir. Bura:

  • Google reklamları 
  • Facebook reklamları 
  • Instagram reklamları
  • Linkedin reklamları 
  • Youtube reklamları daxildir. 

Hər şeydən əvvəl ilk mərhələdə sizin biznes modelinizi, məqsədlərinizi və rəqiblərinizi təhlil edirik. Daha sonra uyğun açar sözlər və auditoriyalar üzərində strategiya qururuq. Kampaniyaya başlamazdan əvvəl reklam mətnləri, vizual materiallar və açılış səhifələrinin uyğunluğu diqqətlə hazırlanır və yoxlanılır.

Kampaniyalar daimi şəkildə izlənilir, test edilir və optimallaşdırılır. A/B testləri aparılır və ən yaxşı performans göstərən variantlar seçilərək reklam xərcləri daha səmərəli idarə olunur.

"Kontra" göstərdiyi PPC xidməti

Google reklamları xidməti

Google Ads xidməti sizə imkan verir ki, potensial müştərilər sizi məhz axtardıqları anda tapsınlar. 

Google dünyanın ən çox istifadə olunan axtarış sistemidir. Uyğun istifadəçilərə çatmaq üçün ən güclü kanallardandır. Google Ads xidmətində məqsədinizə uyğun reklam strategiyaları qururuq, sizi doğru auditoriya ilə birləşdiririk.

İlk addım olaraq, biznesinizə uyğun açar söz təhlili aparırıq. İnsanlar hansı ifadələrlə sizin xidmət və ya məhsulunuzu axtarır? Onları təyin etdikdən sonra, bu sözlər ətrafında hədəflənmiş reklam qrupları qururuq və reklam mətnlərini istifadəçinin niyyətinə uyğun şəkildə hazırlayırıq. 

Reklamlar yüksək ROI və konversiya nisbəti gətirmək üçün hazırlanır. Məhz buna görə biz reklam mətnlərinin effektivliyini test edir, klik dərəcələrini və konversiya nisbətlərini analiz edərək davamlı təkmilləşdirmələr aparırıq. Eyni zamanda, reklamlarınızın açılış səhifələrinin sürəti və uyğunluğu da diqqətlə yoxlanılır.

Facebook reklamları xidməti

Facebook rəqəmsal marketinq mütəxəssisləri üçün dünyanın ən güclü platformalarından biridir. Bizim Facebook Ads xidməti sayəsində siz auditoriyanı yalnız ümumi xüsusiyyətlərinə görə deyil, onların maraqları, davranışları və həyat tərzinə əsasən hədəfləyə bilərsiniz.

Facebook reklamlarına başlamazdan əvvəl kampaniya məqsədləriniz müəyyənləşdirilir. Brend tanıtımı, sayt trafiki, satışlar, lead-lər və ya remarketinq. 

Biz sizin üçün auditoriyalar qururuq, yaş, cins, yer, maraqlar və davranışlar üzrə detallı seçimlər aparırıq. 

Həmçinin kontent marketinq xidməti ilə kampaniyalarınız üçün ən uyğun məzmunları da hazırlayırıq.

Kampaniyalar aktiv olduqdan sonra A/B testləri, nəticə təhlili və büdcə optimallaşdırması ilə daim daha yaxşı nəticə əldə etməyə çalışırıq. 

Instagram reklamları xidməti

Instagram Ads xidməti vizuallara əsaslanan platforma olaraq brendin imicini qurmaq, məhsulları tanıtmaq və auditoriya ilə emosional əlaqə yaratmaq üçün ən təsirli ödənişli reklam xidmətlərindən biridir. 

Kampaniyaya başlamazdan əvvəl məqsədləriniz aydınlaşdırılır. Daha sonra, auditoriyanızı yaş, cins, yer, maraq dairəsi, davranış və daha bir çox göstəriciyə əsasən müəyyən edirik. 

Kampaniya yayımlandıqdan sonra performans davamlı olaraq analiz edilir. Biz istifadəçi davranışlarını, klik nisbətlərini və dönüşüm göstəricilərini izləyərək ən yüksək nəticə verən məzmun və hədəfləri müəyyən edirik. Bu da reklam xərclərinizin daha səmərəli istifadə olunmasına səbəb olur.

Youtube reklamları xidməti

YouTube reklamları xidməti brendinizi bu nəhəng platformada doğru auditoriya ilə birləşdirir və video marketinqin üstünlüyündən maksimum istifadə edir.

Proseslər, Google reklam xidmətində olduğu ilə təxmini eynidir. 

Əvvəlcə, sizin əsas məqsədinizi müəyyənləşdiririk. Daha sonra, bu məqsədə uyğun olaraq reklam formatını seçirik.

Kontentinizi də hazırladıqdan sonra reklam kampaniyalarınızı hazırlayırıq. Əgər sizdə artıq mövcud video kontent varsa, onu istifadə edirik. 

Kampaniya aktiv olduqdan sonra baxışlar, klik nisbəti və konversiya kimi əsas göstəricilər diqqətlə izlənilir. Bu məlumatlar əsasında reklamlar davamlı şəkildə optimallaşdırılır və büdcə daha məhsuldar istiqamətə yönəldilir.

LinkedIn reklamları xidməti

Əgər siz B2B sahəsində fəaliyyət göstərirsinizsə və məhsulunuzu və ya xidmətinizi biznes auditoriyasına yönəltmək istəyirsinizsə, LinkedIn reklam xidməti sizin üçün ideal həll yoludur.

Kampaniyanın məqsədini müəyyən etdikdən sonra auditoriyanı vəzifə, sahə, ixtisas, şirkət ölçüsü, sənaye, təhsil və təcrübə kimi meyarlara görə dəqiq şəkildə hədəfləyirik.

Reklam formatları və məzmun hazırlanır. 

A/B testlər və reklamların performansı daim qiymətləndirilir. Daha yaxşı nəticə əldə etmək üçün optimallaşdırılır.

Niyə marketinq agentliyindən dəstək almalısınız?

Rəqəmsal marketinqdə uğur qazanmaq üçün sürətli, ölçülə bilən və hədəflənmiş nəticələrə ehtiyacınız var. Məhz buna görə PPC xidmətlərini almaq ağıllı və strateji addımdır. 

Doğru strategiya, davamlı optimallaşdırma və peşəkar yanaşma vacibdir. Məhz buna görə marketinq agentliyindən dəstək almaq bizneslər üçün böyük fərq yarada bilər. Həm zamanınıza qənaət edir, həm də reklam büdcənizin daha səmərəli istifadə olunmasını təmin edirsiniz.

Nəticə

Ödənişli reklamlar rəqəmsal marketinqdə sürətli nəticə və ölçülə bilən performans əldə etməyin ən effektiv yoludur.

PPC xidməti sizə reklamlarınızı real zamanlı idarə etmək, konversiyanı artırmaq və doğru auditoriyaya saniyələr içində çatmaq imkanı verir. 

PPC agentliyi olaraq sizə:

  • Google reklamları 
  • Facebook reklamları 
  • Instagram reklamları
  • Linkedin reklamları 
  • Youtube reklamları üzrə xidmət təklif edirik. 

Detallı müzakirə üçün bizdən ödənişsiz konsultasiya ala bilərsiniz.

Bu yazıda:

PPC xidməti üçün
tez-tez soruşulan suallar

PPC (klik başına ödəniş) reklam növüdür və yalnız biri reklamınıza kliklədikdə pul ödəyirsiniz. Bu cür reklamlar sayta tez və hədəfli trafik gətirən üsuldur. Google reklamları, Instagram reklamları, Facebook reklamları kimi üsullarla müəyyən açar sözlərə və auditoriyaya əsaslanaraq reklamlar yerləşdirmək mümkündür.

Ödənişli reklamlar məhsul və ya xidmətinizi axtaran insanları dərhal saytınıza yönəldir. Satışları artırmağa, potensial müştərilərlə əlaqə qurmağa və brend tanıtımını gücləndirməyə kömək edir. Reklamları yaş, yer və maraqlara görə hədəfləmək olur, bu da doğru auditoriyaya çatmağı asanlaşdırır. Nəticələri də rahatlıqla izləmək və ölçmək mümkündür.

Ödənişli reklamlar sizə onlayn sferada daha geniş auditoriyaya çatmaq imkanı verir. Google  və sosial media reklamları vasitəsilə hədəfləmə və nəticələrin ölçülməsi çox asandır. Həm kiçik, həm də böyük bizneslər üçün uyğundur.

PPC kampaniyalarını Google Ads, Facebook və Instagram reklamları, LinkedIn Ads, YouTube platformalarında idarə edirik. Hər platforma biznesin məqsədinə və auditoriyasına uyğun seçilir. Məqsədimiz reklam büdcənizin maksimum effektivliklə istifadəsidir.

SEO sayta orqanik trafik gətirir və zamanla nəticə verir. PPC isə ödənişli reklamlardır dərhal nəticə yaradır. SEO uzunmüddətli strategiyadır, PPC isə qısa müddətdə nəticə istəyənlər üçün idealdır. Ən yaxşı nəticə üçün hər ikisindən birlikdə istifadə etmək tövsiyə olunur.

Qiymət layihənin ölçüsünə, məqsədlərinizə və seçdiyiniz xidmətlərə görə dəyişir. Biz fərdi yanaşma ilə işləyirik, yəni hər müştəriyə uyğun strategiya və büdcə planı hazırlayırıq. Ətraflı təklif almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Birlikdə daha yaxşı nəticələrə!

Birlikdə daha yaxşı
nəticələrə!

Our services you are interested in: