Saytların Hazırlanması Xidməti

Peşəkar saytların hazırlanması xidməti ilə biznesinizə uyğun, mobil uyğun və SEO baxımından optimallaşdırılmış veb-saytlar qururuq.

Təklif etdiyimiz xidmətlərə yeni saytın yığılması, e-ticarət platformaları, WordPress saytlar, mövcud saytların optimallaşdırılması və sayt miqrasiyası daxildir.

Wordpress Development Xidməti üçün cover
Wordpress Development Xidmətinə daxil olan alt xidmətlər

Web development nədir və niyə vacibdir?

Web development, azərbaycan dilində desək, saytların hazırlanması veb-saytın sıfırdan yaradılması, qurulması və işlək vəziyyətə gətirilməsi prosesini əhatə edir. 

Bu xidmətlərə veb dizayn, proqramlaşdırma, məzmun idarəetmə sistemlərinin (CMS) qurulması, SEO optimizasiya və təhlükəsizlik tədbirləri daxildir.

Rəqəmsal dövrdə müştərilərinizin sizinlə ilk təması çox vaxt sayt vasitəsi ilə olur. Bu səbəbdən saytların hazırlanması etibar yaratmaq, müştəri cəlb etmək və onlayn uğurun təməlini qurmaqdır.

Peşəkar şəkildə hazırlanmış veb-sayt istifadəçi dostu, sürətli, mobil cihazlar üçün uyğun və SEO üçün optimallaşdırılmış olur. 

Bu isə istifadəçi təcrübəsini yaxşılaşdırır. Axtarış sistemlərində sizi daha çox göstərir. Daha çox konversiya nisbəti gətirir.

Qısaca desək, güclü bir veb-sayt olmadan rəqəmsal dünyada uğurlu olmaq çətindir.

Saytların hazırlanması xidmətimizə nələr daxildir?

Hər bir biznesin ehtiyacları fərqlidir. Bu da veb-sayt hazırlanması xidmətlərinin müxtəlif formalarını ortaya çıxarır. 

Sadə təqdimat saytlarından tutmuş kompleks e-ticarət platformalarına qədər hər layihə fərqli yanaşmasını tələb edir.

Əgər sayt hazırlatmaq istəyirsinizsə, əvvəlcə ehtiyaclarınıza uyğun saytı müəyyənləşdirmək vacibdir.

E-ticarət inteqrasiyası

E-ticarət saytlarının hazırlanması onlayn satışları asanlaşdırmaq və müştəri təcrübəsini artırmaq üçün xüsusi olaraq qurulan platformaları əhatə edir. 

Bu tip saytların hazırlanmasına aid xidmətlərimiz məhsul kataloqu, təhlükəsiz ödəniş sistemləri, stok idarəetməsi və istifadəçi dostu interfeys kimi funksiyaları əhatə edir.

Bizim e-ticarət yönümlü veb-sayt hazırlanması xidmətlərimiz Shopify, WooCommerce və Magento kimi platformalara uyğunlaşdırıla bilər və tam fərdi dizayn ilə təqdim olunur. 

Saytlar responsiv, sürətli və SEO baxımından optimallaşdırılmış şəkildə hazırlanır.

Sıfırdan sayt yığılması xidməti

Sayt yığılması texniki və vizual baxımdan bir veb-saytın sıfırdan qurulmasıdır. 

Bizim komandamız tərəfindən təqdim olunan xidmət həm estetik baxımdan cəlbedici, həm də funksional cəhətdən güclü veb-saytların yaradılmasına yönəlib. 

Hər bir layihə üçün mobil uyğunluq və sürətli yüklənmə kimi əsas göstəricilər prioritet qəbul edilir.

Saytın optimallaşdırılması

Saytın optimallaşdırılması  mövcud veb-saytın sürət, istifadəçi təcrübəsi və trafikin artırılması məqsədilə aparılan texniki və vizual təkmilləşdirmə prosesidir.

Bizim veb-sayt hazırlanması xidmətimiz çərçivəsində saytın yüklənmə sürətini artırmaq, şəkilləri optimallaşdırmaq, səhifə quruluşunu təkmilləşdirmək və SEO xidmətlərini tətbiq etmək əsas işimizdir. 

SEO üçün uyğun olan saytların hazırlanması ilə siz axtarış sistemlərində daha yüksək pillə tutaraq daha çox istifadəçi cəlb edə bilərsiniz. 

Bu isə nəticədə daha çox satış və ya müraciət deməkdir.

WordPress tema hazırlanması xidməti

WordPress dünyada ən çox istifadə olunan veb platformalardan biridir. Biz bu platformada tam fərdi, sürətli və funksional temalar hazırlayırıq. 

WordPress sayt hazırlanması zamanı hazır şablonlardan istifadə etmək əvəzinə, brendinizə uyğun eksklüziv dizayn və texniki strukturlar qururuq.

Tərəfimizdən təqdim olunan WordPress temaları responsiv, SEO baxımından optimallaşdırılmış və sadə idarəetmə panelinə malik olur. 

Sayt sahiblərinə məzmun əlavə etməyi və dəyişiklik etməyi asanlaşdırır, əlavə texniki dəstəyə ehtiyac yaratmadan.

Əgər siz veb-sayt hazırlanması xidmətləri çərçivəsində həm funksional, həm də estetik baxımdan güclü bir WordPress saytı istəyirsinizsə, sizin üçün uyğun fərdi həlləri təqdim edə bilərik. 

 2025-ci il statistikalarına əsasən, hal-hazırda internetdəki saytların təxminən 43.5%-i WordPress üzərində qurulub.

WordPress sizə sürət, funksionallıq və böyük ekosistem təqdim edir.

Bütün veb-saytların 43.5%-nin WordPress Development Xidməti üzərində qurulduğunu göstərən dairəvi diaqram

Saytların miqrasiyası xidməti

Saytların miqrasiyası veb-saytın bir serverdən digərinə, bir platformadan başqasına və ya HTTP-dən HTTPS-ə keçid prosesidir. 

Düzgün icra olunmadıqda texniki problemlər, SEO sıralamasında itkilər və istifadəçi təcrübəsində problemlərə səbəb ola bilər.

Bizim texniki xidmətlərimiz çərçivəsində sayt miqrasiyası yüksək dəqiqliklə həyata keçirilir. Bu mərhələdə ehtiyat nüsxə çıxarılır, URL yönləndirmələri qurulur, səhifə xəritələri yenilənir və texniki SEO baxımından saytın yeri qorunur.

Əgər siz platformalar arasında keçid etmək istəyirsinizsə və ya sadəcə hostinq dəyişmək niyyətindəsinizsə, saytınızın təhlükəsiz və problemsiz şəkildə köçürülməsini təmin edirik.

Web development-də əsas prinsiplərimiz

Yaxşı veb-sayt performans, təhlükəsizlik və axtarış sistemlərində uğurlu olmaq üçün düzgün qurulmuş texniki baza tələb edir. 

Bizim yanaşmamız məhz bu əsas dəyərlər üzərində qurulub.

Hər bir layihəmizdə istifadəçi mərkəzli dizayn, sürətli yüklənmə, SEO və texniki etibarlılıq prioritet olaraq nəzərə alınır.

1. SEO

SEO saytınızın Google və digər axtarış sistemlərində daha yüksək mövqe tutmasını təmin edən əsas faktorlardandır. 

Biz saytların hazırlanması zamanı SEO xidmətlərini texniki səviyyədə birbaşa layihəyə daxil edirik.

Bu prosesə düzgün meta başlıqlar, aydın URL strukturu, daxili keçidlər, sürətli yükləmə və mobil uyğunluq kimi elementlər daxildir. 

Eyni zamanda texniki SEO alətləri ilə saytınızın indekslənməsi, strukturlaşdırılmış məlumatlar (schema markup) və robots.txt faylları kimi detallara da xüsusi diqqət yetirilir.

SEO-ya uyğun qurulmuş veb-sayt hazırlanması sizə daha çox ziyarətçi, daha yüksək görünürlük və nəticə etibarilə daha çox müştəri qazandıracaq.

2. Responsiv dizayn

Müasir internet istifadəçilərinin böyük əksəriyyəti veb-saytlara mobil cihazlardan daxil olur. Bu səbəbdən mobil dizayn sayt hazırlığında əsas prioritetlərdən biridir. 

Saytlarımız bütün ekran ölçülərində mükəmməl şəkildə görünür və işləyir. Bu həm istifadəçi təcrübəsini artırır, həm də Google kimi axtarış sistemlərinin tələblərini qarşılayır.

Peşəkar və responsiv veb-sayt hazırlanması müştərilərinizin haradan daxil olmasından asılı olmayaraq rahatlıqla brendinizə yaxınlaşmasını təmin edir.

3. Təhlükəsizlik

Veb-sayt təhlükəsizliyi həm istifadəçilərinizin məlumatlarının qorunması, həm də brendinizin etibarlılığı üçün həyati əhəmiyyət daşıyır. 

Bizim saytların hazırlanması yanaşmamızda təhlükəsizlik məsələləri layihənin ən təməl mərhələsindən etibarən nəzərə alınır.

Saytlarınıza SSL sertifikatı inteqrasiyası, məlumatların şifrələnməsi, təhlükəli giriş cəhdlərinə qarşı müdafiə, müntəzəm ehtiyat nüsxələr və zərərli proqramlara qarşı qoruma kimi tədbirlər tətbiq edirik. 

Eyni zamanda, texniki SEO baxımından da təhlükəsiz saytlar Google tərəfindən üstünlük verilir.

Saytların hazırlanması zamanı proses

Peşəkar saytların hazırlanması yalnız dizayn və proqramlaşdırmadan ibarət deyil. Mərhələli və planlı bir prosesdir. 

Bizim işimizi şəffaflıq, davamlı ünsiyyət və nəticəyönümlü yanaşma üzərində qururuq.

 Aşağıda sayt hazırlama prosesində izlədiyimiz əsas mərhələlərlə tanış ola bilərsiniz.

1. Plan və hazırlıq

Hər uğurlu saytın əsasında düzgün planlaşdırma dayanır. Saytların hazırlanması prosesində ilk addım biznes məqsədlərinizi, hədəf auditoriyanızı və rəqiblərinizi dərin şəkildə analiz etməkdir.

Bu mərhələdə saytın strukturu müəyyənləşdirilir, dizayn konsepsiyası hazırlanır və texniki tələblər formalaşdırılır. Eyni zamanda, açar söz araşdırması və SEO strategiyası qurularaq saytın axtarış sistemlərində uğur qazanması üçün baza yaradılır.

Düzgün planlaşdırma sayəsində həm vaxt itkisi azaldılır, həm də son nəticədə funksional və effektiv bir veb-sayt hazırlanması təmin edilir.

2. Saytın qurulması

Plan təsdiq olunduqdan sonra sayt yığılması mərhələsinə keçilir. Bu mərhələdə dizayn elementləri kodlaşdırılır, funksional modullar qurulur və front-end və back-end hissələri hazırlanır.

Saytımızın texniki əsasları müasir texnologiyalarla qurulur: HTML5, CSS3, JavaScript, PHP və ya WordPress kimi platformalardan istifadə olunur. 

3. Test mərhələsi

Sayt qurulduqdan sonra növbəti vacib addım test mərhələsidir. Bu mərhələdə sayt hərtərəfli yoxlanılır: səhvlər, texniki uyğunsuzluqlar və ya funksional problemlər müəyyən edilir və aradan qaldırılır.

Biz saytın müxtəlif cihazlarda və brauzerlərdə düzgün işləməsini yoxlayırıq. Paralel olaraq, yüklənmə sürəti test olunur, responsivlik analiz edilir və texniki SEO elementləri dəqiqliklə yoxlanılır.

Test mərhələsi saytın istifadəçilər üçün problemsiz, sürətli və təhlükəsiz işləməsini təmin edir. 

Əminliklə deyə bilərik ki, bu mərhələ olmadan peşəkar saytların hazırlanması mümkün deyil.

4. Təhvil-təslim

Test mərhələsi tamamlandıqdan sonra sayt işə salınır. 

Sayt yerləşdiriləcək hostinq serverinə yüklənir, domen bağlantısı qurulur və HTTPS təhlükəsizlik sertifikatı tətbiq olunur. 

Google Analytics, Search Console və digər izləmə alətləri inteqrasiya edilir. Sayt tam şəkildə monitorinq olunur ki, istifadəçi təcrübəsində heç bir problem yaşanmasın.

Nəticədə, sayt sizin ixtiyarınıza verilir.

Saytların hazırlanması qiyməti

Saytların hazırlanması üçün qiymət təklifimiz layihənin miqyasına, funksional tələblərinə, texniki mürəkkəbliyinə və əlavə xidmətlərə əsasən dəyişir. 

Qiymətə təsir edən əsas faktorlar: dizaynın fərdiləşdirilməsi, səhifə sayı, inteqrasiya olunacaq sistemlər, kontent dəstəyi və əlavə xidmətlərdir. Məsələn, növbəti mərhələdə SEO, kontent marketinqi və texniki dəstək.

Ödənişsiz konsultasiya alaraq daha ətraflı məlumat ala bilərsiniz

Saytların hazırlanması qiyməti

Bu gün bir biznesin rəqəmsal müvəffəqiyyətinin əsaslarından biri güclü, funksional və axtarış sistemlərinə uyğun veb-sayt hazırlanması ilə başlayır. 

Sizin üçün:

  • Sıfırdan veb-saytlar hazırlayırıq.
  • E-ticarət saytları yığırıq.
  • Veb-saytınız üçün optimizasiya işləri görürük.
  • WordPress-də tema hazırlayırıq.

  • Mövcud saytınız üçün miqrasiya xidməti göstəririk.

Əgər rəqəmsal rəqabətdə önə çıxmaq istəyirsinizsə,gəlin birgə işləyək.

Burada

Sayt hazırlanması xidməti üçün
tez-tez soruşulan suallar

Web development saytın texniki baxımdan düzgün qurulması və funksional işləməsini təmin edən prosesdir. SEO baxımından bu proses sürətli yüklənmə, mobil uyğunluq, aydın kod strukturu deməkdir. Yaxşı qurulmuş sayt axtarış motorları tərəfindən daha rahat indekslənir və sıralamada üstünlük qazanır. Başqa sözlə, uğurlu SEO üçün düzgün development əsas şərtdir.

Saytların hazırlanması zamanı biz korporativ saytlar, e-ticarət platformaları, WordPress saytlar, sayt miqrasiyası və sayt optimallaşdırılması xidmətləri təqdim edirik.

Təmək texniki SEO işləri saytın qurulması zamanı həyata keçirilir. Əlavə olaraq, davamlı SEO xidməti, kontent marketinq kimi xidmətlər ayrıca təqdim olunur.

Saytdan gözləntilərinizə əsasən HTML, CSS, JavaScript, PHP, WordPress, React və digər müasir texnologiyalardan istifadə olunur. Həmçinin, SEO və mobil uyğunluq da texniki struktura inteqrasiya edilir.

Vaxt layihənin həcmi və funksiyalarından asılı olaraq dəyişir. Sadə saytlar 2–3 həftəyə hazır ola bilər, daha geniş və kompleks layihələr isə 4–8 həftə və ya daha çox çəkə bilər. Planlaşdırma mərhələsində sizə dəqiq təqvim təqdim edirik və mərhələlərlə irəliləyirik. 

Saytın qiyməti layihənin texniki xüsusiyyətlərinə, səhifə sayına, dizayn və əlavə funksionallıqlara görə dəyişir. Qiymətləndirmə şəffaf şəkildə təqdim olunur və layihəyə başlamazdan əvvəl təsdiqlənir.

Birlikdə daha yaxşı nəticələrə!

    Sizi maraqlandıran xidmətlərimiz: