WordPress Development xidməti

WordPress Development xidməti ilə sizə sürətli və responsiv veb-saytlar yaradırıq.

Texniki baxımdan optimallaşdırılmış, vizual cəhətdən cəlbedici və sürətli WordPress saytlar həm müştərilər, həm də SEO üçün daha yaxşı təcrübə yaradır.

Wordpress Development Xidməti üçün cover
Wordpress Development Xidmətinə daxil olan alt xidmətlər

WordPress Development Xidməti Nədir?

Əgər peşəkar veb-sayt yaratmağı düşünmüsünüzsə, çox güman ki, wordpress development termini ilə qarşılaşmısınız. 

Bəs bu nə deməkdir?

WordPress development veb-saytların WordPress CMS (məzmun idarəetmə sistemi) üzərindən hazırlanması, qurulması və idarə olunması prosesidir. 

Bu platforma veb development sahəsində ən məşhur sistemlərdən biridir. Sadə bloqlardan tutmuş korporativ saytlaradək milyonlarla veb layihəyə sahiblik edir.

WordPress Development Niyə Önəmlidir?

WordPress development sizə funksional, sürətli və idarəolunan bir platforma təqdim edir. 

İstər kiçik biznes sahibi olun, istərsə də böyüməkdə olan şirkət olun, WordPress əsasında qurulan saytlar sizə sürətli həllər təqdim edir.

Bundan əlavə, SEO optimizasiyası baxımından da WordPress böyük üstünlük verir. 

Axtarış sistemləri üçün uyğunlaşdırılmış struktur, veb-sayt sürəti, responsivlik və mobil uyğunluq kimi xüsusiyyətlər saytınızı həm istifadəçilər, həm də axtarış sistemləri üçün əlçatan edir.

İnteqrasiya olunan CMS, asan idarəetmə paneli və effektli məzmun strategiyası ilə güclü nəticələr əldə etməyə imkan verir.

WordPress 2014-cü ildən bəri ən sürətlə inkişaf edən məzmun idarəetmə sistemi (CMS) olduğunu bildirən vizual

WordPress Development niyə məşhurdur?

  • Kütləvi Populyarlıq – 2025-ci il statistikalarına əsasən, hal-hazırda internetdəki saytların təxminən 43.5%-i WordPress üzərində qurulub.
  • Sürət və Funksionallıq – Portfolio saytından tutmuş, kiçik bizneslərə məxsus e-ticarət platformalarına qədər hər cür layihəni WordPress ilə həyata keçirmək mümkündür.
  • Böyük ekosistem – WordPress ekosisteminin ən güclü tərəflərindən biri onun qlobal icmasıdır. Minlərlə developer, dizayner və istifadəçi bu sistemə dəstək verir. Resurslar təqdim edir
Bütün veb-saytların 43.5%-nin WordPress Development Xidməti üzərində qurulduğunu göstərən dairəvi diaqram

WordPress Development Xidmətinə nələr daxildir?

  • Fərdi WordPress dizayn və tema hazırlanması – Biznesinizə uyğun fərdi WordPress temaları hazırlayırıq. Saytınız həm responsiv olur, həm də istifadəçi təcrübəsini nəzərə alaraq qurulur.
  • Pluginlərin hazırlanması və inteqrasiyası – Növbəti mərhələlərdə sizə lazım ola biləcək əlavələri saytınıza inteqrasiya edirik.
  • Responsiv dizayn – Mobil cihazlarda sürətli və düzgün işləyən saytlar artıq standartdır. Təhvil verdiyimiz saytlar mobil optimizasiya edilir. Bütün cihazlarda problemsiz işləyir.
  • E-ticarət və WooCommerce inteqrasiyası – Online satış etmək istəyirsinizsə, e-ticarət funksionallığı, WooCommerce platforması və etibarlı ödəniş sistemi ilə tam təchiz olunmuş sayt təqdim edirik

WordPress Development sahəsində aktual tendensiyalar

Gəlin, hazırda WordPress dünyasında ön planda olan əsas tendensiyalara baxaq.

E-ticarət inteqrasiyası

Onlayn satışlar WordPress ilə olduqca asandır. E-ticarət funksionallığı sahəsində yeni WordPress pluginləri hazırlanır və mövcud olanlar təkmilləşdirilir. Bu həm sayt sahibləri, həm də müştərilər üçün alış-veriş prosesini rahat və effektiv edir. Xüsusilə kiçik bizneslər üçün çox vacib rol oynayır.

Responsivlik və mobil uyğunluq

Hər kəs mobil cihazlardan istifadə edir. Ona görə də, mobil optimizasiya hər daha önəmlidir. Saytların smartfon və planşetlərdə düzgün görünməsi və problemsiz işləməsi, istifadəçi məmnuniyyəti və SEO nəticələri üçün əsas şərtdir. 

Təhlükəsizlik yeniləmələri

Developerlər yeni təhlükəsizlik boşluqlarına qarşı mütəmadi olaraq WordPress təhlükəsizlik sistemlərini gücləndirir və real vaxtda yeniləmələr həyata keçirirlər.

SEO üçün optimizasiya

WordPress dünyada ən asan məzmun idarə etmə panellərindən birini təklif edir. Ona görə də bura da siz kontenti SEO tələblərinə uyğun olaraq daha asan şəkildə idarə edə bilirsiniz. 

Nəticə

Peşəkar wordpress development sayəsində siz funksional, təhlükəsiz və SEO baxımından optimallaşdırılmış bir sayt əldə edə bilərsiniz. 

İstər biznesinizi böyütmək, istərsə də brendinizi rəqəmsal mühitə daşımaq istəyirsinizsə, wordpress development xidmətimiz sizə lazım olan bütün həlləri təqdim edir.

Detalları müzakirə etmək üçün 
bizimlə əlaqə saxlaya bilərsiniz.

Bu yazıda:

WordPress Development xidməti üçün
tez-tez soruşulan suallar

Web development saytın texniki baxımdan düzgün qurulması və funksional işləməsini təmin edən prosesdir. SEO baxımından bu proses sürətli yüklənmə, mobil uyğunluq, aydın kod strukturu deməkdir. Yaxşı qurulmuş sayt axtarış motorları tərəfindən daha rahat indekslənir və sıralamada üstünlük qazanır. Başqa sözlə, uğurlu SEO üçün düzgün development əsas şərtdir.

Biz SEO yönümlü WordPress saytların hazırlanmasına fokuslanırıq. Xidmətlərimizə saytın sıfırdan qurulması, mövcud saytların yenidən dizaynı, sürət optimizasiyası, Core Web Vitals auditi və indeksləmənin təkmilləşdirilməsi daxildir. 

Bəli, biz, əsasən, WordPress platformasında işləyirik. 

Əgər saytınız WordPress üzərində qurulubsa, bəli. Mövcud saytınızı yenidən quraraq həm görünüşünü, həm də texniki performansını yaxşılaşdırırıq. Saytınız yavaş işləyirsə, mobil uyğun deyilsə və ya SEO baxımından zəifdirsə, biz onu daha effektiv və nəticə yönümlü hala gətirə bilərik. 

Vaxt layihənin həcmi və funksiyalarından asılı olaraq dəyişir. Sadə saytlar 2–3 həftəyə hazır ola bilər, daha geniş və kompleks layihələr isə 4–8 həftə və ya daha çox çəkə bilər. Planlaşdırma mərhələsində sizə dəqiq təqvim təqdim edirik və mərhələlərlə irəliləyirik. Bütün proses boyu SEO prinsipləri nəzərə alınır.

Qiymət layihənin tələblərinə, funksionallığına və istədiyiniz əlavə xidmətlərə görə dəyişir. Buna görə də individual təklif almaq üçün bizimlə əlaqə yaratmağınızı məsləhət görürük. 

Birlikdə daha yaxşı nəticələrə!

Birlikdə daha yaxşı
nəticələrə!

Our services you are interested in: