SEO xidmətimiz “Google”da saytınızın daha “üstdə” görünməyinə və potensial müştərilərinizə asanlıqla çatmağınıza kömək edir.
SEO xidmətlərimizə on-page SEO, off-page SEO, texniki SEO, lokal SEO, e-ticarət SEO, kontent marketinq və SEO audit xidməti daxildir.
SEO bir saytın Google kimi axtarış sistemlərində daha üst pillələrdə olmasını təmin edən prosesdir. Azərbaycan dilinə Axtarış Motoru Optimizasiyası kimi tərcümə olunur.
Proses təkcə yüksək sıralara qalxmaqdan ibarət deyil. Məqsəd doğru auditoriyanı orqanik trafik vasitəsilə cəlb etməkdir.
Qısaca, SEO saytınızı potensial müştərilər axtarış etdikdə onların qarşısına çıxarır.
SEO saytın həm texniki, həm də məzmuna dair aspektlərini optimallaşdıraraq axtarış sistemləri tərəfindən daha yaxşı başa düşülməsini təmin edir.
Bu insanların nə axtardığı ilə sizin nə təklif etdiyiniz arasında körpü rolunu oynayır.
Peşəkar SEO xidmətləri saytınızın nüfuzunu artırır, istifadəçi təcrübəsini yaxşılaşdırır və uzunmüddətli inkişafını təmin edir. Ödənişli reklamlardan fərqli olaraq, SEO vaxt keçdikcə dəyəri artan investisiyadır.
Müasir rəqəmsal marketinqdə SEO-nun əhəmiyyəti danılmazdır. Çünki bu strategiya birbaşa olaraq sizin onlayn mövcudluğunuza təsir edir.
Hər saniyə minlərlə insan məhsul, xidmət və ya informasiya axtarır. Əgər saytınız həmin nəticələrdə çıxmırsa, siz potensial müştəriləri əldən verirsiniz.
SEO-nun fərqli cəhəti ondadır ki, bu metod birbaşa sizə lazım olan auditoriyanı cəlb edir. Yəni insanlar artıq sizin təklif etdiyiniz xidmət və ya məhsulu axtarırlar. Bu daha keyfiyyətli orqanik trafik, konversiya dərəcəsi və daha aşağı reklam xərcləri deməkdir.
Güclü SEO strategiyası saytınızın Google kimi axtarış sistemlərində daha yuxarı sıralarda çıxmasını təmin edir.
Statistikalara əsasən, birinci orqanik nəticə 10-cu yerdəki səhifəyə nisbətən 10 dəfə daha çox klik alma ehtimalına malikdir.
Bundan əlavə, SEO sizə etibar və nüfuz qazandırır. Saytınız yüksək sıralarda yer alanda istifadəçilər sizi daha peşəkar və etibarlı qəbul edir.
Saytınızın sürəti, responsivliyi, daxili keçidlərin düzgün qurulması və istifadəçi təcrübəsi də bu prosesin vacib hissələridir.
Əgər məqsədiniz ROI artırmaq, KPI göstəricilərini yaxşılaşdırmaq və uzunmüddətli marka dəyəri yaratmaqdırsa, SEO xidməti sizin üçündür.
SEO yalnız axtarış sistemlərində yüksək yer tutmaq üçün deyil, həm də istifadəçi təcrübəsini artırmaq üçün həyata keçirilir.
Rəqəmsal marketinqdə hər zaman iki əsas strategiya müqayisə olunur. SEO və PPC. Yəni orqanik trafik və ödənişli reklamlar.
Hər iki metodun məqsədi eynidir. Sizin saytınızı potensial müştərilərin qarşısına çıxarmaq. Amma bu iki yanaşma tamamilə fərqli işləyir və hər birinin öz üstünlükləri var.
SEO saytınızı orqanik yollarla axtarış nəticələrində yuxarı çıxarmaq üçün istifadə olunur. Bu strategiya uzunmüddətli nəticələr verir və istifadəçilərdə etibar yaradır.
SEO-ya on-page SEO xidmətləri, texniki SEO xidmətləri, kontent marketinq və backlink xidmətləri və s. daxildir. Zaman keçdikcə bu üsullar saytınıza davamlı trafik gətirir. Üstəlik, sizdən heç bir ödəniş tələb etmədən.
Digər tərəfdən, PPC xidmətləri sizə dərhal trafik qazandırır. Bu metodda siz seçdiyiniz açar sözlərə görə ödənişli reklamlar verirsiniz və istifadəçi hər klik etdikdə pul xərclənir.
PPC qısa müddətli kampaniyalar və tez nəticə əldə etmək istəyənlər üçün idealdır. Bu metodda trafik reklam kampaniyası dayanan kimi dayanır.
Əsas fərq maliyyə və davamlılıqdır. SEO uzun müddət tələb edir, amma yüksək ROI və davamlı nəticələr verir.
PPC isə tez nəticə gətirir, lakin xərcləri yüksəkdir və daimi büdcə tələb edir.
Ən effektiv strategiyalar, adətən, hər iki yanaşmanın birləşməsindən ibarətdir. Yəni siz, əslində, rəqəmsal marketinq strategiyalarınız üçün burada seçim etməli deyilsiniz. Hər ikisini uyğun zamanda və uyğun olduğu yerdə işlətməlisiniz.
SEO-nu başa düşmək üçün ilk öncə onun necə işlədiyinə nəzər salmaq lazımdır. İş prinsipini anlamaq lazımdır.
Proses olaraq, SEO üç mərhələdən ibarətdir. İndi isə ayrı-ayrılıqda bu mərhələlərlə tanış olaq.
SEO prosesinin ilk mərhələsi “crawling” adlanır. Mənası axtarış motorlarının saytınızı tapıb araşdırmasıdır.
Google kimi axtarış sistemləri internetdəki səhifələri kəşf etmək və onları indeks üçün hazır vəziyyətə gətirmək məqsədilə botlardan istifadə edir. Bu botlar saytınızın səhifələrini gəzir, linkləri izləyir və texniki strukturu analiz edir.
Bu mərhələdə axtarış botları sizin HTML kodunuzu, məzmunu, meta teqləri, şəkillərin alt yazılarını, URL-ləri, sitemap.xml, və robots.txt fayllarını yoxlayır.
Əgər saytınızda texniki səhvlər varsa və ya səhifələr düzgün şəkildə linklənməyibsə, bu botlar bəzi məzmunları görməyə bilər. Bu isə nəticədə indekslənmənin və sıralamanın qarşısını alır.
Effektiv crawling üçün saytınızda:
Əgər crawling mərhələsində axtarış botları saytınızı tam mənimsəyə bilməzsə, məzmununuz Google-da heç vaxt görünməyə bilər.
Məhz bu səbəbdən, güclü texniki SEO xidmətləri saytın texniki cəhətdən mükəmməl işləməsini təmin edir. Uğurlu SEO-nun bünövrəsini yaradır.
Saytınız uğurla crawling mərhələsindən keçdikdən sonra növbəti addım “indexing”dir. Bizim dilə uyğunlaşdırmağa çalışsaq, indeksləmə. Yəni axtarış sisteminin səhifələrinizi yadda saxlaması prosesidir.
Bu mərhələdə Google kimi axtarış motorları saytınızdakı səhifələrin məzmununu analiz edir və onları öz məlumat bazasında saxlayır.
Yalnız indekslənmiş səhifələr axtarış nəticələrində görünə bilər.
Google indeksləmə zamanı səhifənizin başlıqlarını, açar söz sıxlığını, meta təsvirlərini, URL quruluşunu, məzmunun keyfiyyətini və istifadəçi üçün dəyəri qiymətləndirir.
Əgər səhifədə təkrarlanan məzmun, zəif strukturlu HTML və ya noindex teqləri varsa, bu onun indekslənməsinə mane ola bilər.
Səhifələrinizin düzgün şəkildə indekslənməsi üçün:
Əgər səhifəniz indeksə düşmürsə, axtarış sistemləri onu mövcud hesab etmir və istifadəçilər üçün görünməz qalır.
Crawling və indeksləmə mərhələləri tamamlandıqdan sonra “ranking” mərhələsi gəlir.
Son addımda səhifələrin axtarış nəticələrində hansı sırada görünəcəyi müəyyənləşdirilir.
Bu mərhələdə Google öz alqoritmləri vasitəsilə milyardlarla səhifə arasından ən uyğun və dəyərli olanları seçərək istifadəçilərə təqdim edir.
Sıralama qərarları yüzlərlə SEO faktoru əsasında verilir. Bura məzmunun istifadəçi sorğusuna uyğunluğu, səhifənin keyfiyyəti, saytın nüfuzu, istifadəçi təcrübəsi, məkan və texniki parametrlər daxildir.
SEO xidmətləri bu faktorları düzgün şəkildə bir araya gətirərək saytınızın rəqabətdə öndə olmasını təmin edir.
Yaxşı mövqe əldə etmək üçün:
Uğurlu SEO strategiyası yalnız bir və ya iki texnika ilə həyata keçirilmir. Proses bir-biri ilə əlaqəli və bir-birini dəstəkləyən çoxsaylı elementlərdən ibarət kompleks bir yanaşmadır.
Yalnız açar söz yerləşdirməklə və ya backlink toplamaqla istədiyiniz nəticəni əldə etmək çətindir.
Hər şey texniki SEO ilə başlayır. Bu mərhələdə saytın texniki strukturu axtarış motorları üçün əlçatan və başa düşülən hala gətirilir.
Saytın sürəti, responsivliyi, kodun təmizliyi, URL strukturu, sitemap və robots.txt fayllarının düzgün tənzimlənməsi texniki SEO-nun əsas sahələridir.
Bunun ardınca kontent marketinqi gəlir. Dəyərli və hədəfli məzmun sayəsində saytınız istifadəçilərin suallarına cavab verir, onların ehtiyaclarını qarşılayır və sizi rəqiblərdən fərqləndirir. Bloq yazıları, xidmət səhifələri və digər məzmun növləri ilə həm trafik, həm də etibar qazanılır.
Daha sonra isə on-page SEO gəlir. Bu mərhələdə veb-səhifələrin məzmunu və strukturu optimallaşdırılır. Doğru açar sözlər istifadə olunur, başlıqlar düzgün qurulur, meta təsvirlər, alt mətnlər və daxili keçidlər düzgün şəkildə qurulur. Saytın hər bir səhifəsi həm istifadəçi, həm də axtarış motorları üçün tam dəyərli və aydın olmalıdır.
Nəhayət, off-page SEO sayt xaricində həyata keçirilən tədbirləri əhatə edir. Bura keyfiyyətli backlinklərin qurulması, rəqəmsal PR və digər nüfuz artırıcı fəaliyyətlər daxildir. Bu metodlar sayəsində Google saytınızı etibarlı və nüfuzlu hesab edir.
On-page SEO xidmətləri saytın daxilində olan bütün texniki və məzmun elementlərinin optimallaşdırılmasına yönəlib.
Bu xidmətlər Google kimi axtarış motorlarına saytınızın nə haqqında olduğunu daha yaxşı başa düşməyə kömək edir. Eyni zamanda istifadəçilər üçün daha yaxşı təcrübə yaradır.
Əsas məqsəd açar sözlərə uyğun optimizasiyanın aparılmasıdır. Burada auditoriyanızın axtardığı ifadələr müəyyənləşdirilir və bu açar sözlər düzgün şəkildə başlıqlara, alt başlıqlara, mətnə, meta təsvirlərə və şəkil alt mətnlərinə yerləşdirilir. Amma yalnız “açar söz əlavə et”lə iş qurtarmır. Məzmun istifadəçinin niyyətinə uyğun hazırlanmalı və dəyərli olmalıdır.
Eyni zamanda URL sadə və oxunaqlı olmalı, şəkillər optimallaşdırılmalı, HTML strukturu isə təmiz və semantik olmalıdır.
Bütün bunlar həm istifadəçi təcrübəsini artırır, həm də axtarış motorlarına məzmununuzu daha yaxşı dəyərləndirməyə şərait yaradır.
On-page SEO xidmətinə həmçinin daxili keçid strategiyası da daxildir. Sayt daxilində səhifələr arasında əlaqə yaradılır. İstifadəçilər üçün rahat naviqasiya imkanı təmin olunur.
Qısacası, on-page SEO xidməti saytınızı texniki, semantik və strateji baxımdan gücləndirir. Bu olmadan digər SEO tədbirləri effektiv ola bilməz.
Off-page SEO xidməti saytınızın xarici mühitdə qazandığı nüfuzu və etibarı artırmağa yönəlmiş strateji fəaliyyətlər toplusudur.
Bu yanaşma axtarış motorlarına göstərir ki, saytınız yalnız öz məzmununa görə deyil, həm də başqaları tərəfindən dəyərli hesab olunduğuna görə yüksək mövqe tutmağa layiqdir.
Ən əsas off-page SEO elementlərindən biri backlink-lərdir. Etibarlı və nüfuzlu saytlardan alınan keçidlər Google üçün bir növ “tövsiyə məktubu” rolunu oynayır. Nə qədər çox və keyfiyyətli keçid əldə etsəniz, bir o qədər axtarış motorları sizin məzmununuzu etibarlı, informativ və aktuallı hesab edir.
Lakin off-page SEO yalnız backlink toplamaqdan ibarət deyil. Xidmətə rəqəmsal PR, qonaq bloqları yazmaq, ictimai media aktivliyi və onlayn rəy və reytinqlərin idarə olunması da daxildir.
Həmçinin anchor mətn müxtəlifliyi də vacib faktordur. Saytınıza gələn keçidlərdə eyni sözlərin təkrar-təkrar istifadə olunması, Google tərəfindən spam siqnalı kimi qəbul edilə bilər.
Ona görə də off-page strategiyasında təbiilik və kontekst uyğunluğu əsas götürülür.
Texniki SEO xidməti saytınızın axtarış motorları tərəfindən asanca oxunması, başa düşülməsi və yüksək performans göstərməsi üçün arxa planda həyata keçirilən işlərdir.
Saytınız nə qədər məzmunla zəngin olsa da, əgər texniki baxımdan səhvlərlə doludursa, Google bu səhifələri düzgün indeksləyə və sıralaya bilməz. Məhz bu səbəbdən texniki SEO, hər uğurlu SEO strategiyasının təhlükəsizlik kəməridir.
İlk növbədə crawling və indexləmə ilə bağlı problemlər aradan qaldırılır. Burada robots.txt faylının düzgün qurulması, XML sitemap-in mövcudluğu və yenilənməsi, eləcə də səhifələrin daxili keçidlər vasitəsilə düzgün şəkildə bir-biri ilə əlaqələndirilməsi əsasdır. Bu optimallaşdırmalar sayəsində Google botları saytınızı rahatlıqla gəzə və məlumat toplaya bilir.
Daha sonra saytın sürəti və texniki performansı ön plana çıxır. Yavaş yüklənən saytlar həm istifadəçi təcrübəsini zəiflədir, həm də sıralamaya mənfi təsir edir. Texniki SEO xidməti ilə şəkillərin sıxılması, kodun təmizlənməsi və serverin cavab müddətinin azaldılması kimi tədbirlər görülür.
Google-un “mobile-first indexing” siyasəti çərçivəsində saytınız mobil cihazlarda da problemsiz işləməlidir. Buna görə də texniki SEO xidmətlərinə UI/UX dizayn da daxildir. ,
Əlavə olaraq, URL strukturu, təkrarlanan məzmunun aradan qaldırılması, və strukturlaşdırılmış məlumatlar (schema markup) texniki baxımdan saytınızı daha başa düşülən və aydın edir.
Bu tədbirlər Google-un saytınızla bağlı məzmunu daha dəqiq və zəngin şəkildə təqdim etməsinə imkan yaradır.
Bir sözlə, texniki SEO xidmətləri saytınızı axtarış motorlarına tam açıq, istifadəçilərə isə sürətli və rahat şəkildə təqdim edir. Bu isə bütün SEO səylərinizin uğurlu nəticə verməsi üçün əsas şərtdir.
Lokal SEO xidməti biznesinizi fəaliyyət göstərdiyiniz ərazidə görünən etmək üçün nəzərdə tutulmuş xüsusi strategiyadır.
Əgər siz yerli müştərilərə xidmət göstərən bir restoran, klinika, mağaza və ya hüquq firması idarə edirsinizsə, lokal SEO xidməti sizin üçün ətrafınızdakı real müştərilərlə birbaşa əlaqə yaratmaq imkanı verir.
Lokal SEO-nun əsas başlanğıc nöqtəsi Google Biznes Profilinizin optimallaşdırılmasıdır.
Burada biznesin adı, ünvanı, telefon nömrəsi, iş saatları, xidməti kateqoriyalar, şəkillər təqdim olunmalıdır. Bu optimallaşdırma sizi SERP-də xəritə bölməsində çıxarır və lokal axtarışlarda daha yüksək sıralara gətirir.
Lokal SEO həmçinin müştəri rəylərinin idarə olunmasını da əhatə edir. Müsbət rəylər potensial müştərilərin qərarına təsir edir. Google üçün isə etibar siqnalı rolunu oynayır. Rəylərə cavab vermək, təşəkkür etmək və mənfi şərhləri peşəkar şəkildə həll etmək markanızın imicini möhkəmləndirir.
Əlavə olaraq, lokal açar sözlər daxil olan məzmun yaratmaq (məsələn, “Bakıda diş klinikası” və ya “Sumqayıtda avtomobil servisi”) lokal SEO strategiyasının effektivliyini artırır.
Doğru həyata keçirilən lokal SEO xidmətləri sayəsində biznesiniz yaxınlığınızdakı insanlar üçün görünən, etibarlı və asan tapılan bir məkana çevrilir.
Kontent marketinq xidməti SEO strategiyanızın məzmunla əlaqəli olan bütün hissələrini əhatə edir.
SEO-da məzmun marketinqi həm istifadəçinin, həm də alqoritmlərin nə istədiyini başa düşür.
SEO üçün effektiv kontent marketinq prosesi ətraflı açar söz araşdırması ilə başlayır. Auditoriyanızın nə axtardığını, hansı sualları verdiyini və necə düşündüyünü anlamaq düzgün məzmunun yaradılması üçün əsasdır. Bu məlumatlara əsaslanaraq yazılan bloqlar, xidmət səhifələri axtarış motorları üçün optimallaşdırılmış, eyni zamanda oxucu üçün dəyərli olur.
Sadəcə “kontent yazmaq” kifayət deyil. Strukturlaşdırma və strategiya da ön plandadır. Başlıqların düzgün istifadəsi, daxili keçidlərin qurulması, SEO-yə uyğun URL-lər, məna baxımından əlaqəli LSI ifadələrin tətbiqi və vizual balans kontentin həm Google, həm də istifadəçi üçün daha cəlbedici olmasına səbəb olur.
E-ticarət SEO xidməti onlayn mağazalar üçün nəzərdə tutulub.
Məhsulları axtarış nəticələrində daha görünən etmək və daha çox satış əldə etmək üçün həyata keçirilən optimallaşdırma prosesidir.
Standart saytlardan fərqli olaraq, e-ticarət platformaları çoxsaylı məhsul səhifələri, filtrli naviqasiya, tez-tez dəyişən stok və ciddi rəqabət səbəbindən çətinliklərlə doludur.
Buna görə də, bu cür saytlar üçün SEO əsas satış kanalıdır.
Xidmət zamanı hər bir məhsul səhifəsində uyğun açar sözlərdən istifadə edilir, məzmun aydın və orijinal yazılır, şəkillər alt teqlərlə təchiz olunur və URL strukturu sadə və məntiqli qurulur.
Kateqoriya səhifələri və filtrli nəticələr də e-ticarət SEO xidmətinin vacib hissəsidir. Bu səhifələr daha ümumi açar sözləri hədəfləyir və axtarış motorlarına saytınızın strukturu haqqında siqnal verir. Eyni zamanda, məhsul səhifələri daha spesifik açar sözlərlə dönüşümə yönəlmiş trafik cəlb edir.
Texniki SEO xidmətləri burada xüsusilə əhəmiyyətlidir. Çoxlu sayda səhifəyə malik olan e-ticarət saytlarında duplikat məzmun, yanlış kanonik etiketlər və səhv URL parametrləri kimi texniki problemlər sıralamaya ciddi təsir göstərə bilər.
Eyni zamanda kontent marketinqi də satış prosesini dəstəkləyir. Alıcılar üçün lazım olan məzmunlar, müqayisə yazıları və məhsul rəyləri istifadəçiləri məlumatlandırır.
E-ticarət SEO xidməti trafiki gəlirə çevirir. Konversiya yaradır.
Yuxarıda on-page SEO haqqında qısa məlumat verdik. Bura nələrin daxil olduğundan bəhs etdik. İndi isə bizim SEO xidmətlərimizdə on-page SEO prosesinə nələr daxil olduğuna nəzər yetirək.
SEO auditi veb-saytın axtarış motorları üçün nə dərəcədə optimallaşdırıldığını analiz edən və inkişaf üçün strategiyalar müəyyən edən detallı bir yoxlama prosesidir.
SEO audit zamanı texniki problemlər, açar söz istifadəsi, məzmun keyfiyyəti, mobil uyğunluq, sürət optimizasiyası və geri keçid profili kimi əsas göstəricilər yoxlanılır.
Həmçinin, rəqiblərin SEO strategiyaları təhlil edilərək, sizin üçün daha effektiv inkişaf planı hazırlanır.
Düzgün SEO auditi problemləri vaxtında aşkar edərək saytın axtarış motorları və istifadəçilər üçün daha əlçatan və rəqabətədavamlı olmasını təmin edir.
SEO sadəcə açar sözlər yerləşdirmək və məzmun yaratmaqdan ibarət deyil.
Effektiv SEO strategiyası texniki biliklər, davamlı analiz və dəyişən alqoritmlərə uyğunlaşma tələb edən mürəkkəb bir prosesdir.
Peşəkar SEO mütəxəssisləri saytınızın axtarış motorları tərəfindən daha yaxşı indekslənməsini, düzgün optimizasiya olunmasını və hədəf auditoriyanıza çatmasını təmin edir.
SEO-nu tək aparmaq mümkündür. Lakin həm vaxt, həm də resurs itkisinə səbəb ola bilər.
Daima yenilənən alqoritmlərinə uyğunlaşmaq, texniki problemləri həll etmək, rəqabəti analiz etmək və düzgün kontent strategiyası qurmaq üçün peşəkar yanaşma vacibdir.
SEO rəqəmsal marketinqdə uzunmüddətli uğurun əsas şərtidir.
SEO xidməti isə sizə saytınızı 24/7 işləyən satış nöqtəsinə çevirmək imkanı verir. SEO xidmətləri doğru auditoriyaya çatmaq, orqanik trafik yaratmaq və konversiyaları artıqmaq üçün davamlı və strateji yoldur.
Əgər məqsədiniz “Google-da birinci olmaqdırsa”, SEO agentliyi olaraq sizə:
Təcrübəli SEO mütəxəssislərimiz saytınızı analiz edir, məqsədlərinizə uyğun strategiya qurur və nəticəyə fokuslanır.
Detallı müzakirə üçün bizdən ödənişsiz konsultasiya almağa tələsin!
SEO xidməti saytınızın axtarış sistemlərində daha öndə olmasına kömək edir. Bu hədəf auditoriyanıza çatmaq, daha çox ziyarətçi cəlb etmək və nəticədə satışları artırmaq üçün ən effektiv üsullardan biridir. Peşəkar SEO ilə uzunmüddətli nəticələr əldə edə və rəqiblərinizdən öndə ola bilərsiniz.
SEO agentliyi veb-saytınızın axtarış sistemlərində (məsələn, Google-da) daha üst pillələrdə qərarlaşmasına kömək edir. Onlar açar söz araşdırması, məzmunun optimallaşdırılması, link building kimi işləri həyata keçirirlər. Məqsəd saytınıza daha çox uyğun ziyarətçi gətirmək və onları real müştəriyə çevirməkdir.
Əksər saytlar nəticələri 3–6 ay ərzində görməyə başlayır. Daha rəqabətli sahələrdə isə, adətən, bu vaxt 6–12 ay və ya daha uzun çəkə bilər. Rəqabət çox olan sahələrdə üst sıralara çıxmaq daha çox zaman tələb edir.
SEO davamlı prosesdir, çünki axtarış sistemləri alqoritmlərini tez-tez yeniləyir və rəqiblər də daim sıralamada yüksəlməyə çalışır. Uğurlu nəticələr üçün saytın müntəzəm optimallaşdırılması, yeni kontent yaradılması və performansın izlənməsi vacibdir.
SEO xidmətlərinin qiyməti məqsədlərinizdən, saytınızın vəziyyətindən və fəaliyyət göstərdiyiniz sahənin rəqabət səviyyəsindən asılı olaraq dəyişir.