UI/UX dizayn xidməti

İstifadəçiləri cəlb edən, axtarış sistemlərində mövqeyinizi yüksəldən və brendinizə dəyər qazandıran SEO strategiyaları hazırlayırıq.

Müştərilərinizin ehtiyaclarına uyğun hədəflənmiş məzmun,  yaradaraq onların diqqətini çəkir və biznesiniz üçün davamlı böyüməni təmin edirik.

Mobil cihaz ekranında mətn və şəkil bloklarından ibarət UI/UX interfeysi. UI/UX dizayn xidmətini simvolizə edir.
UI/UX dizayn xidmətinə daxil olan sahələr

UI/UX Dizayn Xidməti Nədir?

UI/UX dizayn xidməti vebsayt və mobil tətbiqlərin istifadəçi təcrübəsini və vizual görünüşünü optimallaşdıran vacib xidmət sahəsidir. 

Adından göründüyü kimi bu termin iki hissədən ibarətdir. UI və UX. İki hərf birləşməsindən yaranan bu terminlər əksər vaxt yanaşı işlənsələr də, özlüyündə bir-birindən fərqlənirlər.

Hər iki sahə birlikdə vebsaytların funksionallığını və istifadəçi məmnuniyyətini artırmaq üçün əvəzolunmaz rol oynayır. 

Bu məqalədə UI/UX dizaynın istifadəçi təcrübəsində oynadığı əsas rola və UI/UX dizayn xidmətinin niyə vacib olduğuna nəzər yetirəcəyik

UI Dizayn Nədir?

UI dizayn veb-saytın və ya mobil tətbiqin görünən hissəsini hazırlamaqdan ibarətdir. Bura düymələr, ikonlar, yazı üslubu (şriftlər), rənglər, arxa plan, yerləşim və animasiyalar daxildir. Başqa sözlə, bir istifadəçi proqram və ya veb-sayta daxil olanda gördüyü və istifadə etdiyi hər şey UI dizaynın bir hissəsidir.

UI dizaynın əsas məqsədi budur: saytı və ya tətbiqi həm gözəl göstərmək, həm də istifadəsini asanlaşdırmaq. Yəni istifadəçi sayta daxil olanda nə edəcəyini çətinlik çəkmədən anlasın, rahat şəkildə hərəkət edə bilsin və istədiyi məlumatı tez tapsın.

Məsələn, bir sayta baxdığınızda əgər düymələr qarışıq yerləşibsə, yazılar oxunmur, rənglər göz yorursa, deməli bu, zəif UI dizayndır. Amma əgər hər şey aydındır, düymələr düzgün yerdədir, rənglər və yazılar gözə xoş gəlirsə və siz saytdan rahat istifadə edirsinizsə, bu, uğurlu UI dizayn deməkdir.

UX Dizaynı nədir?

UX dizayn insanın sayt və ya tətbiqlə istifadə zamanı özünü necə hiss etdiyini və həmin təcrübənin nə qədər rahat olduğunu düşünür. 

Bu sahənin məqsədi budur: istifadəçi üçün məntiqli, axıcı və problemsiz bir istifadə prosesi yaratmaq.

Məsələn, siz bir saytda alış-veriş edirsinizsə və proses çox sadə, asan, tez gedirsə, deməli UX dizayn uğurludur. 

UX dizayn görünüşlə bağlı deyil. İstifadəçinin davranışlarını anlamaq və bu məlumat əsasında saytın strukturunu və iş prinsipini qurmaqdır. UX dizaynerləri istifadəçilərin hansı yollardan keçdiyini, harada ilişib qaldıqlarını və necə daha rahat istifadə edə biləcəklərini araşdırırlar. Bu məlumatlara əsaslanaraq planlar, testlər və istifadəçi xəritələri hazırlayırlar.

Yekunda məqsəd odur ki, istifadəçi problemi hiss etməsin. Sayt və ya tətbiqdən istifadə edərkən hər şey “yağ kimi” getsin. Yəni hər şey asan, aydın və rahat olsun.

UI və UX arasındakı fərq

UI və UX dizayn bir-biri ilə bağlı olsa da, fərqli anlayışlardır. Sadə dillə desək, UI görünüş, UX prosesdir.

Təsəvvür edin ki, bu fərqi bir avtomobillə izah edirik: UI dizayn avtomobilin xarici görünüşü, salon dizaynı, düymələri və ekranları kimi vizual hissələrdir. UX dizayn isə bu avtomobillə yaşanılan təcrübədir. Rahatlıq, idarəetmə, asanlıqla tapılan funksiyalar və ümumi hiss.

Qeyd etmək lazımdır ki, hər iki sahə birlikdə işləyir və istifadəçiyə tam, rahat və məmnun edici təcrübə təqdim etməyi hədəfləyir

UI/UX Dizayn Niyə Vacibdir?

Bu suala bir çox tərəfdən cavab vermək olar, amma gəlin bunu rəqəmsal marketinq baxımından sadə şəkildə izah edək.

UI/UX dizayn veb-sayt və ya tətbiqin uğurunda çox mühüm rol oynayır, çünki istifadəçilərin sayta daxil olduqda necə hiss etdiyini və necə davrandığını birbaşa təsir edir. 

İstifadəçilər xoş gördükləri saytlarda daha çox vaxt keçirir. Bu da onların məmnun qalmasına və geri gəlmələrinə səbəb olur.

Bu da SEO üçün çox önəmlidir. Axtarış motorları (məsələn, Google) bir istifadəçinin saytınızda çox vaxt keçirdiyini və tez-tez geri gəldiyini görürsə, saytınızı daha dəyərli və faydalı hesab edir. Sizi axtarış nəticələrində daha yuxarı çıxarır.

Başqa sözlə desək, yaxşı bir UI/UX dizayn həm istifadəçini məmnun edir, həm də alqoritmləri. Bu isə satış, qeydiyyat, sorğu toplama və digər məqsədlərə daha asan çatmaqdır.

Bəs UI/UX Dizayn Xidməti SEO-ya Necə Təsir Edir?

“Google” kimi axtarış sistemləri getdikcə daha çox istifadəçi mərkəzli metriklərə önəm verir. “Google” un alqoritmləri istifadəçi davranışını başa düşmək üçün nəzərdə tutulub və sıralamalarda veb-saytların istifadəçi təcrübəsini nəzərə alan bir neçə UX göstəricisini qiymətləndirir.

Məsələn, əgər istifadəçilər saytınızı tez tərk edirsə və ya səhifədə az vaxt keçirirsə, bu “Google”a saytın yaxşı məzmun və ya xoş təcrübə təklif etmədiyini göstərən siqnal göndərir.

Digər tərəfdən,  “Google” istifadəçilərə ən yaxşı nəticələri təqdim etmək istəyir və yaxşı dizayn edilmiş bir sayt bunun əsas hissəsidir.

İndi isə gəlin bu göstəricilərə daha dəqiq baxaq.

1. Bounce Rate and Dwell Time

Başlamazdan əvvəl hər iki terminin izahına baxaq.

İlk olaraq “bounce rate”dən başlayaq. İstifadəçi saytınıza daxil olur, amma heç bir yerə klikləmədən və heç bir fəaliyyət göstərmədən saytı tərk edirsə, bu göstərici yüksəlir. Yəni istifadəçi bir səbəbdən məmnun qalmayıb.

“Dwell Time” isə istifadəçinin saytda nə qədər vaxt keçirdiyini göstərir. Səhifədə qaldığı müddət nə qədər çoxdursa, bu bir o qədər yaxşı təcrübə deməkdir.

Bu iki göstərici, saytınızın nə qədər cəlbedici və istifadəyə yararlı olduğunu ortaya qoyur. Əgər UI/UX dizayn istifadəçini cəlb etmirsə, insanlar saytınızı tez tərk edir və bu da SEO üçün mənfi siqnaldır.

Əgər isə sayt vizual olaraq cəlbedicidirsə, istifadəsi asandır və istifadəçi istədiyini tez tapa bilirsə, o zaman “bounce rate” aşağı düşür. “Dwell time” isə artır. Bu da sizi axtarış nəticələrində daha yuxarı çıxarır.

2. Mobil uyğunluq və responsivlik

Bu gün insanların çoxu internetə telefon və planşet kimi mobil cihazlarla daxil olur. Buna görə də saytların mobil cihazlara uyğunlaşdırılması olduqca vacibdir.

Statistikalar göstərir ki, ümumi internet trafikin yarıdan çoxu mobil cihazlardan gəlir. Bu da o deməkdir ki, saytınız yalnız kompüter üçün deyil, həm də mobil üçün rahat və düzgün görünməlidir.

“Google” da bu məsələni ciddi şəkildə nəzərə alır. Axtarış nəticələrində saytların mobil versiyalarına görə sıralama verir. Saytınız telefonda yaxşı işləmirsə, “Google” sizi axtarış nəticələrində aşağı salacaq.

3. Səhifənin yükləmə sürəti

Səhifənin yükləmə sürəti həm istifadəçi təcrübəsi, həm də axtarış reytinqləri üçün mühüm faktordur. Yavaş yüklənən saytlar istifadəçiləri əsəbiləşdirir. Daha yüksək “bounce rate”in artmasına  səbəb olur.

Google PageSpeed Insights kimi alətlər performans problemlərini müəyyən etmək, onları optimallaşdırmaq üçün kömək edir. 

Sürəti artırmaq üçün ağır fayllardan, skriptlərdən mümkün qədər çəkinin.

Unutmayın ki, hətta bir saniyəlik gecikmə belə dönüşümlərin və istifadəçi məmnuniyyətinin kəskin şəkildə azalmasına səbəb olur

4. Məzmun tərtibatı və oxunaqlığı

Məzmununuzun quruluşu və təqdim olunması həm istifadəçi təcrübəsinə, həm də SEO-ya təsir edə bilir. 

Aydın başlıqlar, paraqraflara və hisslərə bölünməsi və qısa abzaslar məzmunu daha oxunaqlı və cəlbedici edir.

UI/UX dizayn xidməti: axtarış motorunun tələblərinə cavab verin

UI/UX dizayn xidmətimiz veb-saytınızı həm vizual cəhətdən cəlbedici, həm də istifadə baxımından rahat bir platformaya çevirmək üçündür.

Məqsədimiz təkcə estetik bir interfeys təqdim etmək deyil. Həm də bu interfeysi SEO standartlarına, mobil uyğunluğaistifadəçi davranışlarına əsaslanaraq optimallaşdırmaqdır.

Saytınızın yükləmə sürətindən tutmuş mobil uyğunluğuna qədər hər detalı nəzərə alır, responsiv dizaynaxıcı naviqasiya ilə istifadəçilərin saytda rahat şəkildə hərəkət etməsini təmin edirik.

Bundan əlavə, vizual kontentin optimallaşdırılması, saytın daha sürətli və keyfiyyətli görünməsi üçün mühüm rol oynayır.

 UI/UX dizayn xidmətimizə mobil dizayn, veb-dizayn, responsivlik, istifadəçi araşdırması (UX research), UX auditkopiraytinq daxildir. Bu komponentlər bir araya gələrək saytınızı sadəcə görünüş baxımından deyil, həm də funksional və nəticə yönümlü bir sistemə çevirir.

Əgər saytınızla həm istifadəçini razı salmaq, həm də axtarış sistemlərində daha yüksək yer tutmaq istəyirsinizsə, biz sizin üçün buradayıq. Bizə müraciət edə bilərsiniz. 

Nəticə

UI/UX dizayn xidməti veb-sayt və tətbiqlərin istifadəçi üçün daha rahat, cəlbedici və funksional olmasını təmin edən peşəkar yanaşmadır. 

Bu xidmət sayəsində həm görünüş, həm də istifadə təcrübəsi mükəmməlləşdirilir. Yaxşı hazırlanmış UI dizayn istifadəçini cəlb edir, UX dizayn isə onu saytda saxlamağı bacarır. 

UI/UX dizayn SEO baxımından da böyük önəm daşıyır, çünki istifadəçi məmnuniyyəti axtarış sıralamasına təsir edir. 

Mobil uyğunluq, yükləmə sürəti və axıcı naviqasiya bu xidmətin əsas hissələrindəndir. 

Bu yazıda:

UI/UX dizayn xidməti üçün
tez-tez soruşulan suallar

UI/UX dizayn istifadəçilərin sayt və ya mobil tətbiqdən rahat və effektiv istifadə etməsini təmin edən dizayn prosesidir. UI (User Interface) dizayn vizual hissələri, yəni menyular, düymələr və rəngləri əhatə edir. UX (User Experience) dizayn isə ümumi istifadəçi təcrübəsini yaxşılaşdırır. Yaxşı UI/UX dizayn istifadəçiləri yönləndirməyə, konversiyanı artırmağa və saytda qalma müddətini uzatmağa kömək edir.

Yaxşı UX dizayn saytınızı daha rahat və anlaşılan edir. İstifadəçilər axtardıqları məlumatı asanlıqla tapır, bu da onların saytda daha çox zaman keçirməsinə kömək edir. 

Layihənin müddəti saytın həcmi və mürəkkəbliyindən asılıdır. Kiçik layihələr 2–4 həftə çəkə bilər, daha böyük və kompleks layihələr isə bir neçə ay davam edə bilər. Biz işə araşdırma və planlamayla başlayırıq, sonra isə wireframe, vizual dizayn və test mərhələsinə keçirik. Aydın plan və müntəzəm əlaqə işin vaxtında başa çatmasını təmin edir.

Biz dizayn üçün yalnız Figmadan istifadə edirik. İstifadəçi təcrübəsi və test üçün Hotjar, Maze və Google Analytics kimi vasitələrdən də yararlanırıq. Bu alətlər bizə daha funksional və istifadəçi yönümlü dizaynlar yaratmağa imkan verir. 

Bəli, biz mövcud saytınızı daha funksional və müasir hala gətirmək üçün tam və ya qismən yenidən dizayn edə bilərik. Əvvəlcə mövcud dizaynı təhlil edirik, zəif cəhətləri müəyyən edirik və biznes məqsədlərinizə uyğun plan hazırlayırıq. Məqsədimiz istifadəçilər üçün daha rahat, brendiniz üçün isə daha güvənli və effektiv görünən bir sayt yaratmaqdır.

Qiymət layihənin ölçüsü və funksiyalarına görə dəyişir. Biz ehtiyaclarınıza uyğun qiymət təklif edirik. 

Birlikdə daha yaxşı nəticələrə!

Birlikdə daha yaxşı
nəticələrə!

Our services you are interested in: